Bizi izləyin

Ölkə futbolu

İttihama ittiham: kimdi günahkar?

17 yaşlılardan ibarət milli komandamızda 52 günlük fəal…

blank

17 yaşlılardan ibarət milli komandamızda 52 günlük fəaliyyətinin ardından istefa verən Rafiq Mirzəyev dünən saytımıza verdiyi müsahibəsində klubları ittiham etdi. O, əlinin altında olan futbolçuların fiziki hazırlığının yerində olmadığını, bu səbəbdən də əsas problemin klublarda aşağı yaş qruplarında çalışan məşqçilərdə olduğunu bilidirdi.  Mirzəyevin fikrincə, komandaların 3 aydan çox yay tətilində olması səbəbindən uşaqların fiziki durumu ürəkaçan olmayıb. Bu da milliyə cəlb olunan futbolçuların çıxışında özünü büruzə verib. Bu məsələ ilə ittihamda əsas pay sahibi olan klubların – “Qəbələ” və “Vətən” tərəfinin mövqeyini öyrəndik.

Halim Fıçıcı (“Qəbələ” futbol akademiyasının baş məşqçisi): “Yazını oxudum, xeyli ziddiyətli məqamlar var. Rafiq bəy bütün məşqçilərin 17 yaşlıların Avropa çempionatını izləməli olduğunu deyir. Mən şəxsən izlədim. Portuqaliya ilə matçı nəzərə almasaq, millimiz yaxşı çıxış etdi. Bundan sonrakı oyunlarda çox gözəl çıxış etdilər. Üstəlik akademiyamızın yetirməsi olan Fərid Nəbiyev də turnirdə özünü yaxşı tərəfdən göstərə bildi. Bundan başqa, Mirzəyev futbolçuların gündə 5 saat işləməli olduğunu bildirib. Maraqlıdı, dünyanın harasında gündə 5 saat məşq edən uşaq var? Araşdırmaq lazımdı. Bu futbolçuların fiziki yüklənmə qaydalarına ziddi. Onunla razılaşa biləcəyim yeganə məqam 2000-ci il təvəllüdlü uşaqlarla bağlı olan məsələdir. Bəli, ölkə səviyyəsində bu yaş qrupu ən zəiflərdəndi. Amma buna görə həmkarımızın hamını suçlaması düzgün deyil. O, əvvəlcə özünə baxmalı idi. Seleksionerlik etdiyini deyir. Bu işlə məşğul olan adam 2000-ci illərin zəif olduğunu bilər. Şəxsən sözügedən ildə doğulan uşaqları mənə həvalə etsəydilər, imtina edərdim. Rafiq bəy qeyd edib ki, Mirbağır İsayevin rəhbərlik etdiyi 2001-ci ildə doğulan uşaqlar uğur qazana biləcəklər.  Nəzərə almaq lazımdı ki, bu uşaqları da bizim məşqçilər hazırlayır. Necə olur ki, 2000-ci illərin günahkarı klublardı, amma digərində komandaların adını qeyd etmir. Ümumiyyətlə, mövsüm ərzində 28 oyuna çıxan uşağa 2 ay istirahət verilməsi normaldı. Uşaqların inkişafı üçün lazımdı. Bu uşaqların istirahət vaxtını nizama salmasaq, inkişaflarını əngəlləmiş olarıq. Dedikləri ilə bağlı Rafiq bəylə razılaşmıram. Ötən mövsüm aprelin 28-də başa çatdı. Amma biz iyunun 4-nə kimi məşqlərimizi davam etdirdik. Məhz bundan sonra uşaqları tətilə göndərdik. Hansı ki, bu, hər il etdiyimiz bir şey deyil. Əgər Mirzəyev izləsəydi, xəbəri olardı. Dediyinə görə, bizimlə daimi dialoqda imiş və klublara istəklərini bildiribmiş. Burada olduğum 8 il ərzində Mirbağır İsayev və Təbriz Həsənovdan başqa indiyə kimi akademiyadakı futbolçularımızla bağlı mənimlə məsləhətləşən məşqçi görməmişəm: oyunçuların fiziki və ya əxlaqi durumu, hansı formadadı və s. Amma Rafiq bəylə heç vaxt görüşməmişəm. İstefa verdikdən sonra belə danışmaq asandı. Düzgün iş görməyib. Bizə qarşı ağır ittihamlar irəli sürüb və bizi özümüzü müdafiə etmək məcburiyyətində qoyub. Bizim 7-19 yaşlarında oyunçularımız var. 7 yaşlı uşağın yalnız böyüməyini gözləyirik. Onlar dincəldikcə inkişaf edə bilərlər. 19 yaşlı uşaqlara da hazır proqram verilir ki, tətildə bunları elə, hazır gəl. Əksəriyyəti də dediklərimizi edir. Düzdü, bəzi tənbəl oyunçular var ki, tapşırıqlarımızı yerinə yetirmirlər. Amma ümumilikdə futbolçular hazır olur. İnsan uğursuz olanda ilk olaraq, özündə də səhv axtarmalıdı. Akademiyamızdakı çalışdırıcılarla həftədə 2 dəfə yeniliklərlə bağlı seminarlar keçirik. Bizdən dəvət etdiyi 2 futbolçu  – Kamran Quliyev və Vüsal Mustafayev hazırda U-19 komandamızdadı. Biz bu uşaqları 1997-98 təvəllüdlü uşaqlarla bir yerdə meydana buraxsaq, düzgün olmayacaq. Bir futbolçu üçün 2-3 yaş fərqi çoxdu". 

Müşviq Qənbərov: (“Vətən”in 17 yaşlılarının baş məşqçisi) “Belə baxanda Rafiq müəllim düz deyir. Əgər çempionat apreldə yekunlaşırsa, 3 aylıq fasilə uzundu. May ayında uşaqlar məktəbi bitirir, imtahanları verib, rayona gedir. Nə edə bilərik? Deyək ki, rayona getmə? Apreldə çempionat başa çatsa da, hələ ki, növbəti mövsümün reqlamenti açıqlanmayıb. Belə görünür ki, çempionat oktyabrda başlayacaq. Arada 5 ay fasilə olur. Amma bir məsələ də var. Əgər bir işi qəbul edirsənsə, bunu hərtərəfli fikirlşəb, “yüz ölçüb, bir biçməli”sən. Millini qəbul edəndə bilmək lazım idi ki, çempionat nə vaxt başa çatıb, nə vaxt başlayacaq, uşaqları tətildən necə yığmaq lazımdı, harda, nə vaxt toplanış keçəcəm və s. bu kimi şeyləri əvvəldən fikirləşmək lazımdı. Əgər quyuya düşürsənsə, ordan necə çıxmaq lazım olduğunu da əvvəlcədən bilməlisən. Yalnız “Vətən”di  ki, bir neçə turnirdə – Respubilka və Bakı birincililərində iştirak edir. Məsələn, iyulda Moskvada 1 həftəlik turnirdə olmuşuq. Komandamız ilboyu iş başındadı. Bunları hər komanda edə bilmir, təkcə biz bacarırıq. Futbolçularımızın fiziki durumunu çempionatın reqlamentinə uyğun qururuq.  Əgər hansısa çempionatda, turnirdə iştirak edəcəyiksə, biz ona uyğun toplanış planımızı hazırlayırıq. Məncə, millinin baş məşqçisi hansı yaş qrupuna rəhbərlik edirsə, klubda da o funksiyanı daşıyan çalışdırıcılarla ayda 2 dəfə görüşməlidi. Əgər klublardakı durumdan xəbərim yoxdusa, mən necə baş məşqçiyəm? Bu dəqiqə Mirbağır İsayevin işini dəyərləndirərdim. Çünki bu insan milliyə gələndən bütün regionlarda 2001-ci il təvəllüdlü uşaq axtarır, hələ Bakıya gəlib, çıxa bilməyib. Onun işi çox düzgündü".

Maraqlıdı, görəsən, uşaqların yayda formadan düşməməsi üçün hər hansı bir turnir keçirmək olarmı? Məsələ ilə bağlı AFFA-nın Uşaq və Gənclər üzrə yarışlarının təşkili şöbəsinin rəisi Yusif Vəliyevin də fikirlərini öyrəndik:

“Bununla bağlı klublarla bir dəfə müzakirə aparmışıq. Onlar yay vaxtı turnir keçirməyin tərəfdarı olmayıb. Əsas səbəb kimi də uşaqların tətilə getməsi, stadionların müəyyən qədər qaydaya salınması və s. göstərilib. İlboyu oyunların keçirilməsi də düzgün deyil. Ümumiyyətlə, mövsüm bağlanırsa, klubların öz işidi, istənilən turnirlərə qatıla bilərlər, yoxlama oyunu da keçirə bilərlər. Yay fasiləsinin uzunluğu komandaların qeydiyyatdan keçməsi ilə bağlıdı. Sentyabrın əvvələrindən liqaların başlanması planlaşdırılıb. Bu, birbaşa komandaların qeydiyatından asılıdı. Bizim işimiz sırf çempionatı keçirməkdi. Əgər bizə hər hansı turnirlə bağlı təklif gələrsə, bunu dəyərləndirə bilərik”.

Uşaq futbolu dəryadı. Uşaq futbolu bataqlıqdı. Uşaq futbolu uğurun təməlidi. Hər üç deyim doğrudu. Elə respondentlərimizin verdikləri cavablar da həqiqəti əks etdirir. Ancaq Rafiq Mirzəyevin mövqeyi də yalan və ya böhtan deyil. Məsələ daim gündəmdə qalmalı, araşdırılmalı və ən düzgün yol seçilməlidi.

ELMAR ABDULLA-ZADƏ

Reklam

Reklam


blank
Dünya futbolu2024-01-26 00:30

“Mançester Siti”dən yeni transfer

blank
Ölkə futbolu2024-01-26 00:01

“Qarabağ”da yeni təyinat

blank
Dünya futbolu2024-01-25 23:16

“Qalatasaray”dan inamlı qələbə

blank
Digər idman növləri2024-01-25 22:50

“Azərreyl” “Abşeron”a qalib gəldi

blank
Dünya futbolu2024-01-25 22:12

PSJ braziliyalı futbolçu transfer etdi

blank
Dünya futbolu2024-01-25 21:50

“Bayern”in futbolçusu bir neçə həftə oynamayacaq

blank
Digər idman növləri2024-01-25 21:36

“Gəncə”nin basketbolçusu üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-01-25 21:19

“Turan Tovuz”da seminar

blank
Digər idman növləri2024-01-25 21:00

Belçikadakı turnirdə iştirak edəcək Azərbaycan cüdoçuları bəlli oldu

blank
Milli komanda2024-01-25 20:45

Azərbaycan yığması dünya reytinqində ikinci pilləyə yüksəldi

blank
Dünya futbolu2024-01-25 20:30

Fransa kuboku: 1/8 finalın cütlükləri məlum oldu

blank
Dünya futbolu2024-01-25 20:12

“Vest Hem” qanalı istedad üçün 18 milyon avro ödədi

blank
Digər idman növləri2024-01-25 19:55

Gəncədə açıq birincilik

blank
Digər idman növləri2024-01-25 19:37

FİDE qadınlar üçün xüsusi turnir təşkil edəcək

blank
Ölkə futbolu2024-01-25 19:19

“Araz-Naxçıvan” məşqlərini bərpa etdi

blank
Dünya futbolu2024-01-25 19:00

Salah tənqidlərə alışıb

blank
Dünya futbolu2024-01-25 18:42

“Verona” Tavşanı gətirdi

blank
Ölkə futbolu2024-01-25 18:24

“Turan Tovuz” – “Səbail” matçına riskli təyinat

blank
Digər idman növləri2024-01-25 18:07

Azərbaycan çempionatına qatılacaq atletlərin sayı açıqlandı

blank
Ölkə futbolu2024-01-25 17:50

“Zirə”nin komandaları üçün danışılmış oyunlarla bağlı seminar

blank
Ölkə futbolu2024-01-25 17:35

“Turan Tovuz” – “Səbail” oyununun biletləri satışda!

blank
Digər idman növləri2024-01-25 17:20

Avstraliyada finalçılar məlum oldu

blank
Premyer-liqa2024-01-25 17:11

“Zirə” – “Sabah” matçının hakimləri müəyyənləşdi

blank
Dünya futbolu2024-01-25 16:57

Şevçenko UAF prezidenti seçildi

blank
Dünya futbolu2024-01-25 16:46

“Liverpul” bunu 14-cü dəfə bacardı

blank
Əvəzedicilər2024-01-25 16:32

Qəbələdə 7 qol

blank
Ölkə futbolu2024-01-25 16:16

Hakimi təhqir etdilər, 5 oyun cəza aldılar

blank
Premyer-liqa2024-01-25 16:01

Azarkeşləri bu klubları ziyana saldılar

blank
Dünya futbolu2024-01-25 15:48

Tyaqo Silva “Fluminense”yə qayıdır

blank
Ölkə futbolu2024-01-25 15:31

“Səbail”in yeni transferi: “Yaxşı ki, bura gəlmişəm”

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm