Ölkə futbolu
“Qəbələ” – “Sent-Etyen” matçının biletləri satışda
UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çə…
UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Qəbələ" – "Sent-Etyen" (Fransa) oyununun biletləri satışa çıxarılıb. Futbolinfo.az xəbər verir ki, biletləri bu gün saat 15:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından almaq olar.
Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır.
Qeyd edək ki, noyabrın 3-də "Bakcell Arena"da (8-ci km stadionu) keçiriləcək "Qəbələ" – "Sent-Etyen" matçı saat 22:00-da başlayacaq.
- Ölkə futbolu2024-01-16 08:00
“Neftçi” italiyalı hücumçu transfer edir – 400 min avroya
- Ölkə futbolu2024-01-16 12:15
Tanzaniya kartı: Konfransın martın sonuna saxlanılmasında məqsəd var
- Premyer-liqa2024-01-17 13:17
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Müsahibə2024-01-17 08:00
“Vəziyyəti xeyrimizə dəyişmək üçün hər şeyi edəcəyik”