Dünya futbolu
"Ayaks"ın kapitanı "Qəbələ" və "Qarabağ"la düşmədiklərinə sevinir
“Qrup mərhələsinin püşkatmasından razıyam. Sevinirəm…
“Qrup mərhələsinin püşkatmasından razıyam. Sevinirəm ki, Azərbaycan və ya Qazaxıstan komandasına rəqib olmamışıq”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri Hollandiyanın “Ayaks” klubunun kapitanı Devi Klassen deyib.
Klubun rəsmi saytına müsahibə verən futbolçu Avropa Liqasının qrup mərhələsi haqda fikirlərini açıqlayıb. O, G qrupunda “Selta” (İspaniya), “Standard” (Belçika) və “Panatinaikos”la (Yunanıstan) düşməklərinin müsbət tərəfləri haqda danışıb: “Çünki bizə bu ölkələrə getmək lazım olmayacaq. Bu amil təkcə biz futbolçular deyil, həm də azarkeşlər üçün müsbət məqamdı. Səfər matçlarına çox vaxt sərf olunmayacaq. Bu da ki yaxşı haldı”.
Qeyd edək ki, qrup mərhələsində iki Azərbaycan klubu – “Qarabağ” və “Qəbələ” mübarizə aparacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?