Dünya futbolu
"Pelle ilə danışmamışam, çünki Çinə zəng etmək çox bahadı"
İtaliya yığmasının baş məşqçisi Campyero Ventura qarş?…
İtaliya yığmasının baş məşqçisi Campyero Ventura qarşıdakı oyunlar üçün Çinin "Şandun Lunen" klubunun forvardı Qratsiano Pelleni milliyə çağırmayacağına işarə vurub.
Futbolinfo.az xəbər verir ki, təcrübəli çalışdırıcı mətbuata açıqlamasında bunları söyləyib: "Onunla danışmamışam. Çünki Çinə zəng etmək çox bahadı. Mən Pellenin hərəkətini səhv kimi qiymətləndirdim. Bundan başqa o, milliyə hörmətsizlik etdi. Bu isə komandamızın imicinə zərbədi.
İnanmıram ki, gələn bazar o, komandada olacaq. Pelle gənc deyil. Lakin milliyə xeyri dəyə bilər".
Pelle İspaniya ilə oyunda əvəzlənərkən Venturanın əlini sıxmayıb və buna görə yığmadan kənarlaşdırılıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq