Premyer-liqa
Cavid Tağıyev “Qarabağ”a qarşı oynaya bilməz?
“Qarabağ” – “Zirə” matçında qo…
“Qarabağ” – “Zirə” matçında qonaqların heyətində Cavid Tağıyevin adının protokolda olmaması ortaya sual çıxardı: bəlkə ağdamlılardan transfer olunan yarımmüdafiəçinin müqaviləsində cari mövsümdə ölkə çempionuna qarşı oyunlarda meydana çıxmayacağı barədə bənd olub? Bu sualı qəsəbə təmsilçisinin mətbuat xidmətinin rəhbərti Elman Himayətoğluna ünvanladıq. Futbolinfo.az saytına verdiyi açıqlamada klub sözçüsü Tağıyevin başqa səbəbdən forma geyinmədiyini bildirdi.
O, komandanın dünənki məşqində Cavidin zədələndiyini bildirdi: “Dünən Viktor İqbekoyi və Cavid Tağıyev məşqdə zədələniblər. Bu səbəbdən də baş məşqqçi onların xidmətindən bugünkü oyunda yararlana bilmir”.
Qeyd edək ki, “Qarabağ” – “Zirə” matçında meydan sahibləri Rahid Əmirquliyevin 20-ci dəqiqədə vurduğu qolla hesabda önə keçiblər.