Bizi izləyin

Premyer-liqa

Suleymanov – həm doğru, həm də riskli seçim  

“Neftçi”də yeni təyinat tezliklə reallaşacaq. B…

blank

“Neftçi”də yeni təyinat tezliklə reallaşacaq. Baş məşqçi postunda Tərlan Əhmədovu əvəzləmək üçün namizəd o qədər də çox deyil. Hələlik konkret bir nəfər var ki, yaxın saatlarda çox güman, məhz onun yeni xələf olduğu açıqlanacaq.

Əslində, Nazim Süleymanovu “Neftçi” üçün nə ideal seçim, nə də yanlış namizəd kimi təqdim etmək olmaz. Onun lehinə və əleyhinə bir çox məqamlar var və milli komandada baş məşqçi Berti Foqtsun köməkçisi olan veteran futbolçunun seçimində risk payı daha çoxdu. Ancaq o da var ki, risk etməyən şampan içmir.

Süleymanov məhz “Neftçi”də əsl futbolçu kimi yetişib. Düzdü, flaqmanın ovaxtkı rəhbərliyi ilə problemlər üzündən Rusiyaya demək olar, qaçıb getdi. Ancaq bu, müxtəlif zamanlarda hamının başına gələ biləcək olaydı. Ona görə də keçmişi qurcalamadan Bakı klubunun Arif Əsədov, Tərlan Əhmədov və bir çox sabiqlər kimi keçmiş yetirməsinə tapşırılmasını alqışlamaq lazımdı.

Nazim bəy hələ məşqci kimi özünü sübut etməyib. Onun yığmadakı fəaliyyəti iş xatirinə iş idi. Düzdü, AZAL-da mövcud imkanlarla o, mümkün olanın ən yaxşısınlı etdi, gəl ki, avrokuboklarda zəif “Minsk”i keçə bilməmək passivinə yazıldı. Bununla belə, həmin dövrdə bir neçə daha güclü komandanı qabaqlayıb avrokuboklara vəsiqə qazanmaq da sıradan iş deyildi.

Məşqçi kimi sirli qutu olsa da, imkanları bəlli olan kluba, iddiası danılmayan komandaya gedir. Mahir Şükürov, Rəşad Sadiqov kimi liderlərlə, Flavinyo kimi özünü sübut etmiş legionerlə çalışmaq sizə asan gəlməsin. Onu da unutmayaq ki, “Neftçi”də bəzən məşqçini futbolçunun ayağına verməyi özünə rəva görən rəhbərlik var. Ona görə də paytaxt klubuna getmək heç də həmişə arzulanan missiya deyil. Arif Əsədov, Tərlan Əhmədov kimi veteranların bir andaca kəsilib atıldığı komandada yalnız Böyükağa Hacıyev kimi rəhbərliyə yaxın adamlar baş çıxara bilib.

İstənilən halda Nazim bəy bu təyinatla uduzmayacaq. Onun burada nə qədər davam gətirəcəyindən asılı olmayaraq, əmək kitabçasına ən titullu klubumuzun adı yazılacaq ki, bu da onun gələcək karyerası baxımından önəmlidi.

Nazim bəy üçün ən böyük problem ardıcıl 3 dəfə çempion olmuş komandaya gəlməsidi. İndi hətta ikincilik belə onun üçün uğursuzluq sayılacaq. Axı, ölkədə bəlkə də ən güclü heyət də onun sərəncamındadı. Bura “Neftçi”nin hazırda zirvəyə şərik olması faktını da əlavə etsək, Süleymanovun hansı təzyiq altında çalışacağı aydınlaşar. Düzdü, rəhbərlik bu işdə təcrübəlidi, onlar bəzən çətin anda bəzi oyunların taleyinə özləri də təsir edəcək. Ancaq Böyükağa Hacıyevin vaxtında Avropa Liqasının qrup mərhələsinə yüksəlmək faktı vəziyyəti dəyişir. Süleymanov bu uğuru ən azı təkrarlamaq üçün məhz məşqçi bacarığını işə salmalıdı.

Nazim bəy “Xəzər Lənkəran”la gərgin münasibətlərin yumşaldılmasında da rol oynaya bilər. Axı, o, Cənub klubunun bərpasından sonra ilk baş məşqçisi olub və əslən bu bölgədən olması faktı da var. Futbolçu kimi yaxşı karyeraya malik olması üzündən də Nazim bəy sevilən simadı. Ona görə də Süleymanov amili “Böyük oyun”larda qəzəbin üstünə su səpə bilər.

İstənilən halda bizə uğur arzulamaq qalır. Xeyirli olsun. Ümid edirik ki, bu seçimdən heç kim uduzmayacaq. Baxmayaraq ki, şəxsən məndə bəzi şübhələr var…

CAVAD

Reklam

Reklam


blank
Dünya futbolu2024-02-11 02:12

PSJ-dən inamlı qələbə

blank
Dünya futbolu2024-02-11 02:02

“Real” “Jirona”nı darmadağınla yola saldı

blank
Dünya futbolu2024-02-11 01:46

“İnter” paytaxtdan qələbə ilə qayıtdı

blank
Dünya futbolu2024-02-11 00:41

“Mançester Siti” və “Liverpul” inamlı qələbəyə sevindilər

blank
Dünya futbolu2024-02-11 00:29

Lider çempionu da məğlub etdi

blank
Ölkə futbolu2024-02-10 23:30

1/4 finala 4 vəsiqənin sahibi müəyyənləşdi

blank
Dünya futbolu2024-02-10 23:12

“Qalatasaray”dan inamlı qələbə

blank
Dünya futbolu2024-02-10 23:00

Asiya Kubokunun qalibi müəyyənləşdi

blank
Ölkə futbolu2024-02-10 22:22

“Neftçi” “Spartak”la qarşılaşacaq

blank
Digər idman növləri2024-02-10 21:00

Daha bir badmintonçumuz Bakıdakı turnirdə mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-02-10 20:00

Dviçayo mübarizəni 1/4 finalda dayandırdı

blank
Ölkə futbolu2024-02-10 19:00

“Qarabağ” Belarusda 5-ci oldu

blank
I Liqa2024-02-10 18:10

1-ci Liqa klubuna danışılmış oyunlarla bağlı seminar

blank
Digər idman növləri2024-02-10 17:31

“Sərhədçi”dən “Gəncə” üzərində qələbə

blank
Digər idman növləri2024-02-10 17:00

“Qarabağ”dan liderlə heç-heçə

blank
Dünya futbolu2024-02-10 16:31

Şəhruddinin klubundan yeni transfer

blank
Digər idman növləri2024-02-10 16:00

Gimnastika Federasiyasının 14-cü Ümumi Yığıncağı keçirilib

blank
Dünya futbolu2024-02-10 15:29

İtaliyada yanvar ayının ən yaxşısı açıqlandı

blank
Dünya futbolu2024-02-10 15:00

Renat Dadaşovun klubundan 2 yeni transfer

blank
Dünya futbolu2024-02-10 14:28

Argentina yığmasının oyunu təxirə salındı – Messiyə görə

blank
Ölkə kuboku2024-02-10 14:00

“Turan Tovuz” – “Qəbələ” oyununun biletləri satışda!

blank
Ölkə kuboku2024-02-10 13:33

32 qolla 32 ilin rekordu

blank
Ölkə kuboku2024-02-10 13:00

Ən məhsuldar cüt

blank
Ölkə futbolu2024-02-10 12:22

“Qarabağ” – “Sabah” qarşılaşmasının biletləri satışda

blank
Digər idman növləri2024-02-10 11:49

Azərbaycan badmintonçusu 1/4 finala çıxdı, 2200 reytinq xalı qazandı

blank
Digər idman növləri2024-02-10 11:00

Azərbaycan taekvondoçularından Türkiyə açıq çempionatının ilk günündə 2 medal

blank
Dünya futbolu2024-02-10 10:07

Ozan Canlı “Eyndhoven”dən səfərdə növbəti heç-heçə

blank
Dünya futbolu2024-02-10 10:03

Yeni reytinq: “Qarabağ” və “Neftçi” irəlilədi

blank
Dünya futbolu2024-02-10 09:15

“Real” “Jirona”nın futbolçusunu 8 milyona ala bilər

blank
Digər idman növləri2024-02-10 08:54

“Red Bull”dakı araşdırma mart ayından tez bitməyəcək

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm