Ölkə futbolu
“Dalğa Arena” düyünü: “İnter” KİV-in səsinə səs verdi
Premyer Liqanın 2-ci turu çərçivəsində keçiri…
Premyer Liqanın 2-ci turu çərçivəsində keçiriləcək “İnter” – “Qəbələ” görüşünün yerinin dəyişdirilərək, əyalət təmsilçisinin meydan sahibi qismində çıxış etməsi və oyunun Mərdəkandakı “Dalğa Arena”ya salınması KİV tərəfindən kəskin etiraza səbəb olmuşdu. Qarşılaşmadan sonra baş tutacaq mətbuat konfranslarını da nəzərə alsaq, media mənsubları saat 23:00-da stadionu tərk etməli olacaq. Həmin vaxt geri qayıtmaq üçün nəqliyyat vasitəsinin olmaması acınacaqlı mənzərəyə səhnə olacaqdı.
Lakin məsələ müsbət həllini tapıb. Futbolinfo.az saytına verdiyi açqılamada “İnter”in prezidenti Rəşad Qasımov klub avtobusunun media mənsublarının sərəncamına veriləcəyini bildirdi: “Oyundan əvvəl “İnter Arena”nın qarşısından avtobus “Dalğa Arena”ya üz tutacaq. Nəqliyyat vasitəsi KİV təmsilçilərinin sərəncamında matç başa çatdıqdan sonra da olacaq. Avtobus jurnalistləri yenidən “İnter Arena”nın qarşısına gətirəcək”.
Klub prezidenti avtobusun saat neçədə çıxmasıyla bağlı qərar verilmədiyini və yaxın saatlarda klub saytı vasitəsi ilə bu məsələyə də aydınlıq gətiriləcəyini dilə gətirdi.
Qeyd edək ki, “Qəbələ” – “İnter” oyunu sabah saat 20:00-da start götürəcək.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı