Ölkə futbolu
“Qəbələ” və “Qarabağ”ın ev oyunlarının başlama saatı dəqiqləşdi
Avropa Liqasındakı təmsilçilərimiz “Qarabağ” v…
Avropa Liqasındakı təmsilçilərimiz “Qarabağ” və “Qəbələ”nin ev oyunlarının vaxtı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, UEFA püşkatma zamanı ölkəmizdə baş tutacaq qarşılaşmalarla bağlı qərarı sonraya saxlamışdı.
Aparılan müzakirələrdən sonra “Qarabağ”ın Bakıdakı bütün görüşlərinin saat 19:00-da start götürməsi qərara alınıb. Beləliklə, “Qarabağ” I turda “Slovan”ı, III turda PAOK-u, VI turda isə “Fiorentina”nı 19:00-da qəbul edəcək.
“Qəbələ” də II turda “Maynts”, V turda “Anderlext”lə eyni saatda qarşılaşacaq. Yalnız IV turun “Qəbələ” – “Sent-Etyen” matçı 21:00-da start götürəcək.