Ölkə futbolu
“Qarabağ” Avroliqanın qrup oyunlarını bu stadionda keçirəcək!
Qazon. Bunun adını Azərbaycan futbolunun bəlası kimi də oxuya bi…
Qazon. Bunun adını Azərbaycan futbolunun bəlası kimi də oxuya bilərsiniz. Az qala bütün təbii örtüklü meydançalarımızda xəstəliklər var. Tofiq Bəhramov adına Respublika Stadionunun hazırkı durumu isə çox biabırçı həddədir. Uzun müddət Azərbaycan futbolunun baş arenası hesab edilən, hətta Olimpiya Stadionu istifadəyə verildikdən sonra belə statusunu müəyyən mənada özündə saxlaya bilən arena hazırda oyun qəbul edə bilmir.
Odur ki, ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edəcək “Qarabağ” stadion dəyişmək məcburiyyətindədir. Son məlumata görə, “Qarabağ” “Dalğa Arena” və Olimpiya Stadionu variantlarına baxır. Bizdə olan məlumata görə isə “Qarabağ” ev oyunlarını məhz daha çox azarkeşi qəbul etməyə hazır olan Olimpiya Stadionunda keçirəcək.
Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində “Fiorentina” (İtaliya), PAOK (Yunanıstan) və “Slovan” (Çexiya) ilə münasibətlərini ayırd edəcək.