Bizi izləyin

Müsahibə

Rövnəq Abdullayev: "Yəqin nəyisə düz etmirik ki…"

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası ke&cced…

blank

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, iclasdan sonra AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb. Federasiya prezidenti ilk növbədə iclasda müzakirə edilən məsələlər haqda məlumat verib:

– İcraiyyə Komitəsinin bu dəfəki iclası bir qədər ənənəvi olmayan formada keçirildi. Öncə futzal üzrə milli komandamızla görüşdük və onları Kolumbiyaya yola saldıq. Futzalda böyük nailiyyətlərimiz var və düşünürəm ki, Kolumbiyadakı dünya çempionatında ən azı qrup mərhələsini aşmaq imkanımız var. Bundan əlavə, çimərlik futbolu üzrə milli komandamızın son göstərdiyi nəticələr də müzakirə olundu. Bildiyiniz kimi, çimərlik futbolu üzrə milli komandamız son vaxtlar uğurlu çıxışı ilə seçilir. Millimiz Avropada B qrupundan A qrupuna vəsiqə qazanıb. İclasda müzakirə edilən əsas məsələ isə danışılmış oyunlarla bağlı oldu. Bununla bağlı bəyannamə qəbul etdik. İlk olaraq, İcraiyyə Komitəsinin üzvləri bu bəyannaməyə qol çəkdilər. Biz Azərbaycanın bütün futbol ictimaiyyətini bu bəyannaməyə qoşulmağa çağırırıq. Bilirsiz ki, bir müddət öncə federasiya tərəfindən ölkə prezidentinə məktubla müraciət edərək xahiş etmişik ki, ölkənin cinayət məcəlləsində danışılmış oyunlarla bağlı da bənd salınsın və bu oyunlarda iştirak edənlər cinayət məsuliyyətinə cəlb edilsin. Bu məsələ bütün dünyada böyük problemdi. Bu problemdən biz də yan qaça bilmirik. Ancaq əlimizdən gələni edirik ki, Azərbaycan futbolu bu qara yaradan azad olsun. İclasda başqa məsələlər də müzakirə edilib. Bu barədə də məlumat veriləcək.

– U-17 millisinin baş məşqçisi Rafiq Mirzəyevin istefası qəbul edildi?
– Bəli. Onun əvəzinə müvəqqəti olaraq köməkçisi Vüqar Məmmədov təyin edilib. Vüqar 7 ilə yaxındı bu millidə köməkçi kimi çalışıb. Ona görə də, ona şans verdik ki, bu millidə çalışsın.

– Mətbuatda “Bakı”nın prezidenti Hafiz Məmmədovla görüşdüyünüz barədə xəbərlər yayılmışdı. Ancaq “Bakı” bu il birinci divizionda da çıxış etməyəcək…
– Yox, belə görüş olmayıb. “Bakı” Azərbaycan futbolu üçün böyük işlər görüb. Ancaq son vaxtlar bu klubun FİFA ilə problemləri var. Son mövsümdə FİFA tərəfindən “Bakı”nın 15 xalı silindi. Komanda borclarına görə lisenziya ala bilmədi. “Bakı” FİFA qarşısında öhdəliklərini yerinə yetirə bilməyib. Belə olduğu halda, biz bu klubu çempionata buraxsaq, FİFA həmin sanskiyaları bizə qarşı da edə bilər. Çünki onlar bizdən də tələb edirlər ki, klub öz öhdəliklərini yerinə yetirsin. Məhz buna görə, bu komandanın çempionata buraxılmaması qərarına gəldik.

– Bununla bağlı federasiya bu kluba güzəşt edə bilməzdi?
– Xeyr. Biz bunu etsəydik, biz də FİFA qarşısında məsuliyyət daşıyacaqdıq.

– “Əlincə” Futbol Klubunun çox gözəl bazası var. Ancaq klub məcbur olub bu il U-16 komandasını buraxmalı oldu. Sponsorla bağlı problemləri var. Həmin klubun rəhbərliyi ilə görüşmək mümkündü?
– Bilirsiz, bizim ən böyük problemimiz sponsorların getməsidi. Bu gün maraq göstərirlər, sabah qoyub açırlar. Bu gün həvəs göstərirlər, sabah qoyub qaçırlar. Futbolun inkişafı fondu yaradıldı. Bu, AFFA-nın dəstəyilə yaradılıb. Orda yığılan maliyyə vəsaiti o fonda yığılacaq və şəffaf şəkildə futbolun inkişafına yönəldiləcək. Bəzi futboldan kənar insanlar özlərini reklam etmək üçün komandaları öz himayələrinə götürür, Premyer Liqada iştirak etmək istəyirlər. Ancaq sonradan komandanı yarı yolda atıb qaçırlar. Ona görə biz çalışırıq ki, klublar FİFA-nın qaydaları əsasında lisenziya alsınlar.

– “Neftçi” son dövrlər uğrsuz çıxış edir. Bununla bağlı komandanın sponsoru olan SOCAR tərəfindən hansısa hesabat tələb olunacaq?
– Yox, “Neftçi”nin sponsorları arasında SOCAR olsa da, klubun idarə edilməsində iştirak etmir. Klubun idarə heyətində SOCAR-ın işçiləri var. Bu, ictimai bir idarəetmə sistemidi. Ancaq SOCAR klubun daxili işlərinə qarışmır. 

– Premyer Liqada klubların sayının azaldılmasının futbolumuza mənfi təsiri var?
– Olacaq. Klubların azalması, oyunların sayının azalması yaxşı deyil. Ancaq başqa yolumuz yox idi. Belə qərara gəldik ki, bu il 8 komanda olsun, gələn ildən bu say 10-a çatdırılsın.

– Futzal millisinin üzvləriylə görüşdüyünüzü dediz. Bu millinin baş məşqçisinin də istəkləri var idi. Məsələn komandanın daha çox yoxlama oyunu keçirməsiylə bağlı. Sizinlə görüşdə bu istəklərini bildirdi?
– Yox, artıq bunun üçün gec idi (gülür). Komanda artıq yola düşür. Bu gündən artıq Kolumbiya vaxtıyla yatıb-duracaqlar. Bilirsiz ki, bu ölkəylə 7 saatlıq fərq var.

– Özünüz Kolumbiyaya yollanacaqsız?
– Xeyr. 

– Bu gün millinin üzvləriylə görüşdüz. Millini qarşıda San-Marinoyla oyun gözləyir.    
– Milliyə San-Marinoyla oyunlarda uğurlar dilədik, xeyir-dua verdik. Onlar da çalışacaqlar ki, seçmə mərhələyə uğurla başlasınlar. Çətin olacaq. Futbolda asan rəqib olmur.

– Bu seçmə mərhələdə millinin qarşısına hansı məqsəd qoyulub?
– Futbolçular özləri qarşsına məqsəd qoyublar – maksimum irəli getmək. Bizim əsas məqsədimiz AÇ-2020-yə qatılmaqdı. Niyə də olmasın? Və ya niyə də DÇ-2018-ə vəsiqə qazanmayaq?

– Son vaxtlar klublarda Müşahidə Şurasının yaradılmasının vacibliyini qeyd etmişdiz. Ancaq son illərdəki nəticələr göstərir ki, əksinə, Müşahidə Şurası olmayan klublar daha uğurlu çıxış edirlər. Məsələn, “Qarabağ” və “Qəbələ”. Düşünmürsüz ki, Müşahidə Şurası uğursuz layihədi?
– Xeyr, belə düşünmürəm. Müşahidə Şurası klubun şəffaf idarə edilməsidi. Bunun komandanın pis oyununa, uğursuz çıxışna heç bir dəxli yoxdu. Bu, idarə etmə formasıdı. Bunları bir-birinə qatmayın. “Neftçi”nin uğursuzluqlarının səbəbini deməyə mənim ixtiyarım yoxdu. Ancaq mən “Neftçi”də prezident olduğum zaman Qurban Qurbanov istefaya səsləyirdilər. Mən o vaxt demişdim ki, Qurban 200 oyunda da uduzsa, onu istefaya göndərməyəcəm. Bir klubda tez-tez məşqçi dəyişikliykləri olmamalıdı.

– Son vaxtlar “Neftçi”nin oyunlarına çox az azarkeş gəlir…
– Bu, Azərbaycan futbolunun problemidi. Neçə ildi futbolda çalışıram, bu problem həmişə olub. Ancaq beynəlxalq oyunlarda gəlirlər. Yəqin nəyisə düzgün etmirik ki, az azarkeş gəlir. 60 minlik stadion tikmişik. Ancaq 10 minlik 8-ci km stadionu da dolmur.

– Adətən Avropada Müşahidə Şurasının üzvləri özləri klub üçün pul qoyurlar. “Neftçi”də isə dövlətin verdiyi pullar idarə edilir. Düşünmürsüz ki, burda nə isə uyğunsuzluq var?
– Yox. SOCAR-ın vitse-prezidenti Xoşbəxt müəllim "Neftçi"nin azarkeşidir, Ağsaqqal Şurasının sədridir. O, onları gecə-gündüz "presləyir", narahat olmayın (gülür). 
Uyğunsuzluq yoxdu. 

– Azərbaycanda çimərlik futbolu üzrə çempionat yoxdu…
– Bunun üçün stadionlar düzəltməliyik. Düşünmürəm ki, çimərlik futbolunu rayonlarda inkişaf etdirə bilək. Bunun üçün həvəskar səviyyədə çempionat keçirilə bilər.

ELMAR ABDULLA-ZADƏ

Reklam

Reklam


blank
Digər idman növləri2024-01-18 23:48

Azərbaycan birinciliyinin fərdi yarışları başa çatdı

blank
Dünya futbolu2024-01-18 23:18

“Napoli” müdafiəçisini icarəyə verdi

blank
Dünya futbolu2024-01-18 23:05

Azərbaycanlı futbolçunun komandası Türkiyə kuboku ilə erkən vidalaşdı

blank
Dünya futbolu2024-01-18 22:09

“Qarabağ”ın rəqibində ayrılıq

blank
Dünya futbolu2024-01-18 21:49

Məhəmmədəliyevin komandasında yeni baş məşqçi

blank
Dünya futbolu2024-01-18 21:15

Kin “Atletiko”ya keçə bilər

blank
Dünya futbolu2024-01-18 20:40

Retkliffin 4 hədəfi

blank
Ölkə futbolu2024-01-18 19:05

“CBC Sport” “Xəzər Bakı” barədə videoreportaj hazırladı – VİDEO

blank
Dünya futbolu2024-01-18 18:39

“Real Sosyedad” satacaq, “Real” da qazanacaq

blank
Digər idman növləri2024-01-18 18:24

“Azərreyl” liderliyi ələ keçirdi

blank
Dünya futbolu2024-01-18 18:12

Henderson 2,5 illik müqavilə bağlayacaq

blank
Digər idman növləri2024-01-18 18:00

Avstraliyada gərgin oyunlar və sensasiyalar

blank
Digər idman növləri2024-01-18 17:45

Formula 1 və komandaların saytları 20 il əvvəl

blank
Ölkə futbolu2024-01-18 17:33

Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyun cədvəli bəlli oldu

blank
Premyer-liqa2024-01-18 17:00

Premyer Liqada qış bazarlığı – YENİLƏNİR

blank
Dünya futbolu2024-01-18 16:45

“Beşiktaş”ın futbolçusu Fransa klubunda

blank
Premyer-liqa2024-01-18 16:24

“Qarabağ”ın çempionat oyunu təxirə salındı – “Braqa” ilə matça görə

blank
Premyer-liqa2024-01-18 16:06

Premyer Liqada 22-ci turun oyun cədvəli bəlli oldu

blank
Ölkə kuboku2024-01-18 15:48

1/4 finalın cavab oyunlarının cədvəli açıqlandı

blank
Dünya futbolu2024-01-18 15:23

“Mançester Yunayted”dən “Sevilya”ya

blank
Ölkə futbolu2024-01-18 15:05

Rahil Məmmədovun Polşa klubuna qoşulacağı vaxt bəlli oldu

blank
Dünya futbolu2024-01-18 14:47

Belhanda rəsmən Qətər klubunda

blank
Dünya futbolu2024-01-18 14:26

Premyer Liqa klubunun futbolçusu “Napoli”də

blank
Dünya futbolu2024-01-18 14:09

Modriç məhkəmədə qalib gəldi

blank
Digər idman növləri2024-01-18 13:55

Formula 1 komandasının yeni adı olacaq

blank
Digər idman növləri2024-01-18 13:40

Yevlaxda rayon turniri

blank
Dünya futbolu2024-01-18 13:22

“Tottenhem” onu yenidən icarəyə verdi

blank
Digər idman növləri2024-01-18 13:10

MBA-da məşqçi 46 yaşında vəfat etdi

blank
Müsahibə2024-01-18 12:55

Abu Akal qayıtdı: “Biz yuxarı yerlərə qalxacağıq”

blank
Digər idman növləri2024-01-18 12:38

FIDE-nin saytı Abasovdan yazdı

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm