Ölkə futbolu
Öncə Qriqorçuk, sonra Qaltye
Avropa Liqasının qrup mərhələsində “Qəbələ” evdə…
Avropa Liqasının qrup mərhələsində “Qəbələ” evdə “Sent Etiyen”i qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, adıçəkilən komandaların oyunöncəsi son məşqinin və baş məşqçilərin mətbuat konfransının vaxtı bəlli olub.
İlk olaraq jurnalistlər önünə “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk çıxacaq. O, 18:15-dən etibarən KİV nümayəndələrinin suallarını cavablandıracaq. Təmsilçimizin çalışmaları isə 19:00-a nəzərdə tutulub.
Bundan yarım saat sonra isə qonaqların baş məşqçisi Kristofer Qaltye ona yönələn suallara cavab verəcək. “Ağ-yaşıllar” 20:00-da oyunöncəsi son məşqinə çıxacaq.
Hər iki mətbuat konfransı və komandaların məşqləri “Bakcell Arena”da baş tutacaq.
Qeyd edək ki, bu matç noyabrın 3-ü, saat 22:00-da start götürəcək.
- Dünya futbolu2024-01-18 08:00
De Byazi “Neftçi”nin sabiq hücumçusunu “Torino”ya təklif etdi
- Premyer-liqa2024-01-17 13:17
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Müsahibə2024-01-17 08:00
“Vəziyyəti xeyrimizə dəyişmək üçün hər şeyi edəcəyik”
- Ölkə futbolu2024-01-18 10:01
“Qarabağ”dan ayrıldı, Polşa çempionatının autsayderi ilə anlaşdı