Dünya futbolu
Dadaşovun komandası səfərdə məğlub oldu
Almaniyanın Şimal-Şərq Regional Liqasında 15-ci turun oyunları k…
Almaniyanın Şimal-Şərq Regional Liqasında 15-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu – "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Babelsberq"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Oyuna start heyətdə başlayan Dadaşov yenə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 15 turdan sonra "Moyzelvits" 12 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.