Bizi izləyin

Müsahibə

Qurban Qurbanov: "Bunun günahkarı bizik"

AFFA İcraiyyə Komitəsinin üzvü və “Qarabağ”…

blank

AFFA İcraiyyə Komitəsinin üzvü və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komitənin bu gün baş tutan iclasından sonra futbolinfo.az saytının əməkdaşının da suallarını cavablandırıb.

– Qurban müəllim, Avropa Liqasındakı gərgin oyunlardan sonra iclasda iştirak etmək sizi yormur?
– Xeyr, çox da yorulmuram. Çünki bu görüşlər elə də çox olmur. Əksinə, mənim üçün yaxşı təcrübədir. Azərbaycan futbolunun inkişafı üçün görülən işlərdə yaxından iştirak etmək çox maraqlıdır. Bu da bizim işimizin bir parçasıdır və borcumuzdur.

– “Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki rəqibləri haqqında nə düşünürsüz?
– Mən dəfələrlə demişəm, biz hər bir turnirə maksimum hədəf üçün hazırlaşırıq. Bu günə kimi Avroliqada qarşımıza qoyulan minimum hədəf qruplarda iştirak etmək idi, şükür ki, bunu bacardıq. Son iki mövsümdə sonuncu oyunlara qədər qrupdan çıxmaq şanslarımızı saxlayırdıq. Bu mövsüm də ən yaxşısını etməyə çalışacağıq. Artıq daha təcrübəli komandamız var. Fərqli ölkələrin təmsilçiləri ilə rəqib olmaqla ayrı-ayrı komandaların oyun üslublarını öyrənirik, daha yaxından tanıyırıq. İnanıram ki, hər komandaya qarşı layiqli mübarizə aparacağıq. Qrupdan çıxmaq üçün lazım olan nəticəni əldə edəcəyimizə ümid edirəm.

– Bir mütəxəssis kimi “Qəbələ”nin rəqiblərini necə dəyərləndirirsiniz? “Anderlext” və “Sent-Etyen” də sizə tanış rəqibdi…
– Ümumiyyətlə, qruplarda zəif komanda olmur. Bizim düşündüyümüz kimi onlar da fikirləşirlər ki, “Qarabağ”a, “Qəbələ”yə qarşı oynayacağıq, bəxtimiz gətirib. Elə də asan rəqiblər deyil. Çünki biz bu komandalara qarşı oynamışıq. Nə qədər çətinliklər çəkmişik, bunu biz bilirik, ancaq inanmaq və ümid etmək lazımdı. Düşünürəm ki, Roman Qriqorçuk bu komandalarla mübarizə aparmaq üçün ən doğru yolu tapacaq.

– “Qarabağ” hər il avrokubok oyunları vaxtı stadion problemi ilə üzləşir. Sonuncu oyunda Tofiq Bəhramov adına Respublika Stadionunun hansı vəziyyətdə olduğunu gördük. Bu məsələni İK-nın iclasında qaldırdınızmı?
– Yox, bu, İK-ya aid olmayan məsələdir. Ötən ilə kimi bu işə cavabdeh Gənclər və İdman Nazirliyi, bu ildən isə birbaşa bizik. Bilirsiz, biz arenanı 5 illik icarəyə götürmüşük. Qazon o vəziyyətdədisə, günahkar bizik. İndi qazonla məşğul olmaq üçün yeni ingilis mütəxəssislər gəlib. Üç ildir arıdıcıl biz bu problemlə üz-üzəyik. Yeni mütəxəssislərin gəlişi ilə hər şeyi yoluna qoymağa çalışacağıq.

– Qrupdakı ilk oyuna qədər problem aradan qalxa bilərmi?
– İnanmıram, o vaxta qədər çatmaz. Bu gün o məsələ müzakirə olundu. İki variantımız var, ya “Dalğa Arena”, ya Olimpiya Stadionu. Sabahdan bu barədə ciddi düşünəcəyik və bir qərar verəcəyik.

– Avroliqa ilə bağlı daha bir sual: Siz daha əvvəl “Anderlext” və “Sent-Etyen”lə, “Qəbələ” isə PAOK-la qarşılaşıb. Ola bilərmi ki, Roman Qriqorçukla fikir mübadiləsi aparasınız?
– Mən əvvəl də demişəm, indi texnologiya o qədər inkişaf edib ki, hər komandanı yaxından tanımaq olur. Buna görə də, siz dediyiniz kimi bir məsləhətləşməyə ehtiyac görmürəm. Digər tərəfdən də komandalar, oyunçular ildən-ilə dəyişirlər. Ona görə də bir-birimizi yanılda bilərik. Yaxşısı budur, hərə özü üçün hazırlaşsın.

– Bədavi Hüseynov millinin düşərgəsindən də uzaqlaşdırıldı. Müdafiəçinin zədəsi nə qədər ciddidir?
– Bədavinin əzələ problemi var. Zədəsinin nə çox ciddi olduğunu demək olmaz, nə də buna adi yanaşmaq olmaz. Daim diqqətli və ehtiyatlı olmalıyıq. Eyni nahiyədə ikinci belə zədədi. Ola bilər ki, oyunçumuzun təkrar bizə qoşulması üçün bir az çox vaxt lazım olsun.

– Hüseynovun məşqləri dayandırılmasında sizin bir tapşırığınız varmı?
– Xeyr, sırf həkimlərin tövsiyyəsi ilə bu qərarı qəbul etmişik. Məşqdən qalmır. Komanda ilə olmasa da, fərdi çalışmalarına davam edir.

– Avroliqadakı ilk oyuna yetişə biləcək?
– Buna dəqiq cavab verə bilmərəm. Hələ bilmirik.

– Əfran İsmayılov da tək çalışır, onun da hansısa zədəsi var?
– Son günlər Əfranı görməmişəm. İsveçdəki oyunda əzələsində ağrılar var idi. Ola bilsin ki, ona görədi, ancaq yenə də dəqiq nəsə deyə bilməyəcəm.

ELMAR ABDULLA-ZADƏ

Reklam

Reklam


blank
Dünya futbolu2024-01-20 23:01

Şeydayevin debütü sonraya qaldı, komandası…

blank
Dünya futbolu2024-01-20 22:40

Şahruddin yenə qol buraxdı, “Beşiktaş” böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-01-20 22:31

“Beşiktaş”dan “Sivasspor”a

blank
Dünya futbolu2024-01-20 22:16

“Atletiko”da ciddi itki

blank
Digər idman növləri2024-01-20 22:00

Formula 1-də ən böyük sponsor razılaşmaları

blank
Digər idman növləri2024-01-20 21:41

Noskova lideri mübarizədən kənarlaşdırdı

blank
Digər idman növləri2024-01-20 21:00

Azərbaycan atleti lisenziya xarakterli turnirdə 3-cü oldu

blank
Dünya futbolu2024-01-20 19:57

İsgəndərli Türkiyədə ilk qələbəsinə sevindi

blank
Dünya futbolu2024-01-20 19:00

İspaniya klubunda baş məşqçi istefası

blank
Digər idman növləri2024-01-20 18:00

Azərbaycan millisinin ənənəvi turnir üçün heyəti açıqlandı

blank
Dünya futbolu2024-01-20 17:00

Dadaşovlu “Hatayspor” səfərdə darmadağına üzüldü

blank
Ölkə futbolu2024-01-20 16:14

“Qarabağ” müdafiəçisi ilə belə vidalaşdı

blank
Dünya futbolu2024-01-20 15:58

Ronaldo Çempionlar Liqasında favoritlərini açıqlayıb

blank
Ölkə futbolu2024-01-20 14:52

Məmmədovun Polşa klubuna keçidi rəsmiləşdi

blank
Ölkə futbolu2024-01-20 14:43

Rumıniyalı qapıçı “Neftçi” və “Atletiko”nun hədəfində

blank
Digər idman növləri2024-01-20 14:22

Üç atletimiz olimpiadaya lisenziya xarakterli yarışın final mərhələsində

blank
Dünya futbolu2024-01-20 14:00

“Real” Halandı transfer etmək üçün xüsusi plan hazırladı

blank
I Liqa2024-01-20 13:40

“Mingəçevir” fasilədə nə edir?

blank
Digər idman növləri2024-01-20 13:22

Maks Ferstappen nüfuzlu yarışda iştirak edəcək

blank
Digər idman növləri2024-01-20 13:05

“Real” da böyük hesabla məğlub oldu, “Fənərbağça” da

blank
Dünya futbolu2024-01-20 12:50

Salah millinin bir neçə oyununu buraxacaq

blank
Digər idman növləri2024-01-20 12:34

“Boston Seltiks” bir ildən sonra məğlub oldu

blank
Dünya futbolu2024-01-20 12:19

İlin yaxşı məşqçisi məlum oldu

blank
Premyer-liqa2024-01-20 12:00

Premyer Liqada qış bazarlığı – YENİLƏNİR

blank
Dünya futbolu2024-01-20 11:48

Haland ən yaxşı seçildi

blank
Ölkə futbolu2024-01-20 11:15

“Qarabağ” irəliləyib, “Neftçi” və “Sabah” geriləyiblər

blank
Digər idman növləri2024-01-20 10:41

“Qazandığımız nəticə gərgin məşqlərin bəhrəsidir”

blank
Dünya futbolu2024-01-20 10:00

“Yuventus” futbolçusunu 4 milyon avroya satdı

blank
Digər idman növləri2024-01-20 09:22

“Oyunumuz alınmadı” – “Sumqayıt”ın baş məşqçisi

blank
Dünya futbolu2024-01-20 08:33

Ozan Canın komandası evdə uduzdu

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm