Premyer-liqa
"Kəpəz"in 14 illik həsrəti sona çatdı
Topaz Premyer Liqasının 13-cü turu çərçivəsind?…
Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində baş tutan “Kəpəz” – “Neftçi” oyunu birincilərin qələbəsi ilə başa çatıb. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, 2:0 hesablı qələbə qazanan Gəncəlilər 8 oyunluq uğursuz seriyaya son qoyublar.
Belə ki, “ağ-qaralar” üzərində sonuncu ev qələbəsini 14 il 9 ay əvvəl qazanmış Şahin Diniyevin yetirmələri 2002-ci il fevralın 27-də baş tutan oyunda 2:1 hesabı ilə qalib gəlmişdilər.
Aradan keçən 8 oyunda 3 xala həsrət qalan qərblilər 6 dəfə məğlubiyyətlə üzləşib 2 dəfə isə heç-heçə ediblər.
Gəncəlilər düz 5387 gündən sonra doğma azarkeşlər önündə qələbəyə seviniblər.
Qeyd edək ki, “Kəpəz” bu müddətdə evdə qalib gələ bilməsə də, səfər oyunlarında 3 xala sevinmişdi.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq