Dünya futbolu
Ramaldanov qovuldu
Futbol üzrə Gürcüstan çempionatında 13-cü…
Futbol üzrə Gürcüstan çempionatında 13-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun komandası – "Kolxeti" də növbəti matçına çıxıb.
Poti təmsilçisi səfərdə "Dila" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan da məğlubiyyətlə ayrılıb – 0:1.
Rasim bu qarşılaşmaya da start heyətdə başlayıb. Amma o, münaqişə səbəbindən 47-ci dəqiqədə rəqib komandanın da bir futbolçusu ilə birgə meydandan qovulub.
Qeyd edək ki, "Kolxeti" 13 turdan sonra 18 xalla yer aldığı 7 komandadan ibarət "qırmızı qrup"da 4-cü pillədə qərarlaşıb.