Ölkə futbolu
“Qarabağ” mərkəzi arenadan rəsmən imtina etdi
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk ev o…
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyəcək. Futbolinfo.az xəbər verir ki, bununla bağlı Ağdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Məlumatda bildirilir ki, mərkəzi arenanın ot örtüyündə olan problemlərə görə, komanda növbəti avrokubok matçını ya Olimpiya stadionunda, ya da "Dalğa Arena"da keçirəcək. Son qərar yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, "Qarabağ" ilk ev oyununu sentyabrın 15-də Çexiyanın "Slovan" klubuna qarşı keçirəcək.