Bizi izləyin

Ölkə futbolu

MFL-dən daha bir ilk: Ulduzlar yığmaları üz-üzə gəldi!

Dünən Bakı Olimpiya Stadionunun süni örtükl&uuml…

blank

Dünən Bakı Olimpiya Stadionunun süni örtüklü meydançası maraqlı bir qarşılaşmaya səhnə oldu. Avropada, Amerikada bu cür matçlar adət halını alsa da, Azərbaycanda ilk dəfə idi ki, belə qarşılaşmaya şahidlik etdim. Söhbət MFL-in təşkil etdiyi çempionatın “A” və “B” Konferensiyalarında mübarizə aparan ən yaxşı futbolçulardan formalaşmış yığmaların qarşılaşmasından gedir.

Bu, bir ilk idi və təbii ki, bir sıra qüsurlar ortaya çıxmalı idi. Əvvəla, oyunun planlaşdırıldığı kimi, saat 15:00-da başlamamasını qeyd etməliyik. Təqribən 40 dəqiqəlik gecikməylə start götürən görüşün şou xarakterli olmasını meydana çıxan oyunçular qavramamışdı. Bu yöndə onlarla mütləq təbliğat xarakterli söhbətlərin aparılması da vacib məqamlardandı.

Daha bir diqqətçəkən məqam bayram əhval-ruhiyyəsinin yaradılmaması idi. Qarşılaşmaya hansısa ulduzları (həm futbol, həm də tanınmış müğənnilər) dəvət etməklə tədbirə əlavə rəng qatmaq olardı. Ancaq bir daha təkrarlayaq ki, bu, bir ilk idi və atılan addım futbolun təbliği baxımından olduqca əhəmiyyətlidi.

Oyuna gəlincə, “A” Konferensiyasının yığması ilk dəqiqələrdən təşəbbüsə yiyələndi. Ancaq oyunu əks-hücumdan quran “qırmızılar” olduqca ağıllı futbol nümayiş etdirirdi. Ən böyük problem isə emosiyalarla bağlı idi. Hər xırda epizoda çılğınlıqla reaksiya göstərən tərəflər oyun üzərindəki gərginliyi artırırdılar.

Futbolçuların texnikası, qapıçıların qurtarışları, hiyləgər ötürmələr, qüvvətli zərbələr – bütün bunlar olduqca maraqlı görüşün vizit kartı idi. Qarşılaşmada cəmi bir qol vurulsa da, oyunu izləyənlər 50 dəqiqə ərzində gərgin və maraqlı mübarizəyə şahidlik etdilər.

Matçda penalti də təyin edildi, qırmızı vərəqə də göstərildi, top qapı tirinə də tuş gəldi, dirəklərə də. Ancaq futbolçuların həddən artıq emosional olması bu görüşə rəng qata bilməzdi. Çünki şou xarakterli qarşılaşmaların nəticəsinin heç bir əhəmiyyəti yoxdu. Çıx, gözəl futbolunu oyna və nəticədən asılı olmayaraq, bu, yaddaşında unudulmaz bir xatirə kimi qalsın. “Mən uduzmağı bacarmıram”, “Hakim bizi bilərəkdən sıxır” demək heç də çıxış yolu deyil. Çünki yoldaşlıq oyununda hakimlərin hansı marağı ola bilər? “Uduzmağı bacarmıram”a gəlincə, meydana çıxanlar başa düşməlidilər ki, bu cür matçlarda udub-uduzan olmur. İnanmaq istəyərdik ki, növbəti analoji oyunlarda futbolçuların dünənki çılğınlıqlarından əsər-əlamət qalmayacaq.

İlk yarının son dəqiqələrində İlkin Babayev nəhayət ki, “B” Konferensiyasının yığmasının müqavimətini qıra bildi. Bu epizodadək dəfələrlə komandasını real qollardan xilas edən Kamran İskəndərov da “qırmızılar”ın dadına çatmadı.

Fasilədən sonra oyunun ssenarisi dəyişdi. İndi daha çox hücum edən tərəf “B”-lər idi. Lakin cüssəsinə görə, vizavisi Kamran İskəndərova uduzan Musa Musazadə qapıda pişik kimi idi. Yaxın, orta, uzaq məsafələrdən endirilən zərbələrə qolkiper möhtəşəm reaksiya göstərməklə, əbəs yerə “A”-ların qapısında yer almadığını sübut etdi.

Lakin onun komanda yoldaşları bu təzyiq qarşısında daha çox qayda pozuntularına əl atmağa başladılar ki, yekunda cərimə limitini doldurdular. Lakin hakimlərin təyin etdiyi 10 metrlik cərimə zərbəsi nöqtəsinə yaxınlaşan Yadulla Əmirəliyev qapı tirini nişan aldı.

Beləcə, olduqca maraqlı 50 dəqiqəlik mübarizə “ağlar”ın – “A” Konferensiyasının yığmasının 1:0-lıq qələbəsi ilə başa çatdı. Tərəflərdən ən yaxşılara gəlincə, zənnimizcə, bu ada hər iki tərəfdən qolkiperlər – “Yuventus Baku”nun əlcək sahibi Kamran İskəndərov və onun “Underdog”dan olan həmkarı Musa Musazadə layiq idi.

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-19 16:51

MBA-da mövsümün statistik göstəriciləri: kim nədə lider oldu?

blank
Premyer-liqa2024-04-19 16:34

“Turan Tovuz” “Sumqayıt”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-19 16:20

Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər

blank
Ölkə futbolu2024-04-19 16:01

“Lerik” Əsasnaməni pozduğu üçün cərimə olundu

blank
I Liqa2024-04-19 15:47

“İrəvan” xərəkdaşıyanlara görə cəzalandı

blank
Dünya futbolu2024-04-19 15:31

Almanlar bunu 29 ildən sonra bacardılar

blank
Dünya futbolu2024-04-19 15:15

Olmo seçim qarşısında

blank
Dünya futbolu2024-04-19 15:00

“Barselona” “Nou Kamp”a nə vaxt qayıdacaq?

blank
Premyer-liqa2024-04-19 14:41

“Qarabağ”la “Qəbələ”nin 77-ci dueli

blank
Digər idman növləri2024-04-19 14:24

Azərbaycan çempionatında həlledici mərhələnin ilk oyunlarının təqvimi açıqlandı

blank
Digər idman növləri2024-04-19 14:10

Ataman üçün acı xəbər

blank
Digər idman növləri2024-04-19 13:52

Çində ən yaxşı nəticəni “Maklaren” sürücüsü göstərdi

blank
Ölkə futbolu2024-04-19 13:35

“Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil” – “Neftçi” rəsmisi

blank
Dünya futbolu2024-04-19 13:20

Naqelsmann yığmada qaldı – müqavilə müddəti uzadıldı

blank
Müsahibə2024-04-19 13:19

Sertan özündən narazıdır: “Daha yaxşısını edə biləcəyimi düşünürəm”

blank
Ölkə futbolu2024-04-19 13:01

“Qəbələ”də daha bir vida – legioner yola salındı

blank
Digər idman növləri2024-04-19 12:44

Ən yaxşı snayper müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-19 12:27

AFFA Tovuza elə bir hakim göndərib ki…

blank
Digər idman növləri2024-04-19 12:10

MHL-də mövsümün ən məhsuldar oyunçusu bəlli oldu

blank
Dünya futbolu2024-04-19 11:53

İngilislərin fiaskosu və “Atalanta” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-19 11:35

Azərbaycan tennisçisi beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-19 11:20

İtaliya ÇL-də 5 komanda ilə təmsil olunacaq

blank
Premyer-liqa2024-04-19 11:06

“Turan Tovuz” – “Sumqayıt” və “Zirə” – “Neftçi” matçlarının hakimləri bilindi

blank
Ölkə futbolu2024-04-19 10:57

Tovuzdakı vacib matç Əliyar Ağayevə tapşırıldı

blank
Dünya futbolu2024-04-19 10:49

Kloppun məğlubiyyət şərhi

blank
Digər idman növləri2024-04-19 10:34

Oyunların tarixi açıqlandı

blank
Dünya futbolu2024-04-19 10:17

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər2024-04-19 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-04-19 09:45

“Bayer”dən Avropa rekordu

blank
Ölkə futbolu2024-04-19 09:30

Tovuzda prinsipial oyun

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm