Dünya futbolu
Emin Mahmudov "Boavişta"da debüt etdi – VİDEO
Futbol üzrə Portuqaliya çempionatında 11-ci turun oyunla…
Futbol üzrə Portuqaliya çempionatında 11-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Ağayevlə Emin Mahmudovun komandası – "Boavişta" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Sportinq"lə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Kamran yenə start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. Bu görüş Emin üçün də əlamətdar olub. Belə ki, ilk dəfə adı iştirak ərizəsinə daxil edilən millimizin üzvü 76-cı dəqiqədə meydana da buraxılıb və debüt edib.
Qeyd edək ki, "Boavişta" hazırda 13 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.