Ölkə futbolu
Futbolçuları daşıyan təyyarə qəzaya düşdü – FOTO
Braziliyanın "Şapekoense" klubunun futbolçuları, m…
Braziliyanın "Şapekoense" klubunun futbolçuları, məşqçiləri və nümayəndələrinin də olduğu təyyarə qəzaya uğrayıb.
Futbolinfo.az xəbər verir ki, Kolumbiyada göyərtəsində 72 sərnişin və 9 ekipaj üzvü olan təyyarə Medellin hava limanına enərkən qəza keçirib.
Komanda Cənubi Amerika kubokunun finalının ilk oyununda "Atletiko Nasional"la oynamaq üçün Medellinə gəlirdi.
Qəza zamanı neçə nəfərin öldüyü hələlik müəyyənləşməyib. Sağ qalanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.