Ölkə futbolu
“Neftçi” “Əlincə”yə köçdü
“Qəbələ” və “Qarabağ”ın ardından &ldquo…
“Qəbələ” və “Qarabağ”ın ardından “Neftçi”nin ev oyunlarıı keçirdiyi arenada da problem üzə çıxdı. Dünən bununlabağlı bəyanat yayan paytaxt klubu “Bakcell Arena”da təmirə ehtiyac duyulduğunu açıqladı.
Peşəkar Futbol Liqasının komandaların stadionlarını qəbul edərkən hansı meyarları əsas götürdüyünü bilmirik, ancaq faktdı ki, klublarımız mövsümə hazır deyil. 2 tura 4 stadion dəyişilməsi biabırçı haldı.
“Neftçi” isə artıq özünə yeni meydan tapıb. “Ağ-qaralar” “Zirə”yə qarşı ilk ev oyununu ötən mövsüm də bəzi matçlar üçün üz tutduğu “Əlincə”də keçirəcək. Ümid edirik bu arenada hər şey qaydasında olacaq. Çünki ötən çempionatda internetlə bağlı ciddi problem var idi və matçı işıqlandırmaq üçün gedən jurnalistlər bu baxımdan problemlə üzləşmişdi.