Bizi izləyin

Ölkə futbolu

“Qarabağ” uğursuz tendensiyaya son qoya biləcəkmi?

Bu gün Premyer Liqada II tura start veriləcək. Həftənin oyunl…

blank
Bu gün Premyer Liqada II tura start veriləcək. Həftənin oyunları 4 fərqli gündə keçiriləcək və ilk matç Sumqayıtda, şəhərin eyni adlı təmsilçisi ilə son çempion “Qarabağ” arasında baş tutacaq.
 
19:00. “Sumqayıt” – “Qarabağ”
blankblank
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Mübariz Haşımov, Vüqar Bayramov, Mehman Mahmudov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Hakim-inspektor: Şaiq Həmidov.
“Kapital Bank Arena” (1350 yerlik).
 
Bu kollektivlərin son  iki mövsümdə ilk dueli Sumqayıtda baş tutub və hər iki halda 3 xalı meydan sahibləri qazanıb. Düzdü, 2014/15 mövsümünün açılış həftəsinə təsadüf edən dueldə “Qarabağ”  rəqibini 3 cavabsız qolla üstələmişdi. Lakin matçın gedişində Ağdam klubunun məşqçilər korpusunun kobud səhvi bu zəfərin üstündən xətt çəkdi. Belə ki, oyunun 59-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvəzetmə zamanı limiti pozduğuna görə texniki məğlubiyyətlə üzləşdi. Bəs, yenicə başlayan çempionatda necə, “Qarabağ” uğursuz tendensiyaya son qoya biləcəkmi?
 
Komandalar yeni mövsümdə ilk oyunlarını səfərdə keçirsələr də, fərqli nəticələr əldə ediblər. Belə ki, “Qarabağ” öndə olduğu matçda “İnter”ə uduzduğu halda (1:2), “Sumqayıt” “Zirə”ni üstələyib (1:0). Açığı, Çempionlar Liqasında mübarizəni dayandırdığı üçün əhvalı yerində olmayan ağdamlıların məğlubiyyəti elə də sürpriz sayılmamalıdı. Lakin sumqayıtlıların qələbəsi bir qədər gözlənilməz alındı. Hər halda, bu komanda yay fasiləsində bəzi aparıcı futbolçuları ilə vidalaşması və onların əvəzində daha səviyyəli oyunçuların heyətə cəlb edilməməsi belə düşünməyə əsas verir. Ancaq “Gənclik şəhəri” təmsilçisi əzmkarlıq və məsuliyyətli oyun sayəsində “Zirə”ni məğlub etməyi bacardı.
 
Samir Abasovun rəhbərlik etdiyi kollektivin “Qarabağ”la dueldə də eyni istəyi ortaya qoyacaqlarını təxmin edirik. Son çempionunun əsas silahı isə futbolçularının ustalıq səviyyəsidi. Avqustun 18-də Avropa Liqasının pley-off mərhələsində “Höteborq”la oynayacağı səfər matçını da düşünməli olan qonaqlar zədədən və əlavə yüklənmədən qaçmağa çalışmalı, eyni zamanda Premyer Liqada ilk qələbələrini qazanmaları üçün əllərindən gələni etməlidirlər.
 
STATİSTİKA: 16 oyun, +4=2-10, top fərqi 9-31
 
ÖTƏN MÖVSÜM…
25.10.2015 Sumqayıt – Qarabağ 1:0
16.12.2015 Qarabağ – Sumqayıt 2:2
13.03.2016 Sumqayıt – Qarabağ 0:2
07.05.2016 Qarabağ – Sumqayıt 1:0
 
OYUNDAN NOTLAR
“Sumqayıt”ın heyətində zədə səbəbi ilə 3 futbolçu bugünkü matçı buraxacaqlar. Söhbət müdafiəçilər Mikayıl Rəhimovla Bəxtiyar Həsənəlizadən və hücumçu Məhəmməd Qurbanovdan gedir.
“Qarabağ”ın heyətində zədəli futbolçu yoxdu.
Heç bir futbolçu cəza səbəbi ilə kənarda qalmayacaq.
Yay fasiləsində “Qarabağ”ın 2 futbolçusu – Fərhad Vəliyev və Azər Salahlı “Sumqayıt”a keçib. Sonuncu icarə əsasında çıxış edəcək.
“Qarabağ” “Sumqayıt”ın baş məşqçisi Samir Abasov üçün doğma klub sayılır. Millimizin üzvü fərqli vaxtlarda Ağdam klubunun heyətində 3 mövsüm çıxış edib (2004/05, 2006/07, 2010/11).
 
REFERİ
blank
Rəvan Həmzəzadənin hakimlik karyerasında idarə etdiyi ilk Premyer Liqa matçı da da “Sumqayıt” – “Qarabağ” dueli olub. Ötən il IX tura təsadüf edən görüş sumqayıtlıların 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Ümumilikdə götürsək, Həmzəzadə ötən mövsüm “Sumqayıt”ın 5 matçında fit çalıb. Maraqlıdır ki, bunlardan 4-də qələbə qazanan “Gənclik şəhəri” təmsilçisi 1 dueldən də məğlub ayrılıb. “Sumqayıt”a 11, rəqiblərinə 5 “sarı” verən referi 1 matçda da meydan sahiblərinin əlehinə penalti təyin edib.
“Qarabağ” isə Rəvan bəyin baş hakim olduğu 2 oyundan 1-də qələbə qazanıb, digərində uduzub. Ağdamlılara yalnız 1 sarı vərəqə verən Həmzəzadə rəqiblərə 4 “sarı”, 1 “qırmızı” göstərib. Həmçinin “Qarabağ”ın qapısına 1 penalti təyin edib.
 
FƏRİD
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-15 02:08

“Sevilya”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-15 01:55

“İnter” və “Napoli”dən xal itkisi

blank
Dünya futbolu2024-04-15 01:38

“Brest” Liondan xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-15 01:19

“Liverpul” da uduzdu, “Arsenal” da

blank
Dünya futbolu2024-04-15 01:02

Həsənalızadənin komandası evdə xal itirdi

blank
Dünya futbolu2024-04-15 00:50

Şeydayevin hesabı açdığı oyunda “Kocaelispor” qalib gəldi

blank
Dünya futbolu2024-04-15 00:37

“Fənərbaxça” qalib gəldi, Renatın komandası darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-15 00:09

“Bayer” çempionluğu rəsmiləşdirdi

blank
Milli komanda2024-04-14 23:39

“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”

blank
Milli komanda2024-04-14 23:04

Millimiz Gürcüstan yığmasına məğlub oldu

blank
Premyer-liqa2024-04-14 22:43

“Sabah” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-14 22:16

“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov

blank
Digər idman növləri2024-04-14 22:07

Monte-Karloda çempion məlum oldu

blank
Premyer-liqa2024-04-14 21:59

“Qarabağ”ı udmağa görə 6 xal vermirlər” – Renduliç

blank
Digər idman növləri2024-04-14 21:25

Cüdoçularımız Berlin Avropa Kubokunda birinci yeri tutdu

blank
Digər idman növləri2024-04-14 21:09

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:55

“Qarabağ” “Sabah”a uduzdu

blank
Digər idman növləri2024-04-14 20:22

Boksçumuz Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:03

“İkinci hissədə komandam xarakter göstərdi” – Diniyev

blank
Premyer-liqa2024-04-14 19:44

“Səbail” – “Kəpəz” matçında 6 qol – VİDEO

blank
Premyer-liqa2024-04-14 19:22

“Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik” – Adil Şükürov

blank
Əvəzedicilər2024-04-14 19:10

“Neftçi”nin əvəzedicilərindən 8 cavabsız qol

blank
Premyer-liqa2024-04-14 18:28

“Səbail” – “Kəpəz” matçında məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-14 16:56

“Kəpəz”in futbolçusu mükafatlandırıldı

blank
Ölkə futbolu2024-04-14 16:03

“Göygöl”ün növbəti tur hazırlığı – VİDEO

blank
Ölkə futbolu2024-04-14 15:28

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-14 14:59

Millimiz Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-04-14 14:21

Jaber və Sobolenko futbol matçında

blank
Digər idman növləri2024-04-14 14:00

MHL-də ilk cütlük bəlli oldu

blank
Digər idman növləri2024-04-14 13:42

MBA-da müntəzəm çempionatın sonu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm