Bizi izləyin

Layihə

Böyümək üçün GROW 2020: IV yazı

Böyümək üçün GROW 2020: I yazı

Bö…

blank
 
AFFA elan etdiyi yeni strategiyanın 1-ci hissəsi İŞTİRAKÇILARI ARTIQRMAQ (Oyunçu iştirakını 20% artırmaq) adlandırılıb. Burada bütün imkanları səfərbər etməklə kəmiyyət artımı nəzərdə tutulub ki, bunlardan biri də məktəblərlə bağlıdı.
 
Assosiasiya hazırkı və potensial futbol ailəsi ilə münasibətləri nəzərdən keçirdikdən sonra yeni layihəyə start verəcək. Rəqabətli və əyləncəli futbolu inkişaf etdirmək üçün 2017-ci ildə 2 ali təhsil müəssisəsində əyləncəli futbolun əsasını qoymaq istəyən AFFA kişi və qadın tələbələr üçün 7×7 və futzal yarışlarını təşkil etməyi planlaşdırır. Qurum başqa əməkdaşlarla yeni imkanlar axtarmağı və UNISEF-lə işbirliyini də nəzərdə tutur. Burada fiziki qüsurlu insanların sayəsində yenə say artımına xidmət nəzərdə tutulub.
 
Bütün iştirakçılara soyuqqanlılıq və məğlub olarkən də nəzakət aşılamağı nəzərdə tutan AFFA strateji planda FİFA Connect futbol qeydiyyat sistemini yaratmağı da düşünüb. Bu, marketinq və kommunikasiya strategiyasını hazırlayıb, tətbiq etməyə, futbol ailəsi ilə əlaqələri möhkəmləndirməyə xidmət edəcək.
 
AFFA-nın bir məqsədi də əvvəllki proqram dövründə yaradılmış futbol təsisatlarını qoruyub saxlamaq, yeniləməkdi.
 
Proqramın 2-ci hissəsi 2020/21-ci İLƏ QƏDƏR STABİL FUTBOL KLUBU YARATMAQ (Premyer Liqada 10 davamlı klub) adlanır. Adından da göründüyü kimi, AFFA elitada davamlı və sabit 10 klubun çıxış etməsində maraqlıdı. Yəqin ki, hazırkı mövsüm ən az – 8 komandnın yarışdığı son çempionat olacaq. İşlər qaydasında getsə, qurum sabit çempionat keçirib, dəyişməz reqlament tətbiq etmək niyyətindədi.
 
Proqramda qeyd olunur ki, hazırda Premyer Liqa iştirakçılarının sayının 8-ə qədər azaldılmasının və elitaya heç bir divizion klubunun yüksəlməməsinin səbəbi qeyri-sabit maliyyə ilə bağlıdı. Bunun aradan qaldırılması, meydanda və meydandan kənarda yüksək standartlara nail olmaq üçün AFFA dövlətin xüsusi dəstəyinə ehtiyac duyur. Strateji planın bütün məqsədi də elə bu bənddə gizlənir. Assosiasiya üstüörtülü şəkildə bəyan edir ki, dövlətdən maddi yardım umur.
 
AFFA konkret məbləğ istəmir, amma alacağı yardımı şəffaf şəkildə paylamaq üçün yaradacağı qurumun məqsədini açıqlayır. Artıq İcraiyyə Komitəsində Futbolun İnkişaf Fondu (FİF) yaradılması haqda qərar verilib. Məhz FİF dövlət yardımını, eləcə də digər mənbələrdən gələcək vəsaitləri özündə cəmləyib, lazımi istiqamətlərə xərcləmək niyyətindədi.
 
Proqramda qeyd olunmasa da, bizdə olan bilgiyə görə, AFFA elə bir məbləğ gözləyir ki, 10 elita klubunun hərəsinə 3 milyon, divizion klublarına 300 min manat yardım edə bilsin. Yəni, klubların öz sponsorlarından əlavə, onların hər birinə eyni miqdarda kömək edilsin.
 
Strateji planda xüsusi qeyd olunub ki, FİF-dən maliyyə şəffaf büdcəyə, strukturlaşmış təşkilata malik klublara veriləcək. Ümumiyyətlə, bu, yalnız lisenziya tələblərinə cavab verənlərə şamil ediləcək. Klublar eyni zamanda milli komanda, gənclərin inkişafı üçün iş görməlidi, AFFA-nın müəyyən etdiyi tələblərə cavab verməlidilər. Bura oyunlara azarkeşlərin daha çox cəlb olunması da daxildi. Yəni ki, klublar onlara FİF-dən ayrılacaq puldan bu məqsədlə istifadə etməlidi, həmin məbləğin oyunçu transferinə, legioner alışına sərf edilməsi mümkün olmayacaq. Dövlət yardımı əsasən klubların stabil yaşaması, təşkilatlanması, gələcəyini təmin edəcək gənclərin hazırlanmasına sərf olunmalıdı.
 
“Azərbaycanda stabil klub mühiti yaratmağa kömək etmək üçün dövlətimizdən maliyyə dəstəyi göstərməyini xahiş edəcəyik” – bu cümlələr proqramda açıqca qeyd olunub və yuxarıdakı qeydlərimizin təsdiqidi. AFFA Elitar Məşq Proqramını canlandırmaq məqsədi ilə klublarla birgə fəaliyyət göstərib, bunu məktəblərdəki fəaliyyətlə birləşdirmək niyyətindədi.
 
Proqramın 2-ci hissəsində o qədər də diqqəti çəkməyən, amma əsas qayəni təşkil edən bir məqam var. Belə ki, AFFA klubları FİF-dən dəstək almaq üçün bir sıra tələblərlə üz-üzə qoyacaq. Müşahidə şuralarının yaradılması, maliyyə şəffaflığı ola bilsin ki, sponsorlardan qidalanan bir sıra nəhənglərin xoşuna gəlməsin. Bəlkə də bu, klubların işinə qarışmaq cəhdi kimi görünəcək, lakin maliyyə şəffaflığı həm beynəlxalq qurumların, həm də dövlətimizin tələbi olduğundan klublar əvvəl-axır bu yola getməlidi.
 
Proqramda əsas mənfi məqam divizion klublarına diqqətin az ayırılması ilə bağlıdı. Belə ki, Premyer Liqa kimi, aşağı dəstədə hansısa say müəyyən edilsə, daha yaxşı olardı. 10 komandalı I divizionun təşkili, konkret reqlamentin müəyyənləşməsi Premyer Liqanın daha elitar keçirilməsinə dəstək olardı. Belədə komandalar qalib olacağı halda mütləq elitaya yüksələcəklərini bilib yarışardılar.
 
Burada da minimum tələblər müəyyənləşməli, lisenziya öhdəlikləri olmalıdı ki, komandalar ilk pilləni tutduqdan sonra yuxarı dəstəyə yüksəlməmək perspektivi ilə üzləşməsinlər. Yəni, elə əvvəldən gələcəkdə lisenziya tələblərini yerinə yetirə bilməyəcək klublar heç diviziona da buraxılmamalıdı. Belə komandalar üçün daha bir dəstə – həvəskarlar liqası yaradılmalıdı. Belədə problemlərini həll edən klublar zamanla I diviziona yüksəlməli, burada son pillələri tutanlar, peşəkarlıq tələblərini yerinə yetirə bilməyənlər isə ora yuvarlanmalıdı. Ümumiyyətlə, Premyer Liqanı daha sanballı etmək istəyiriksə, ondan bir pillə aşağıdakı yarış da yaxşı təşkil olunmalıdı, hər an elitanı iflic edəcək vəziyyətdə olmamalıdı.
 
FUTBOLİNFO.AZ
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-18 08:17

Formula 1-də əsas qaydalardan biri dəyişdirilir

blank
Müsahibə2024-04-18 08:00

Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”

blank
Dünya futbolu2024-04-18 01:58

ÇL: “Real” və “Bayern” yarımfinalda!

blank
Dünya futbolu2024-04-17 22:29

40 yaşında karyerasını bitirir

blank
Digər idman növləri2024-04-17 21:46

“Neftçi” finalda “Xəzri”yə rəqib oldu

blank
Digər idman növləri2024-04-17 21:06

Baxşıyev “Xəzri”yə məğlubiyyəti şərh etdi

blank
Digər idman növləri2024-04-17 20:48

“Azərreyl” finalda

blank
Digər idman növləri2024-04-17 20:19

Ağcabədidə məktəblilər yarışdı

blank
Dünya futbolu2024-04-17 20:00

Dele Allinin mundial arzusu

blank
Digər idman növləri2024-04-17 19:38

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-17 19:19

Boksçularımız Avropa çempionatında mübarizə aparacaq

blank
Dünya futbolu2024-04-17 19:00

Haller Dortmunddan ayrılacaq

blank
Digər idman növləri2024-04-17 18:41

Kubokun ilk finalçısı bəlli oldu

blank
Digər idman növləri2024-04-17 18:22

Güləş yığmalarımız Avropa çempionatına hazırlaşırlar

blank
Digər idman növləri2024-04-17 18:03

İlk finalçı müəyyənləşdi

blank
I Liqa2024-04-17 17:49

“Mingəçevir” uduzdu, “Şamaxı” qalib gəldi

blank
I Liqa2024-04-17 17:34

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi

blank
Ölkə futbolu2024-04-17 17:17

Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”

blank
Dünya futbolu2024-04-17 16:59

Romario 58 yaşında karyerasını bərpa etdi

blank
Dünya futbolu2024-04-17 16:41

Daha bir özbək İtaliyaya köçür

blank
Dünya futbolu2024-04-17 16:22

“Atletiko” antirekordunu təkrarladı

blank
Müsahibə2024-04-17 16:07

Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”

blank
Premyer-liqa2024-04-17 15:50

“Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri satışda!

blank
Digər idman növləri2024-04-17 15:33

Azərbaycanlı bilyardçı Avropa çempionu oldu

blank
Digər idman növləri2024-04-17 15:15

MHL-də pley-offun son cütlükləri də məlum oldu

blank
Digər idman növləri2024-04-17 14:57

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək

blank
Ölkə futbolu2024-04-17 14:39

Yüksək Liqada 19-cu turun hakim təyinatları

blank
Dünya futbolu2024-04-17 14:24

“Milan”da yeni müqavilə

blank
Premyer-liqa2024-04-17 14:07

Premyer Liqanın 31-ci turu rəqəmlərin gözü ilə

blank
Digər idman növləri2024-04-17 13:52

“Neftçi” ilə oyun bizim üçün həlledicidir”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm