Premyer-liqa
"Neftçi" rəsmisindən icra başçısına ittiham
"Neftçi" Gəncədəki qalmaqalla bağlı açıq…
"Neftçi" Gəncədəki qalmaqalla bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun Müşahidə Şurasının mətbuat katibi Rüstəm Fətəliyev açıqlama yayıb.
Klub rəsmisi "Facebook" hesabında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi günahlandırıb. Onun yazdığı statusu təqdim edirik:
"Kəpəz" PFK – "Neftçi" PFK oyununun 5-ci dəqiqəsində Gəncə şəhər stadionunun VIP-lojasında əyləşmiş qonaq komandasının təmsilçilərini (yəni, bizi) yerlərimizdən qovdular. Sadəcə "Neftçi"li olduğumuza görə. Biz azarkeşlərimizin tribunasına üz tutduq və bir azdan bizə rəhbərlik də qoşuldu. Orxan Hüseynzadə və Elnur Eyvazov etiraz əlaməti olaraq, SkyBox-u tərk edib, oyunun sonuna kimi bizimlə oldular.
Bizi tribunada görmək istəməyən adam Gəncə şəhərinin icra hakimi Elmar Vəliyev idi. Onun yanında dayananlar heç bir etiraz bildirmədilər, vəziyyətin düzəldilməsi üçün heç bir addım atmayıblar, sadəcə, susdular. Onlara böyük təşəkkür düşür, şəxsən mənim adımdan.
Ölmədik, bu günü də gördük".