Bizi izləyin

Ölkə futbolu

Rafiq Mirzəyev klubları “topa tutdu”: “Bütün məşqçilər istefa verməlidi”

U-17-nin baş məşqçisi Rafiq Mirzəyevin təyinatı kimi, i…

blank
U-17-nin baş məşqçisi Rafiq Mirzəyevin təyinatı kimi, istefası da gözlənilməz oldu. AFFA Məşqçilər Komitəsinin təklifinə əsasən milli komandaya gələn çalışdırıcı heç 2 ay tamam olmamış işi ilə vidalaşdı.
 
Futbolinfo.az qəfil gedişin səbəbini araşdırdıqda bəlli oldu ki, Mirzəyevin istefasına hansısa nəticələr yox, məhz komandadaxili münasibətlər səbəb olub. AFFA tərəfindən ona köməkçi verilən Vüqar Məmmədin xüsusi səyləri sayəsində Rafiq bəy bezərək U-17 ilə vidalaşıb. Futbolçu kimi karyerası olmayan, birdən-birə məşqçi kurslarına qatılıb hansısa yolla kateqoriya alan Vüqar bəyin ona xələf təyin edilməsi də deyəsən, eşitdiklərimizi təsdiqləyir.
 
Məsələyə aydınlıq gətirmək üçün Rafiq bəylə danışdıq.
 
– Gedişimin səbəbi çoxdu. Klublarda çalışan, 14, 15, 16 yaşlı uşaqlarla işləyən məşqçilərə may ayında ölkəmizdə keçirilən U-17-lərin Avropa çempionatı dərs olmayıb. Görsünlər ki, necə uşaqlar yetişdirirlər. Həmçinin, aprelin 28-də oyunlar başa çatıb və bu uşaqları bir də avqustda təlim-məşq toplanışına yığıblar. Sizcə, uşaqlara 3 ay istirahət vermək olar? Əlbəttə, yox. Sizcə, mən 52 gün ərzində nə edə bilərdim? Yaxşı oyunçular var, amma fiziki durumları çox zəifdi. Uşaqlarda fərdi ustalıq aşağıdı, topla rəftar pisdi, hətta elələri var ki, ötürmə verə bilmir. Çox düşündüm və getməyi qərara aldım. Mənim istefam isə o deməkdi ki, digər 15 klubun məşqçiləri də getməlidi. Bilsinlər ki, işləmək lazımdı. Amma bunu köhnə sistemlə etmək lazım deyil. Ola bilər kimlərsə incisin, kimlərsə gedişimə sevinsin və ya pis olsun, özləri bilər. Məşqçilər Komitəsi də dedi ki, qal, işlə, amma mən fikrimdə qaldım. Hər dəfə klublarla istəklərimi deyirdim, amma heç kim əməl etmirdi.
 
– Hansı klublarla görüşmüsünüz?
– Bütün klublarla… Çempion olan “Qəbələ”dən 7, “Əlincə” və “Vətən”dən uşaqlar gəlmişdi. Hansı ki, “Əlincə” dağılandan sonra həmin uşaqlar “Vətən”ə keçdi.  Həmçinin “Neftçi” və “İnter”dən də 2-3 nəfər heyətə cəlb olunmuşdu. Milli komandaya ən yaxşılar cəlb olunur. AZAL-dan ayrıldıqdan sonra 3 il AFFA-da seleksiyaçı-məşqçi işləmişəm. Bütün rayonlarda müxtəlif yaş qrupu üzrə komandaların oyunlarını izləyirdim. Həmişə də deyirdim ki, bu uşaqların fiziki durumunu artırmaq lazımdı. Elə yaş dövrüdü ki, uşaqlarda kişiləşmə dövrü gedir. Onlarla fərdi danışıb, psixoloji söhbətlər aparmaq lazımdı. Digər ölkələrdə 16-17 yaşlı uşaqlar az qala əsas komandada çıxış edir. Amma bizim 2000-ci il təvəllüdlülərdən heç əvəzedicilərdə çıxış edən yoxdu. Bu oyunçular 1-2 ilə ancaq hazır ola bilər. Bəlkə də kimlərsə mənim sözlərimdən sonra işlərində nəsə tərpəniş etdi. Fransada keçirilən AÇ-də portuqaliyalı Renato Sançes ötən il əvəzedicilərdə idi.  İndi görün, haralara gəlib, çıxıb. Nə məşqçilər, nə də futbolçular məndən inciməsin. 2000-ci il təvəllüdlü uşaqların arasından seçim etmək çətindi. Bu baxımdan 2001-ci illərdə seçim imkanı geniş olacaq. Orada bir mövqe üçün 3-4 oyunçu olacaq. Mirbağır İsayev üçün seçim genişdi deyə, işləmək rahat olacaq. Həmin uşaqlardan ibarət yaxşı komanda düzələcəyinə inanıram. Çıxanda da dedim ki, kim istəyirsə, gəlsin, işləsin. Futbol naminə bu addımı atdım.Məndən sonra kimsə uğur qazansa, bu addıma sevinərəm ki, işim hədər getmədi. 52 gün ərzində “qara iş”i mən gördüm, amma bəzi səbəblərə görə işimdən ayrılmalı oldum.
 
– Hansı səbəblərdən?
– Səbəblər çoxdu. Hər kollektiv böyük ailə deməkdi, eləcə də AFFA. Ailənin pisi də, yaxşısı da bizimdi. Məni tanıyanlar bilir – kişi kişinin dalınca danışmaz. Əksinə, birləşib, bu vəziyyətdən çıxmaq lazımdı.
 
– Sabiq köməkçiniz və yerinizə təyin olunan Vüqar Məmmədovla münasibətiniz necədi?
– Bu barədə danışmaq istəmirəm.
 
– Getməyinizdə rolu nə dərəcədə olub?
– Onun rolu olmayıb. Köməkçi kimi nə demişəm, əməl edib.
 
– Necə düşünürsünüz, 2000-ci il təvəllüdlü futbolçulardan gələcəkdə nəsə gözləməyə dəyərmi?
– Belə deyək, həmin komandada 1 mövqeyə 2 namizəd tapmaq çətindi. Heç 1 mövqeyə namizəd olan oyunçu da işinin öhdəsindən normal gələ bilmir. Qazaxıstan və Gürcüstana səfərlərimiz bunu göstərdi. Mən uşaqlara tətildə olduğu müddətdə ev tapşırığı vermişəm. Yazdığım plana əsasən, işləməli idilər. Təəssüf ki, heç kim tapşırıqlarıma əməl etmədi. Çempionat 28 apreldə yekunlaşıb, futbolçular bir də avqustun 15-də bir araya gəlib. Bu vəziyyətdə hansı yığmadan danışmaq olar? Mən 52 gün ərzində bu uşaqlarla nə edə bilərdim?  Fiziki durumları yaxşı olsaydı, yenə başqa bir taktika seçib, nəyisə ört-basdır etmək olardı. Amma oyunçuların nə fiziki, nə fərdi bacarığı yoxdu. Ona görə də belə qərar qəbul etdim. Bizim üçün çox ağır olacaq.
 
– Sizi ən çox narazı salan hansı klubların oyunçularıdı?
– Komandanın əksər futbolçuları “Qəbələ” və “Vətən”in uşaqları olub. Qalanları “Neftçi”, “İnter” və digər klublardı. Futbolçular hazır deyildi. Bu futbolçuları təlim-məşq toplanışına çağırıram ki, taktiki iş görüm. Amma mən bu uşaqlara məşqləri hazırlıq dövründən başlayıram. Gülməli vəziyyətdi. İnsan nə qədər güclü olsa, hərəkət etsə, bir o qədər güclü olacaq. Saatyarım məşq etməklə futbolçu olmaz. Gündə 5 saat işləməlidilər. Yəqin ki, müsahibəni oyunçular və məşqçilər oxuyacaq. Mən onların hamısı ilə danışmışam. Deyəcəklər ki, “tətildəydik, hazır deyildik, məşqlərə indi başlamışıq”. Axı, bu uşaqlar milli komandaya namizədlərdi.  Mayda başa düşdük ki, AÇ olub. Heç olmasa, iyundan başlayıb, fərdi məşqlər edəydiz. 2-3 ay istirahət olar? Ola bilər desinlər ki, “hərdən yığışırdıq”. İyunun əvvəlindən fiziki durumu artırmaq lazım idi. 3 ayda uşaqlar necə yetişərdi? Ümumiyyətlə, fiziki durum futbolda çox vacib amildi. Əgər bu, yerində olsa, çox komandaları məğlub etmək olar. Baxın, qonşu Gürcüstana. 2 ildi eyni uşaqlarla oynayırlar. Həmişə texnikası ilə seçilən gürcülərin indi fiziki vəziyyəti də yaxşıdı. Super komanda yaradıblar.
 
– İxtiyarınızdakı legioner futbolçuların vəziyyəti nə yerdə idi?
– “Altınordu”dan Muhammet Canı gətirdik. Yaxşı qapıçı idi, bəyənildi. Gələn kimi sözün yaxşı mənasında bizimkilərdən seçildi. Həm də məşqçilər onun oyununa bələd idi. Komandaya kömək edə biləcək. Sankt-Peterburqdan azərbaycanlı oyunçular dəvət etmişdim. Onlar da pis gündə idilər. Gürcüstanın çıxışını görəndən sonra heyrətə gəlmişdim. Həmin oyunçuların da ustalıq səviyyəsi və fiziki durumu aşağı idi. Yerli futbolçulardan seçilmirdilər. Fiziki durum yerində olmayandan sonra hansı taktikadan danışmaq olar?
 
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


Ölkə futbolu2024-04-21 17:54

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

blank
Premyer-liqa2024-04-21 17:33

“Kəpəz” “Sabah”a uduzur – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm