Dünya futbolu
Cəfərov oynadı, komandası uduzdu
Futbol üzrə Xorvatiya ikinci liqasında 17-ci turun oyunları ke…
Futbol üzrə Xorvatiya ikinci liqasında 17-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası – "Duqopolye" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Şibenik"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Elnur bu matçın 75-ci dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 25 xalla 12 klub arasında 5-ci pillədə qərarlaşıb.