Bizi izləyin

Ölkə futbolu

"Astra"dan "Vozdovaç"adək: "Neftçi" niyə "radar"a düşdü?

Avqustun son 3-4 günü "Neftçi" ü&ccedi…

blank
Avqustun son 3-4 günü "Neftçi" üçün qaynar oldu. Komandanın birdən-birə 4 oyunçusuna dəvət gəldi və dünən onlardan biri yeni klubuna yollandı.
 
Ruslan Qurbanov "Qəbələ" ilə 2 illik müqavilə bağladı, Araz Abdullayevin Rumıniya "Astra"sına keçidi son anda baş tutmadı, Rəhman Hacıyevlə Cavid İmamverdiyevin məsələsi isə mətbuatdan gizlədildi.
 
Nə baş verdi ki, başqa klubun yox, məhz "Neftçi"nin oyunçularına dəvət gəldi? Normalda çətin günlər keçirən, futbolçuları ümidi doğrultmayan komandanın qapısını döyməzlər. Amma məhz bunu etdilər və məşqçilərin, rəhbərliyin əsas narazı olduğu 4 oyunçuya elçi düşdülər. Bəlkə də bu futbolçular əvvəl-axır onlardan imtina ediləcəyini bildikləri üçün özləri axtarışa çıxıb, menecerlərinə onlara klub tapmağı xahiş edib?
 
Ruslan Qurbanovun məsələsi aydındı. Maraqlıdı ki, ona "Qəbələ" ilə yanaşı, 2 Xorvatiya və 1 Serbiya klubu da diqqət göstərib. Ən real və cəlbedici təklif isə "Qəbələ"dən gəlib, o da xarici klubları yalnız ehtiyat variant kimi saxlayaraq "qırmızı-qaralar"la danışıq aparıb.
 
Az qala hər il adı hansısa xarici klubla yanaşı çəkilən, ancaq Biləcəridən o yana gedə bilməyən Araz Abdulayevin budəfəki macərası baş tuta bilərdi. Vaxtilə "Everton"la anlaşıb oynamayan, Yunanıstanda qısa müddət görünən yarımmüdafiəçi bu dəfə Rumıniyada çıxış edə bilərdi. "Neftçi" onun gedişinə əngəl olmayıb və Rumıniya çempionuna gedişinə "yaşıl işıq" yandırıb. Lakin Avropa Liqasının qrupunda oynayacaq "Astra"ya keçid son anda düyünə düşüb.
 
Böyük borclar üzündən yerli federasiyanın transfer qadağası qoyduğu klub bu əngəli aradan qaldıra bilməyib. Belədə Abdullayevin keçidi də reallaşmayıb. Rumınlar qadağanı ləğv etdirəcəklərini vəd etsələr də, "transfer pəncərəsi"nin son gününə kimi problemi yoluna qoya bilməyiblər. Transfer reallaşsaydı, Arazın Avropa Liqasında oynamasında problem olmayacaqdı. "Neftçi" ikinci təsnifat mərhələsində uduzduğundan, pley-offa çıxa bilmədiyindən Abdullayevin başqa bir komanda ilə qrupda çıxış etməsi mümkün idi.
 
Rəhman Hacıyevin məsələsi də ciddi imiş. Serbiyanın "Vozdovaç" klubu ona görə rəsmi təklif də göndərib. Lakin tərəflər anlaşa bilməyiblər. Serblər pul ödəmək istəməyib, futbolçuya da çox az maaş təklif ediblər. Bu səbəbdən məsələ startdaca bağlanıb.
 
Cavid İmamverdiyevi isə ölkə daxilindən istəyiblər. "Qəbələ" onunla maraqlanıb, daha sonra "Sumqayıt" yarımmüdafiəçini heyətinə qatmaq arzusuna düşüb. Lakin hər iki halda məsələ maraqlanmaq səddində ilişib və ciddi danışıqlara səbəb olmayıb.
 
"Neftçi"nin birdən-birə 4 oyunçusuna maraq göstərilməsi maraqlıdı, müəmmalıdı, qəribə təsadüfdü. Lakin reallıqdı.
 
Bu futbolçuların hamısının gedişinin "Neftçi" üçün nə demək olacağını təsəvvür etmirik. Faktiki onların varlığı da nəyisə dəyişmir. Bəlkə onların yerinə gətiriləcək futbolçular daha faydalı olacaqdı, bəlkə transfer siyasəti bərbad olan klub növbəti yanlışlıqları edəcəkdi, bəlkə, bəlkə…
 
Dünən millinin düşərgəsinə getmələri səbəbindən Ruslan, Araz və Rəhmanın olmadığı, Cavidin isə kapitan sarğısıyla oynadığı sınaq matçı baş tutdu. Klubun Bakıxanovdakı təlim-məşq bazasında "Rəvan"la görüş də uğursuz bitdi. Oyunun dinamikası yaxşı idi, Bakıda "çətin tapılan" əla qazonun üzərində barışmaz mübarizə getdi. Amma nəticə "Neftçi"ni təzyiq altında saxlayan, klubu tənqid edənlərin çörəyinin üstünə çəkilən yağ kimi oldu.
 
Hesabı "Rəvan" açdı. Lakin Tira və İmamverdiyev fasiləyə kimi divizion klubunu cəzalandırdı. Gənclərdən qurulan Bəhmən Həsənovun kollektivi ilk yarıda uduzsa da, rəqibdən geri qalmırdı. İkinci hissədə isə oyunun yeganə diqtəedəni "Neftçi" idi. Lakin millinin düşərgəsinə gedən Şikov istisna olmaqla, bütün legionerlərinin oynaması da Vəli Qasımovu sevindirmədi. Onun təcrübəli oyunçuları gənclərlə əvəz etməsi "Rəvan"ın əl-qolunu açdı və son dəqiqələrdə qonaqlar yekun nəticəni müəyyənləşdirdi – 2:2.
 
Bu nəticənin fonunda Ruslan Qurbanovun satılması, digərlərinin də gedişinə əngəl törədilməməsi maraqlı görünür. Amma çətin ki, onların varlığı da nəyisə dəyişərdi. Divizion klubu ilə heç-heçə hər nə qədər pis nəticə olsa da, yekunda yoxlama görüşü idi. Ən maraqlısı belə bərbad durumda olan komandanın ən bərbad futbol oynayanlarına gələn təkliflərdi.
 
AĞA
Reklam

Reklam


blank
Dünya futbolu2024-03-05 02:44

“Osasuna”ya 1 qol bəs etdi

blank
Dünya futbolu2024-03-05 02:30

“Arsenal”dan darmadağın

blank
Dünya futbolu2024-03-05 02:11

“İnter”dən növbəti qələbə

blank
Dünya futbolu2024-03-05 02:00

“Trabzonspor” “Alanyaspor”a uduzdu

blank
Dünya futbolu2024-03-05 01:51

“Əl Nəsr” uduzdu

blank
Dünya futbolu2024-03-05 01:44

İtaliya millisinin üzvü Avro-2024-ü buraxacaq

blank
Dünya futbolu2024-03-04 22:02

“Qarabağ”a qol vurdu, 20 milyon avroya satıldı

blank
Müsahibə2024-03-04 21:34

İlqar Nadiri: “Gəncədən olan iş adamlarından dəstək görmürük”

blank
Dünya futbolu2024-03-04 21:12

“Bayer” bir gün öncə gələcək

blank
Dünya futbolu2024-03-04 20:48

Şahruddin oynadı, komandası qələbə qazandı

blank
Ölkə futbolu2024-03-04 20:35

“Neftçi”nin bazasına hücum edənlər həbs olundu

blank
Digər idman növləri2024-03-04 20:12

Nadalın ailəsindən yeni görüntülər

blank
Digər idman növləri2024-03-04 19:50

İlk turun təqvimi bəllidir

blank
Dünya futbolu2024-03-04 19:31

“Real”ın qolunu qeydə almadı, işindən kənarlaşdırıldı

blank
Milli komanda2024-03-04 19:10

Milli komanda martın 18-də yığışacaq

blank
Digər idman növləri2024-03-04 18:52

İki təmsilçimiz növbəti mərhələdə

blank
Dünya futbolu2024-03-04 18:35

Çempionlar Liqasının reqlamenti dəyişdi

blank
Ölkə futbolu2024-03-04 18:17

Derbidə dəyişməyən qalib, Sxadadze üçün “soyuq duş”

blank
Ölkə futbolu2024-03-04 17:57

Liderlər xal böldü

blank
Digər idman növləri2024-03-04 17:38

Ərdoğan FİA prezidentini qəbul etdi

blank
Milli komanda2024-03-04 17:10

Azərbaycan millisi Arif Əsədova tapşırıldı

blank
Ölkə futbolu2024-03-04 16:55

“Avrokuboklara vəsiqə qazanmaq üçün potensialımız var”

blank
Dünya futbolu2024-03-04 16:38

141 oyundan sonra…

blank
Dünya futbolu2024-03-04 16:21

Tanı narahat edən Bakı səfəri

blank
Dünya futbolu2024-03-04 16:04

Qvardioladan Fodenə tərif: “Premyer Liqanın ən yaxşısıdır”

blank
Digər idman növləri2024-03-04 15:47

Üzgüçülərimizin Riqa uğuru

blank
Ölkə futbolu2024-03-04 15:30

“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib – VİDEO

blank
Ölkə futbolu2024-03-04 15:12

Tahir Süleymanov federasiya prezidenti seçildi

blank
Digər idman növləri2024-03-04 15:05

Xankəndi – Bakı ultramarafonu başa çatdı

blank
Digər idman növləri2024-03-04 14:47

İddiaçılar Turnirinin püşkü atıldı

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm