Milli komanda
Millimiz rəqibi mundial öncəsi darmadağına sevindi
Futzal üzrə Azərbaycan millisinin dünya çempionatı…
Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqiblərindən İran yığması yoxlama görüşündə qüvvəsini sınayıb. Futbolinfo.az xəbər verir ki, iranlılar Özbəkistan seçməsini sınağa çəkiblər.
Məşhəd şəhərinin “Şahid Beheşti” kompleksində baş tutan görüş İran yığmasının üstünlüyü ilə keçib. Nəticədə millimizin rəqibi 3:0 hesablı qələbəyə sevinib. Komandanın heyətində qollara Farhad Tavakkoli, Mohammad Taheri və Mohammad Keşavarz imza atıblar.
Qeyd edək ki, sentyabrın 10-dan oktyabrın 1-nə qədər Kolumbiyada keçiriləcək dünya çempionatında İran yığması Azərbaycan, Mərakeş və İspaniya ilə eyni qrupda mübarizə aparacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək