Bizi izləyin

Ölkə futbolu

“İnter” və “Qəbələ” hədəfdə

Topaz Premyer Liqasında 3 turdan sonrakı fasilə dönəmini yaş…

blank
Topaz Premyer Liqasında 3 turdan sonrakı fasilə dönəmini yaşayırıq. Mövsümün startı hər şeyi deməsə də, hər halda, bəzi statistik məqamlar var ki, diqqət çəkir.
 
Bir oyunu təxirə düşən mövsümün 11 oyununda hakimlər 40 dəfə sarı vərəqə üçün əlini cibinə atıb. Maraqlıdı ki, onun 17-si (42,5 faizi!!!) bir komandanın – “İnter”in payına düşüb. “Bankirlər” bütün oyunlarda AFFA İntizam Komitəsinin tətbiq etdiyi 1000 manatlıq cərimə limitini keçib.
 
Digər komandalardan yalnız “Qəbələ” eyni səbəbdən cərimə ödəyib. Bu komandanın “Sumqayıt”la matçı təxirə salınıb, digər 2 matçda isə 7 sarı vərəqə alıblar – birində cərimə həddində dayanıb, digərində bu həddi keçiblər. Qəribəsi odur ki, “İnter” istisna olmaqla, digər komandalar 3 matçda “Qəbələ”nin 2 turda aldığı qədər sarı vərəqə almayıb.
 
“Qarabağ”ın vərəqə almaması maraqlıdı, amma burada qərəz axtarmayacağıq. Ola bilsin, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu klubla çox yaxın olduğundan hakimlər ətlə dırnaq arasına girmir. Əsl səbəb isə ağdamlıların futbolçularının fərdi bacarığı, texnikalı oyun nümayiş etdirməsi və rəqiblərinin daim onları dayandırmaq üçün kobudluğa yol verməsidi. Kəsəsi, “Qarabağ”lılar özü kobudluq etmədiyindən sarı vərəqə almamaları, liderlə oynayanların buna məcbur qalması başadüşüləndi.
 
Lakin burada da statistika adamı çarəsiz qoyur. İş ondadı ki, ağdamlılarla “İnter”in oyununda “bankirlər” 5 dəfə cəzalanıbsa, “Sumqayıt” və “Neftçi” ilə görüşlərdə hakimlər ümumiyyətlə, əlini cibinə atmayıb. Nədənsə…
 
Bizdə olan bilgiyə görə, hakimlərə AFFA rəhbərliyi tərəfindən göstəriş verilib. Qeyri-rəsmi əmrə əsasən, pulu assosiasiya vasitəsi ilə ödənilən və ya sponsoru SOCAR olan klublara qarşı yumşaq davranılmalıdı. Mövsüm ərzində “Kəpəz”, “Sumqayıt” və “Neftçi” kimi klublar uzağı 3-4 dəfə cərimə limitini aşmalıdı. “Qarabağ” aşkar güclü olduğu üçün “dişbatmazdı”, “İnter”lə “Qəbələ” isə “ögey uşaqlardı”, onlar AFFA üçün “sözəbaxmazlar” hesab olunurlar və cərimə büdcəsi onların hesabına doldurulmalıdı.
 
Bu vərəqələr həm də 2 komandanın daim incidilməsinə hesablanıb. “Kəpəz”lə 2:2 bitən matçda sarı vərəqələrin sayında “İnter” 8:2 “öndə oldu”. Rekord!!!
 
“Qəbələ” də eyni yolla cəzalandırılır və onların futbolçuları növbəti turlarda hansısa vacib matçları buraxmalı olacaq. Təbii ki, bütün bunlar xal itkisinə səbəb olacaq, “Qəbələ” çempionluq, “İnter” AFFA-nın sevimli komandaları ilə avrokuboka düşmək uğrunda mübarizədə yara alacaq.
 
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov təqdim etdiyimiz cədvələ baxıb, özünəməxsus şərh verə bilər. Məsələn, deyə bilər ki, hər iki komanda atletik futbola üstünlük verir, daim sərt mübarizəylə seçilir və buna görə də daha çox vərəqə almaları normaldı. Ancaq oyunları izləyən biri kimi belə olmadığına əminəm. Sadəcə, “Qəbələ”, xüsusilə də “İnter” məqsədli şəkildə incidilir.
 
Komanda           I    II   III        cəmi
İnter                   5    4     8           17
Qəbələ                3    4      –            7
Kəpəz                 1    2     2            5
Zirə                    1    2     1            4
AZAL                  1    1     1            3
Sumqayıt            2    0     –            2
Neftçi                  1    1    0            2
Qarabağ              0    0    0            0
 
AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlunun de-fakto rəhbəri olduğu “Kəpəz”lə oyunlarda “İnter” və “Qəbələ” daha çox əziyyət çəkir. Ötən mövsüm Gəncədəki ilk oyunda Fariz Yusifovun “qırmızı-qaralar”ın başına açdığı oyunun videosu uzun müddət sosial şəbəkələrdə müzakirə mövzusu oldu. Bu komandanın “İnter”lə oyunları isə ayrı mövzudu.
 
Yenə ötən mövsümə nəzər salaq. 2016-cı il aprelin 16-da “Kəpəz” – “İnter” oyununda baş hakim Əliyar Ağayev qonaqların qapısına haqsız penalti təyin edir. Gəncəlilərin yarımmüdafiəçisi Budaq Nəsirov cərimə meydançası kənarında yıxılsa da, ağ nöqtə göstərilir, hesab açılır, bakılılar yalnız ikinci hissədə min bir əziyyətlə bir xalı qopara bilir. Matçdan sonra Ağayev “İnter”in paltardəyişmə otağına girərək, onlardan üzr istəyir.
 
Bu mövsümün 3-cü turu. “İnter” – “Kəpəz” matçında meydan sahiblərinin qapısına yersiz penalti təyin edilir, hesab bərabərləşir. Matçdan sonra baş hakim Ömər Paşayev də bakılılardan üzr istəyir və eşitdiyimizə görə əlavə edir: “Mən bir oyun sizə borclu”. Deməli, bu adamı “bankirlər”in növbəti oyununa təyin edəndə nə olacağını indidən təxmin edin.
 
Bu “borc məsələsi” sizə qəribə gəlməsin. Hakimlər Komitəsi çoxdandı belə borc bağlamaqla məşğuldu. Elə bu mövsümə nəzər salaq.
 
1-ci tur. “Neftçi” ilə oyunda meydan sahibi AZAL-ın təmiz qolu hesaba alınmadı, qonaqlar daha sonra 2 top vurub, qalib gəldi.
2-ci tur. “Kəpəz”lə səfər matçında AZAL-ın qapısına yüzfaizli penalti təyin edilmədi və hakimlər ilk turdakı səhvi səhvlə “yudular”.
3-cü tur. “İnter” – “Kəpəz” oyununda Gəncədə təyin edilməyən penaltini “İnter”in qapısına “uydurdular” və Mikayıl Nərimanoğlunun xəcalətindən cıxdılar.
 
Bu karusel davam edəcək və məsələ yəqin ki, sentyabrın 18-də “İnter” – “Neftçi” oyununda dayanacaq. İlk turda “hörmət edilən” “Neftçi” bu dəfə Ömər Paşayevin borclu qaldığı “bankirlər”in xeyrinə hansısa qərar qəbul etməklə…
 
3 tur, cəmi 11 oyun. Amma görün nə qədər mübahisəli məsələ var? Vərəqə statistikası, səhvlər zənciri… “İnter”lə “Qəbələ”nin hamıdan çox vərəqə almasının səbəbi də elə burada gizlənir. Bu komandalara qarşı haqsızlıq edilir, oyunçular əsəbləşdirilir, sarı vərəqələrin sayı artır. Əsəb dözməyəndə həm cəriməyə səbəb olan cəza limiti keçilir, həm də növbəti oyunlar üçün cəzalı oyunçular siyahısı formalaşır. İndi gəl mövsüm üçün qarşıya qoyulan məqsədə çat…
 
CAVAD
Reklam

Reklam


blank
Ölkə futbolu2024-01-20 16:14

“Qarabağ” müdafiəçisi ilə belə vidalaşdı

blank
Dünya futbolu2024-01-20 15:58

Ronaldo Çempionlar Liqasında favoritlərini açıqlayıb

blank
Ölkə futbolu2024-01-20 14:52

Məmmədovun Polşa klubuna keçidi rəsmiləşdi

blank
Ölkə futbolu2024-01-20 14:43

Rumıniyalı qapıçı “Neftçi” və “Atletiko”nun hədəfində

blank
Digər idman növləri2024-01-20 14:22

Üç atletimiz olimpiadaya lisenziya xarakterli yarışın final mərhələsində

blank
Dünya futbolu2024-01-20 14:00

“Real” Halandı transfer etmək üçün xüsusi plan hazırladı

blank
I Liqa2024-01-20 13:40

“Mingəçevir” fasilədə nə edir?

blank
Digər idman növləri2024-01-20 13:22

Maks Ferstappen nüfuzlu yarışda iştirak edəcək

blank
Digər idman növləri2024-01-20 13:05

“Real” da böyük hesabla məğlub oldu, “Fənərbağça” da

blank
Dünya futbolu2024-01-20 12:50

Salah millinin bir neçə oyununu buraxacaq

blank
Digər idman növləri2024-01-20 12:34

“Boston Seltiks” bir ildən sonra məğlub oldu

blank
Dünya futbolu2024-01-20 12:19

İlin yaxşı məşqçisi məlum oldu

blank
Premyer-liqa2024-01-20 12:00

Premyer Liqada qış bazarlığı – YENİLƏNİR

blank
Dünya futbolu2024-01-20 11:48

Haland ən yaxşı seçildi

blank
Ölkə futbolu2024-01-20 11:15

“Qarabağ” irəliləyib, “Neftçi” və “Sabah” geriləyiblər

blank
Digər idman növləri2024-01-20 10:41

“Qazandığımız nəticə gərgin məşqlərin bəhrəsidir”

blank
Dünya futbolu2024-01-20 10:00

“Yuventus” futbolçusunu 4 milyon avroya satdı

blank
Digər idman növləri2024-01-20 09:22

“Oyunumuz alınmadı” – “Sumqayıt”ın baş məşqçisi

blank
Dünya futbolu2024-01-20 08:33

Ozan Canın komandası evdə uduzdu

blank
Dünya futbolu2024-01-20 02:14

“Alaves”ə bir qol bəs etdi

blank
Dünya futbolu2024-01-20 01:03

“İnter” də finala darmadağınla yüksəldi

blank
Dünya futbolu2024-01-19 23:23

“Qarabağ”ın rəqibi daha bir futbolçusu ilə yolları ayırdı

blank
Digər idman növləri2024-01-19 22:50

“Sumqayıt” “Xırdalan”a məğlub oldu

blank
Dünya futbolu2024-01-19 22:35

“Tottenhem” Perişiçi icarəyə verdi

blank
Dünya futbolu2024-01-19 21:57

Super Liqa klubunda baş məşqçi dəyişikliyi

blank
Digər idman növləri2024-01-19 21:26

Azərbaycan birinciliyində komanda yarışlarına yekun vuruldu

blank
Müsahibə2024-01-19 21:19

“Qısa müddətdə ən yüksək keyfiyyətdə hazırlıq keçdiyimizi düşünürəm”

blank
Digər idman növləri2024-01-19 20:38

Favoritlərin rahat qələbəsi: Mirra nağılı davam edir

blank
I Liqa2024-01-19 20:38

I Liqada 13-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-01-19 20:00

“Təəssüf ki, üstünlüyü son hissədə əldən verdik”

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm