Ölkə futbolu
Tounkara gəldi
Vaxtilə “Xəzər Lənkəran”da çox yüksək m?…
Vaxtilə “Xəzər Lənkəran”da çox yüksək məvacibə oynayan Sadio Tounkara AZAL-la razılığa gəlib. Maliyyə çətinliyi çəkən “təyyarəçilər” afrikalı legionerə digər futbolçularından elə də çox maaş verməyəcək. Bu isə o deməkdi ki, malili vaxtilə cənub klubunda bir ayda qazandığını əldə etmək üçün Şüvəlan təmsilçisində 1 il top qovmalıdı.
Neçə vaxtdı AZAL-a keçəcəyi deyilən yarımmüdafiəçi dünən Bakıya gəlib. Futbolinfo.az xəbər verir ki,o, komandanın bazasında yerləşdirilib və bu gün ilk məşqə çıxacaq. Mövsümün sonuna kimi müqavilə bağlayacaq legionerin hazırlığının səviyyəsinə məşqçilər qiymət verəcək.
Qeyd edək ki, Sadio 2012-15-ci illər aralığında “Xəzər Lənkəran”ın formasını geyinib. O, ölkəmizdən gedəndən sonra yalnız 5 rəsmi matça çıxıb. Futbolçu Kiprin "Enosis" klubunda oynayıb.