Premyer-liqa
Xəlilovun xatirəsi AZAL – "Sumqayıt" matçında da yad edildi
"Bu gün Azərbaycan Premyer Liqasının 13-cü turu &cce…
"Bu gün Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində AZAL “Sumqayıt”ı qəbul edir. Futbolinfo.az xəbər verir ki, Şüvəlandakı “AZAL Arena”da keçirilən qarşılaşmadan öncə bu gün dünyasını dəyişmiş futbolçu Şəhriyar Xəlilovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xatırladaq ki, vaxtilə “Qəbələ”, “Xəzər Lənkəran”, “Bakı”, “Turan”, “Qarabağ” kimi komandaların şərəfini qorumuş Xəlilov bu gün səhər saatlarında ürək tutmasından dünyasını dəyişib.