Bizi izləyin

Premyer-liqa

Suraxanıda liderlik savaşı

Bu gün Topaz Premyer Liqasında 13-cü tura yekun vurulacaq. …

blank
Bu gün Topaz Premyer Liqasında 13-cü tura yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, son oyun günündə liderliyi bölüşən “Qəbələ” ilə “Qarabağ” üz-üzə gələcəklər.

Suraxanıda baş tutacaq görüş hansı komandanın qış fasiləsinə zirvədə yollanması baxımından böyük önəm daşıyır.

 
19:00 “Qarabağ” – “Qəbələ”
blankblank
Hakimlər:
Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
“Azersun Arena”  (5800 yerlik).
Mərkəzi oyunlar mükafatlar uğrunda mübarizədə ciddi önəm daşıyır – bu, aksiomadır. Lakin bugünkü oyun çempionu bəlli edəcək bir qarşılaşma deyil. Yolun hələ yarısı qət edilməyib. Üstəlik, hər qələbəyə görə 3 xal verilir. Vacib matçlarda qalib gəlib, düzgün qiymətləndirmədikləri rəqiblərlə duellərdə xal itirmək də iddialı kollektivlərin alın yazısıdır. Bu mənada, liderlərin duelinə ölüm-qalım qarşılaşması gözü ilə baxmırıq. Ancaq xal ehtiyatını yaxşılaşdırmaq, qış fasiləsinə ilk pillədə yollanmaq və əzələ nümayişi baxımından hər iki kollektiv üçün ciddi önəm daşıyan bir oyundur.
 
Geridə qalan 12 turdan sonra hər iki komanda eyni – 28 xala malikdir. Lakin “Qəbələ” həm şəxsi oyunda “Qarabağ”ı məğlub etdiyinə, həm də top fərqinə görə rəqibini qabaqlayır, zirvədə qərarlaşıb.
 
Liderlərin cari mövsümdə ilk dueli 7-ci tura təsadüf edib. Oktyabrın 2-də Qəbələdə baş tutan dueldə meydan sahibləri 2 cavabsız qolla qalib gəliblər. Hərçənd həmin qarşılaşmada hesab daha da böyük ola bilərdi. Lakin sentyabrın 29-da Avropa Liqasının qrup mərhələsində “Fiorentina”ya 1:5-lik fərqlə yenilən “Qarabağ” Premyer Liqada da rüsvayçı məğlubiyyətdən yan keçdi. Daha doğrusu, Roman Qriqorçukun komandası “Neftçi”yə yaşatdığı acını (8:0) Ağdam klubuna daddırmağı bacarmadı. “Qırmızı-qaralar” artıq 14-cü dəqiqədə 2 dəqiq zərbə ilə önə keçsələr də, sonradan ələ düşən şansları sağa-sola xərcləyincə, oyunun tempi də düşdü. Fasilədən sonra isə meydan sahibləri qol vurmaqdan daha çox qələbə hesabını qorumaq barədə düşündülər.
 
Cari çempionata fırtına kimi başlayan, hələ də məğlubiyyət üzü görməyən yeganə komanda olan “Qəbələ” 9-cu turadək qapısında qol da görməmişdi. Lakin oktyabrın 25-də Sumqayıtda tilsim qırıldı. Özü də, “qırmızı-qaralar”ı öz yetirmələri –  Yusif Nəbiyevlə Amil Yunanov məyus etdilər. Əyalət klubu yenik duruma düşdüyü qarşılaşmada önə keçsə də, qələbəni son anda əldən verdi.
 
Qriqorçukun rəhbərlik etdiyi kollektiv 4 matçda xal itkisi ilə üzləşib. Bunlardan 2-də rəqib mükafatlara iddia etməyən kollektivlər olub. Qəbələlilər “Sumqayıt”la yanaşı, AZAL-la dueldə də büdrəyiblər (0:0).
 
Hazırkı birincilikdə “Qəbələ” üçün bir arzuolunmaz rəqib var – “İnter”. “Qırmızı-qaralar” nə 1-ci, nə də 2-ci dövrədə “bankirlər”i məğlub edə biliblər. Əyalətdəki dueldə qapılara qol vurulmayıbsa, paytaxtdakı matç 1:1 hesabı ilə yekunlaşıb.
 
Evdə yalnız “İnter”ə xal verən qəbələlilər 2 dəfə yenik duruma düşüblər. Bunlardan birində sonradan önə keçsələr də, digərində məğlubiyyətdən qaçmaqla kifayətləniblər.
 
“Qarabağ” isə iddiası olmayan komandaları məğlub etməyin yolunu yaxşı bilir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yalnız “Kəpəz”ə (1:1) xal verib ki, bu da rəqibin bacarığından daha çox Gəncə şəhər stadionunun qazonunun bərbad olması ilə bağlıdır. Ağdamlılar kimi yaradıcı futbol nümayiş etdirən bir kollektivin o cür meydanda xal itirməsi normaldır.
 
Ağdam klubunun büdrədiyi digər iki oyundan biri Qəbələ səfəridirsə, digəri “İnter”lə dueldir. Ağdamlılar “İnter Arena”da hesabı açdıqları matçda məğlub olublar. Evdə keçirdikləri bütün görüşlərdə qalib gələn “köhlən atlar” səfər matçlarında xal itiriblər.
 
Statistika deyir ki, “Qarabağ” ilk 15 dəqiqədə hücuma atılmağı sevmir. Ağdamlılar qollarının 50 faizini 15-75, 25 faizini isə 75-90-cı dəqiqələr aralığında vurublar. İlk qol orta hesabla 38-ci dəqiqədək gəlib.
 
“Qəbələ” isə ikinci hissədə coşur. Əyalət klubu qollarının 66,6 faizini fasilədən sonra vurub. Buna rəğmən, “qırmızı-qaralar” orta hesabla 40-cı dəqiqəyə qədər rəqib qapısına yol tapır.
 
Hər iki komanda ötən həftə Avropa Liqasına acı məğlubiyyətlə üzləşib. “Qarabağ” Çexiyada “Slovan”a, “Qəbələ” isə Bakıda “Slovan”a uduzub. Lakin rəqibindən fərqli olaraq, ağdamlılar səfərdəki məğlubiyyətə görə ictimai qınaqla üzləşiblərlərsə, qəbələlilərə "gözün üstə qaşın var" deyən olmayıb. Bu isə Qurbanovun komandasına olan etimaddan irəli gəlir. Necə deyərlər – uman yerdən küsərlər. Azarkeşlər “Qarabağ”ın pley-off mərhələsinə vəsiqə qazanacağına inandıqları üçün Çexiyadakı yenilgini aqressiv qarşıladılar.
 
Son oyunlarda bir məqam diqqət çəkir – hər iki komandanın əcnəbi futbolçuları mövsümün əvvəlində olduqları qədər faydalı deyillər. Sözümüzə statistika qüvvət verir.
 
“Qəbələ”yə nəzər yetirək. Premyer Liqada bombardirlik yarışında öndə gedən futbolçu Baqali Dabodur. Lakin hesabında 7 top olan seneqallı forvard sonuncu qolunu məhz “Qarabağ”a vurub. Həmin matç isə oktyabrın 2-də olub. Təxminən 2 ay əvvəl işini görüb, “dükanı bağlayıb”. Düzdür, Dabo bu müddətdə zədəli də olub, lakin istənilən halda əvvəlki qədər aktiv deyil. Hesabında 5 qol olan Filip Ozobiçlə işimiz yoxdur, xorvatiyalı stabilliyini qoruyur. Cəmi 2 dəfə fərqlən Sergey Zenyov da aldığı məvacibin qarşılığını vermir. Hələ “Qəbələ”yə yeni gələndə sərgilədiyi oyundan dolayı təriflər yağdırdığımız Teo Uiksi demirik. Sentyabrın 25-də “Zirə” ilə görüşdə (2:0) dubl edib, o vaxtdan bəri papağını günə verir.
 
“Qarabağ”da da oxşar durumdur. Bu komandanın adı çəkiləndə ilk ağıla gələn iki futbolçudan biri Reynaldodur. Lakin braziliyalı forvard 4 qol vurduqdan sonra “piknikə yollanıb”. Ağdamlıların əsas qol ümidi sonucu dəfə sentyabrın 9-da fərqlənib. Onda da yetim AZAL-ı 6:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubl edib. Nisbətən stabilliyini qoruyan Dani Kintananın 3, Muarem Muaremlə Dino Ndlovunun isə hesabında 2 qol var.
Legionerlərin hazırkı durumunu göz önünə alsaq, "bugünkü oyunun taleyini yerli futbolçuların performansı həll edəcək" iddiası ilə çıxış edə bilərik. Hər halda, limitdən dolayı hər komandanın “11-liy”ində 5 yerli olmalıdır.
 
Bu mənada, “Qəbələ”də əsas yük Rəşad Sadiqovla Ruslan Qurbanovun üzərinə düşəcək. Məhəmməd Mirzəbəyovla Cavid Hüseynov da dəstəyini əsirgəməməlidir. Baş məşqçi şans verəcəyi təqdirdə, “Anderlext”lə görüşdəki oyununa görə ciddi tənqidlə üzləşən Rəşad Eyubov da faydalı ola bilər. Unutmayaq ki, Rəşad “qırmızı-qaralar”ın heyətində 3 qol vuran Ruslan Qurbanovdan sonra ən məhsuldar futbolçudur (2 qol).
 
“Qarabağ”da ustalıq səviyyəsi yüksək olan futbolçuların sayı daha çoxdur desək, hər halda, qəbələlilərə qarşı haqsızlıq etmiş olmarıq. Rəşad Sadıqovun yoxluğunda müdafiənin mərkəzində Bədavi Hüseynov – Maksim Medvedev cütlüyünün yer alma ehtimalı böyükdür. Lakin Maksimin sağa çəkilməsi, Elvin Yunuszadənin oynaması da istisna deyil. Mərkəzdə Qara Qarayevlə Rahid Əmirquliyev kimi keyfiyyətli futbolçular var. Yer gəlmişkən, sonuncunun aktivində 3 qol var. Robert Prosineçkinin sevimlisi Əfran İsmayılovla, sürəti ilə seçilən Namiq Ələsgərovu da unutmamışıq.
 
STATİSTİKA:  33 oyun, +15, =10, -8, top fərqi 44:31
I DÖVRƏ: 0:2
OYUNDAN NOTLAR
– “Qarabağ” düşərgəsində cəzalı yoxdur. Maksim Medvedev sarı vərəqə görərsə, növbə turu buraxacaq.
– “Qəbələ”də də cəzalı gözə dəymir. Lakin balansından 3 “sarı” olan 5 futbolçu var: Asif Məmmədov, Ürfan Abbasov, Elvin Camalov, Rafael Santos və Voyislav Stankoviç.
– Meydan sahiblərinin düşərgəsində Rəşad Sadıqov zədə üzündən oynaya bilməyəcək. Bədavi Hüseynov isə artıq sıraya dönüb.
– “Anderlxet”lə görüşdə xəsarət alan Baqali Dabonun durumu sual altındadır. Futbolçunun vəziyyəti ilə bağlı dəqiq məlumat verilmir ki, bu da vacib görüş öncəsi başa düşüləndir.
– “Qarabağ”la “Qəbələ” ilk dəfə 2006-cı il avqustun 20-də qarşılaşıb.
– “Azərsun Arena”da baş tutacaq görüşdə komandalar tarixlərində 40-cı dəfə üz-üzə gələcək.
REFERİ
blank
Rəhim Həsənov cari mövsümdə 9-cu oyuna baş hakim qismində təyinat alıb. FİFA referisinin idarə etdiyi öncəki 8 matçdan 3-də meydan sahibləri, 2-də qonaqlar qələbə qazanıb. Onun təyin etdiyi 2 penalti səfər komandalarının əleyhinə olub. Gənc hakim 3 dəfə qonaqlara, 1 dəfə öz evində oynayanlara qırmızı vərəqə göstərib.
Bu kollektivlərin ilk dövrədəki duelində də Həsənov söz sahibi olub. “Qəbələ”nin 2:0 hesablı ev qələbəsi qazandığı matçda “qırmızı-qaralar”ın 3, ağdamlıların 2 futbolçusu sarı vərəqə alıb.
FİFA referisi cari çempionatda Qəbələ təmsilçisinin 3, Ağdam klubun 2 oyununda fit çalıb. “Qırmızı-qaralar” səfərdə “Neftçi”ni 8:0, evdə “Qarabağ”ı 2:0 hesabı ilə yensə də, “Sumqayıt”ın meydanından xal itkisi ilə dönüb – 2:2.
 
“Qarabağ” isə Həsənovun idarə etdiyi matçlarda qələbəyə həsrət qalıb. Gəncə səfərindən 1 xalla dönən (1:1) ağdamlılar Qəbələdə 2 cavabsız qolla uduzub.
FƏRİD
Reklam

Reklam


blank
Dünya futbolu2024-01-21 00:06

“Bayer”in qələbə seriyası davam edir

blank
Dünya futbolu2024-01-20 23:40

“Arsenal”dan darmadağın

blank
Dünya futbolu2024-01-20 23:23

“Napoli”də yeni hücumçu

blank
Dünya futbolu2024-01-20 23:01

Şeydayevin debütü sonraya qaldı, komandası…

blank
Dünya futbolu2024-01-20 22:40

Şahruddin yenə qol buraxdı, “Beşiktaş” böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-01-20 22:31

“Beşiktaş”dan “Sivasspor”a

blank
Dünya futbolu2024-01-20 22:16

“Atletiko”da ciddi itki

blank
Digər idman növləri2024-01-20 22:00

Formula 1-də ən böyük sponsor razılaşmaları

blank
Digər idman növləri2024-01-20 21:41

Noskova lideri mübarizədən kənarlaşdırdı

blank
Digər idman növləri2024-01-20 21:00

Azərbaycan atleti lisenziya xarakterli turnirdə 3-cü oldu

blank
Dünya futbolu2024-01-20 19:57

İsgəndərli Türkiyədə ilk qələbəsinə sevindi

blank
Dünya futbolu2024-01-20 19:00

İspaniya klubunda baş məşqçi istefası

blank
Digər idman növləri2024-01-20 18:00

Azərbaycan millisinin ənənəvi turnir üçün heyəti açıqlandı

blank
Dünya futbolu2024-01-20 17:00

Dadaşovlu “Hatayspor” səfərdə darmadağına üzüldü

blank
Ölkə futbolu2024-01-20 16:14

“Qarabağ” müdafiəçisi ilə belə vidalaşdı

blank
Dünya futbolu2024-01-20 15:58

Ronaldo Çempionlar Liqasında favoritlərini açıqlayıb

blank
Ölkə futbolu2024-01-20 14:52

Məmmədovun Polşa klubuna keçidi rəsmiləşdi

blank
Ölkə futbolu2024-01-20 14:43

Rumıniyalı qapıçı “Neftçi” və “Atletiko”nun hədəfində

blank
Digər idman növləri2024-01-20 14:22

Üç atletimiz olimpiadaya lisenziya xarakterli yarışın final mərhələsində

blank
Dünya futbolu2024-01-20 14:00

“Real” Halandı transfer etmək üçün xüsusi plan hazırladı

blank
I Liqa2024-01-20 13:40

“Mingəçevir” fasilədə nə edir?

blank
Digər idman növləri2024-01-20 13:22

Maks Ferstappen nüfuzlu yarışda iştirak edəcək

blank
Digər idman növləri2024-01-20 13:05

“Real” da böyük hesabla məğlub oldu, “Fənərbağça” da

blank
Dünya futbolu2024-01-20 12:50

Salah millinin bir neçə oyununu buraxacaq

blank
Digər idman növləri2024-01-20 12:34

“Boston Seltiks” bir ildən sonra məğlub oldu

blank
Dünya futbolu2024-01-20 12:19

İlin yaxşı məşqçisi məlum oldu

blank
Premyer-liqa2024-01-20 12:00

Premyer Liqada qış bazarlığı – YENİLƏNİR

blank
Dünya futbolu2024-01-20 11:48

Haland ən yaxşı seçildi

blank
Ölkə futbolu2024-01-20 11:15

“Qarabağ” irəliləyib, “Neftçi” və “Sabah” geriləyiblər

blank
Digər idman növləri2024-01-20 10:41

“Qazandığımız nəticə gərgin məşqlərin bəhrəsidir”

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm