Premyer-liqa
Tərlan Əhmədov: "Səviyyəmiz budu"
Azərbaycan Premyer Liqasının 13-cü turu çərçiv?…
Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən AZAL – "Sumqayıt" (1:1) matçından sonra meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı öncə bunları söyləyib:
– Məğlubiyyətdənsə, 1 xal yaxşıdı. İlk hissədə yaxşı oynasaq da, mənə də maraqlıdı ki, niyə fasilədən sonra müdafiəyə çəkildik. İlqarın yoxluğu bizə problemlər yaradır, mərkəzdə istədiyimiz oyunu göstərə bilmədik. Qışda bəzi futbolçular gedəcək, yeni oyunçular olacaq. Qalib gəldiyimiz oyunlarda da həmişə hücumu düşünürəm. Görünür, səviyyəmiz budu.
– Qoldan sonra azarkeşlərdən biri ilə aranızda münaqişə yaşandı…
– Həmin azarkeş Rəad Abdullayevin ünvanına qeyri-etik sözlər işlədirdi. Adi fanatdı, o da komandasının qalib gəlməsini istəyir.
– Transfer etməyə hazırlaşdığınız Sadio Tounkara nə vaxt gələcək?
– 2-3 günə Bakıya gələcək.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…