Dünya futbolu
“Qalatasaray” birini yola saldı, yeni futbolçu aldı
Türkiyənin “Qalatasaray” klubu daha bir futbol&ccedi…
Türkiyənin “Qalatasaray” klubu daha bir futbolçusu ilə yolları ayırıb.
Futbolinfo.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi Olcan Adının müqaviləsinə xitam verib. 30 yaşlı yarımmüdafiəçinin “Qalatasaray”la iki illik müqaviləsi var idi.
Olcan Adının hazırda İspaniyanın “Qranada” klubu ilə danışıqlar apardığı bildirilir. Türkiyə millisinin üzvü 2014-cü ildə “Trabzonspor”dan transfer edilmişdi.
Bu arada "Cim-Bom" heyətinə yeni futbolçu cəlb edib. Klub saytının yaydığı xəbərə görə, Fransa "Nant"ının hücumçusu Kolbeyn Siqtorsson bu mövsümün sonuna kimi icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək.
İcarə haqqı olaraq "Qalatasaray" qarşı tərəfə 700 min avro ödəyəcək. K.Siqtorsson isə 1 mövsüm üçün 1 milyon 215 min avro maaş alacaq.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı