Premyer-liqa
Muaremdən 30-cu qol
Topaz Premyer Liqasının AZAL-la oyununda komandasına 1:0 hesablı q…
Topaz Premyer Liqasının AZAL-la oyununda komandasına 1:0 hesablı qələbə qazandıran qolun müəllifi olan Muarem Muarem “Qarabağ”ın heyətində 30-cu dəfə rəqib qapısına yol tapıb. Futbolinfo.az xəbər verir ki, o, yubiley qolunu Ağdam təmsilçisindəki 159-cu matçında vurub.
Muarem çempionatdakı 118 qarşılaşmada 22, 19 kubok matçında 4, avrokuboklardakı 22 görüşdə 4 dəfə fərqlənib. İlk qolunu 2012-ci il aprelin 22-də “Bakı” ilə çempionatdakı ev oyununda (2:4) vuran yarımmüdafiəçi komandasının öz meydanındakı matçlarda 14, səfərdə 15 dəfə rəqib qapısına yol tapıb. Daha bir qolu neytral meydanda vuran makedoniyalı 3 dubl müəllifidir. Səfərdə qeydə alınan dubllardan ikisi çempionat, biri kuboka təsadüf edib.
mövsüm | Premyer Liqa | kubok | Avrokubok |
2011/12 | 1 | 1 | – |
2012/13 | 5 | – | – |
2013/14 | 4 | – | – |
2014/15 | 7 | 1 | 2 |
2015/16 | 3 | 2 | – |
2016/17 | 2 | – | 2 |
Cəmi | 22 | 4 | 4 |
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq