Dünya futbolu
Əzizov oynadı, komandası qalib gəldi
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 16-c?…
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 16-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası – "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Axilles 29" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Ziya bu görüşün 30-cu dəqiqəsində meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Den Boş" 16 turdan sonra 20 xalla 20 komanda arasında 13-cüdür.