Premyer-liqa
Adil Şükürov: "Bu gün pis oynamadıq"
Azərbaycan Premyer Liqasının 13-cü turu çərçiv?…
Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən "Zirə" – "İnter"(1:1) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Adil Şükürov mətbuat konfransında oyun haqda fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
"İlk olaraq, Şəhriyar Xəlilovun ailəsinə baş sağlığı verirəm. Bu gün pis oynamadıq, sadəcə, şanslarımızdan yararlana bilmədik. Gələcəkdə bu çatışmazlıqları aradan qaldırıb, nəticə qazanmağa çalışacağıq".