Bizi izləyin

Ölkə futbolu

“Qarabağ” bir addım öndə – mütəxəssislərə görə…

“Böyük oyun” sıradan çıxdıqdan sonra &…

blank
“Böyük oyun” sıradan çıxdıqdan sonra “Qarabağ” və “Qəbələ”nin oyunları daha çox ön plana çıxır. Bu da adıçəkilən komandaların son 2 mövsümdə həm daxili, həm də xarici arenalarda göstərdiyi uğurlu oyunlarla bağlıdı. “Neftçi”nin çöküşündən, “Kəpəz”in özünə gələ bilməməsindən sonra çempionluq yolunda meydanda tək qalmaları da bu komandaları barışmaz rəqibə çevirib.
 
Hazırda ölkənin ən yaxşı 2 komandası olan “Qarabağ” və “Qəbələ”nin oyunlarına son vaxtlar diqqət yetərincə artıb. Hazrıda turnir cədvəlində də xalları eyni (28) olan tərəflər sabah yenidən üzləşəcək. Çempionluq uğrunda vacib qarşılaşmalardan biri olacaq görüşdə qalib gələn tərəf şəriksiz liderliyə yüksələcək. Məhz bu kimi amilləri nəzərə alsaq, bu gün bizi Suraxanıda amansız mübarizənin gözləcəyini proqnozlaşdırmaq olar.
 
Vacib oyunöncəsi mütəxəssislərin və jurnalistlərin fikirlərini öyrəndik.
 
Arif Əsədov (məşqçi):
Bu oyunda “Qarabağ” üçün doğma meydan amilini qabartmaq olar. Bundan başqa, ağdamlılar öz oyununu göstərib, rəqibi topsuz saxlaya bilsə və lider futbolçuları optimal oyununu sərgiləsə, qalib gəlmək şansı böyükdü. “Slovan”dan alınan məğlubiyyətin bu matça təsir edəcəyini düşünmürəm. Oyundan-oyuna fərq var, onlar peşəkar futbolçulardı. Matça necə köklənməkdən də çox şey asılıdı. Digər amil isə “Qarabağ”ın avroliqada daha bir vacib qarşılaşmasının olmasıdı.
Komandanın əsas problemləri müdafiə xətti ilə bağlıdı. İlk oyunda da göründü ki, “Qəbələ”  pressinq etməklə “Qarabağ”ın top saxlamağının qarşısını alıb, rəqibi cəzalandıra bilir. “Qırmızı-qaralar” topu ələ keçirən kimi dərhal sürətli əks-hücumlardan istifadə edib, dəyərləndirə bilsə, uğur qazana bilər. Son AÇ-də də gördünüz ki, topu tez ələ keçirib, sürətli hücum quranlar sonda uğur qazanır. 4-5 il əvvəl “Barselona”nın, İspaniya millisinin oyunda dominantlıq edib, qalib gəldiyi oyun tərzi artıq keçmişdə qalıb.Futbol artıq sürət hesabına daha da inkişaf edir. Hər iki klubumuz indi avroliqada çıxış edir. Məhz elə haqqında danışdığımız klublar da qeyd etdiyim səviyyəyə daha yaxındı.
 
Natiq Muxtarlı (jurnalist):
Azərbaycan çempionatının oyunu Avroliqa qarşılaşması deyil. Bu oyunda hər iki məşqçi məcburiyyətdən meydana 5 yerli futbolçu buraxmalıdır. Təbii, belə olan təqdirdə bu qarşılaşmanın taleyini əsasən yerli futbolçuların oyun keyfiyyəti müəyyənləşdirəcək.
Bütövlükdə oyuna gəldikdə isə yarımmüdafiə xəttində nəzarəti ələ ala biləcək komanda qələbəyə daha yaxın olacaq. Bu baxımdan yanaşsaq, “Qarabağ”ın daha üstün olduğu görünür. Ancaq “köhlən atlar”ın da zəif tərəfi var. Bu da müdafiə ilə bağlıdır. Rəşad Sadıqovun olmaması bu komandanın müdafiəsində bütün nizamı pozur. Çox güman ki, Roman Qriqorçuk da “”Qarabağ”ın bu zəif cəhətindən yararlanmaq üçün taktika düşünəcək. Qurban Qurabnov da müdafiədəki çatışmazlıqdan xəbərdardır. Ona görə də “köhlən atlar”ın yarımmüdafiə xəttinin üzərinə böyük yük düşəcək. Onlar rəqib futbolçuların “Qarabağ”ın cərimə meydançasına daha az yaxınlaşmasına çalışmalıdırlar. Üstəlik, hücumların qurulmasında da böyük güc sərf etməlidirlər. Qurbanovun yarımmüdafiəçiləri bu missiyanı yerinə yetirə bilsələr, qələbə qazanmaq şansları çox olacaq.
Açıq futbolun olacağını gözləmirəm. Böyük ehtimalla komandalar ehtiyatlı davranacaqlar. “Qarabağ” topa sahib olmağa çalışacaq. “Qəbələ” isə pressinq tətbiq edib, əks-hücumlara bel bağlayacaq.
 
Tahir Süleymanov (mütəxəssis):
"Qarabağ" daha təcrübəli, stabil heyətə malikdir. Son illərin çempionları kimi bu yolu necə getmək lazım olduğunu strateji baxımdan daha yaxşı bilirlər. 3-4 il öncə çempionluq uğrunda 6 klub eyni səviyyədə mübarizə aparırdısa, indi "Qarabağ" üçün bunu etmək daha rahatdır. Çünki, çempionluq yolunda bu titulu qazanmamış təcrübəsiz rəqibi var. "Qarabağ" stabil çıxışını davam etdirə bilsə, növbəti çempionluğunu qazana bilər.
 
"Qəbələ" oyun səviyyəsi, keyfiyyətlə yanaşı, ilk növbədə psixoloji baxımdan özlərinə qalib gəlməlidirlər. Klub olaraq çempion olmadıqları üçün öz üzərlərində təzyiq hiss edirlər. Çempionatın əvvəlində 6 xal önə çıxmaqlarına baxmayaraq, üstünlüyü 3-4 tura əldən verdilər. Çempionatda rəqabətsizliyi nəzərə alsaq, bu, yolverilməzdir. Klub olaraq çempionluq təcrübələri olmasa da, heyətdə titulu qazanmış futbolçular var. Əzmkarlıq, özünəinam sayəsində qış hazırlığını  səmərəli keçirə bilsələr, ilk dəfə Azərbaycan çempionu adını qazana bilərlər.
 
Çempionluğa oynayan komandaların yalnız müdafiəni düşünməsi mümkün deyil. Çempion olmaq üçün qələbə ruhun olmalıdır. "Qarabağ"  öz oyun fəlsəfəsinə sadiq qalacaq və son illərdə olduğu kimi dəst-xəttini qoruyub-saxlayacaqlar. Qısa müddətdə xal fərqini aradan götürməkləri özlərinə inamın, təcrübənin nəticəsidir. "Qəbələ" ilk növbədə stabil çıxış etməlidir. Qısa müddətdə 6 xallıq üstünlüyü əldən verdiklərinə görə çempionluq yolunda böyük zərbə aldılar və psixoloji üstünlüyü "Qarabağ"a verdilər. Müdafiənin keçilməzliyini qorumaq şərtilə hücumda  daha aqressiv və yaradıcı oynamaqla çempionluğu qazana bilərlər. Heyətdə texnikalı, oyunu həll edə biləcək futbolçuları var. "Qəbələ" ilk növbədə klub olaraq çempionluğa hazır olmalıdır.
 
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


blank
Dünya futbolu2024-01-21 00:06

“Bayer”in qələbə seriyası davam edir

blank
Dünya futbolu2024-01-20 23:40

“Arsenal”dan darmadağın

blank
Dünya futbolu2024-01-20 23:23

“Napoli”də yeni hücumçu

blank
Dünya futbolu2024-01-20 23:01

Şeydayevin debütü sonraya qaldı, komandası…

blank
Dünya futbolu2024-01-20 22:40

Şahruddin yenə qol buraxdı, “Beşiktaş” böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-01-20 22:31

“Beşiktaş”dan “Sivasspor”a

blank
Dünya futbolu2024-01-20 22:16

“Atletiko”da ciddi itki

blank
Digər idman növləri2024-01-20 22:00

Formula 1-də ən böyük sponsor razılaşmaları

blank
Digər idman növləri2024-01-20 21:41

Noskova lideri mübarizədən kənarlaşdırdı

blank
Digər idman növləri2024-01-20 21:00

Azərbaycan atleti lisenziya xarakterli turnirdə 3-cü oldu

blank
Dünya futbolu2024-01-20 19:57

İsgəndərli Türkiyədə ilk qələbəsinə sevindi

blank
Dünya futbolu2024-01-20 19:00

İspaniya klubunda baş məşqçi istefası

blank
Digər idman növləri2024-01-20 18:00

Azərbaycan millisinin ənənəvi turnir üçün heyəti açıqlandı

blank
Dünya futbolu2024-01-20 17:00

Dadaşovlu “Hatayspor” səfərdə darmadağına üzüldü

blank
Ölkə futbolu2024-01-20 16:14

“Qarabağ” müdafiəçisi ilə belə vidalaşdı

blank
Dünya futbolu2024-01-20 15:58

Ronaldo Çempionlar Liqasında favoritlərini açıqlayıb

blank
Ölkə futbolu2024-01-20 14:52

Məmmədovun Polşa klubuna keçidi rəsmiləşdi

blank
Ölkə futbolu2024-01-20 14:43

Rumıniyalı qapıçı “Neftçi” və “Atletiko”nun hədəfində

blank
Digər idman növləri2024-01-20 14:22

Üç atletimiz olimpiadaya lisenziya xarakterli yarışın final mərhələsində

blank
Dünya futbolu2024-01-20 14:00

“Real” Halandı transfer etmək üçün xüsusi plan hazırladı

blank
I Liqa2024-01-20 13:40

“Mingəçevir” fasilədə nə edir?

blank
Digər idman növləri2024-01-20 13:22

Maks Ferstappen nüfuzlu yarışda iştirak edəcək

blank
Digər idman növləri2024-01-20 13:05

“Real” da böyük hesabla məğlub oldu, “Fənərbağça” da

blank
Dünya futbolu2024-01-20 12:50

Salah millinin bir neçə oyununu buraxacaq

blank
Digər idman növləri2024-01-20 12:34

“Boston Seltiks” bir ildən sonra məğlub oldu

blank
Dünya futbolu2024-01-20 12:19

İlin yaxşı məşqçisi məlum oldu

blank
Premyer-liqa2024-01-20 12:00

Premyer Liqada qış bazarlığı – YENİLƏNİR

blank
Dünya futbolu2024-01-20 11:48

Haland ən yaxşı seçildi

blank
Ölkə futbolu2024-01-20 11:15

“Qarabağ” irəliləyib, “Neftçi” və “Sabah” geriləyiblər

blank
Digər idman növləri2024-01-20 10:41

“Qazandığımız nəticə gərgin məşqlərin bəhrəsidir”

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm