Ölkə futbolu
Qurban Qurbanov: “Düşündüyümüz oyunu ortaya qoyduq”
Premyer Liqanın 5-ci turu çərçivəsində keçiri…
Premyer Liqanın 5-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Zirə” matçından sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis heyətdəki rotasiyaları Avropa Liqasının oyunu ilə bağladı.
– Hər bir oyun bizim üçün vacibdi. Növbəti 3 xalı qazandığımız üçün şadıq. Düşündüyümüz oyunu ortaya qoya bildik. Bir sıra futbolçularımızın mikrozədələri var idi və riskə getmədim. Ancaq meydana çıxanlar bacardıqlarını ortaya qoydular.
– “Zirə”yə qarşı oyunda yeni qapıçıya şans verməyiniz riskli deyildi?
– Onu bəyənib götürmüşük. Şehiçin də istirahətə ehtiyacı var idi. Hər kəs şans qazanıb, oyun praktikasına sahib olmalıdı.
– Bədavi Hüseynovun durumu nə yerdədi?
– Fərdi məşqlərə başlayıb. Yaxın günlərdə kollektivə qoşulacaq və növbəti tur üçün qismən hazır olacaq.
– Qara Qarayevi mərkəz müdafiəçisi mövqeyində oynatymağınız bir qədər qəribə görünürdü…
– Xeyr, Qarayev üçün bu mövqe yad deyil.
– Rahid Əmirquliyev zədədən sonra tam hazır olduğunu söyləmək olar?
– O, çoxdan hazırdı. Sadəcə, bütün istədiyim futbolçuları meydana buraxa bilmirəm. Nə qədər çox oynasalar, bir o qədər faydalıdı.
CEYHUN ƏLİYEV
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı