Bizi izləyin

Ölkə futbolu

Futbol tarixinin ən faciəvi təyyarə qəzaları

Braziliyanın "Şapekoense" klubunun oyunçuları, mə…

blank

Braziliyanın "Şapekoense" klubunun oyunçuları, məşqçiləri və nümayəndələrinin də olduğu təyyarənin qəzaya uğraması futbol dünyasını sarsıtdı. Demək olar ki, komandanın üzvlərinin böyük əksəriyyətinin həyatını itirdiyi qəzada çox az sayda insan sağ qalıb. Amma bu dəhşətli faciə futbol dünyasında ilk belə hal deyil. İndiyə kimi bir çox komanda bu və bundan da dəhşətli qəza ilə üzləşib.

Futbolinfo.az saytı sizə futbol tarixində baş vermiş buna oxşar hadisələrin ən yadda qalanları ilə tanış edir:

blank

İtaliyanın “Torino” klubu qəzanı tarixinin ən yaxşı dövründə keçirib. 1944-49-cu illər aralığında öz meydanında məğlub olmayan komanda tarixində qazandığı 8 çempionluqdan 7-ni məhz bu dövrdə əldə edib. 1948/49 mövsümündə torinolular hətta İtaliya millisinə 10 futbolçu göndərirdilər. Amma hər şey bir anda dəyişdi.

1949-cu ilin 4 may günü Alp dağlarının yağışı Torinonu isladan zaman “Avio Linee İtaliane”yə aid “Fiat G212CP” model təyyarə Turin Hava Limanına enmək üçün icazə istədi. Qüllə ilə təyyarə pilotu arasında belə bir dialoq yaşandı:

17:03, qüllə: Güclü yağış yağır, 500 metr hündürlükdə şiddətli fırtına var, görüş məsafəsi zəifdi. Başa düşə bilmədiniz?

Pilot: Bəli, başa düşdüm, hər şey qaydasındadı.

Bu, ekipaj üzvləri ilə qüllə arasında son danışıq oldu. Saat 17:05-də şəhər sükuta qərq oldu. Təyyarə 672 metr yüksəklikdəki Superga yaxınlığındakı bazilkaya dəyib. 18-i futbolçu olmaqla təyyarədə yer alan 31 nəfər – məşqçilər, klub idarəçiləri, jurnalistlər həlak olmuşdu.

Futbolu incəsənətə çevirən “ll Grande Torino”yu (Böyük Torino) tarixin yaddaşına həkk etmək İtaliya üçün asan olmadı. Hələ ll Dünya Müharibəsindən yenilgi ilə çıxan İtaliya özünə gəlmək üçün futbola bağlanmışdı. 40-cı illərdə Turin “Yuvntus”un “ağ-qara” rənginə boyanmamışdan öncə 1943-cü ildən qəzanın yaşandığı günə kimi meydana çıxdığı 93 matçın 83-ündə qalib gəlib, son 4 ilində çempionluğu bayram etmişdi. Komandanın prezidenti Kommendador Novo, portuqaliyalı oyunçuları Xiko Ferreyranın yubiley oyunu üçün “Benfika” ilə yoldaşlıq oyunu təşkil etdi. Turinlilər sevimlilərini gülə-gülə oyuna yola saldı. Komandanın “bəxtsiz” futbolçusu Saura Toma isə zədə ucbatından Lissabondakı qələbənin sevinci yaşaya bilmədi. Sonrası isə məlumdu. “Böyük Torino” 3 may günündəki qələbənin ertəsi qəzaya uğradı.

blank

Qəzada həlak olanlar 6 may günü rəsmi mərasimlə dəfn edildi. Amerikalılar Con Kennediyə, ingilislər Uinston Çörçilə nə qədər ağladısa, “Madama” meydanına toplanan 500 mindən artıq insan İtaliyada nəyə ağlayacağını bilmədi. “Böyük Torino”yamı, İtaliya futbolunamı, yoxsa İtaliyayamı? Turin təmsilçisi mövsümü gənc heyətin oyunçuları ilə tamamladı. Rəqibləri isə belə məqamda centlmenliyindən qalmadılar. Onlar da matçlarda gənc komandalarının oyunçularına şans verdilər. “Böyük Torino”nun kiçik komandası həmin il 5-ci çempionluğunu əldə etdi. Amma çempionluqdan sonra “Toro, Toro, haydi Toro” şüarını səsləndirmədilər. Təyyarənin çırpıldığı bazilkanın içində isə qəzada ölən 31 nəfərin xatirəsinə bir abidə var.

“Mançester Yunayted”

İngiltərənin ən güclü klublarından olan “Mançester Yunayted” də vaxtilə belə faciə ilə üzləşib. “Qırmızı şeytanlar” 6 fevral 1958-ci ildə Avropa Kuboklar Kubokunun matçı çərçivəsində “Srvena Zvezda” ilə oyundan qayıdırdı. Belqraddan qalxan təyyarə Münxendə yanacaq doldurmaq üçün yerə enir. Güclü qar yağdığından təyyarə ilk 2 cəhdində havalana bilmir. 3-cü cəhddə isə lazımi sürəti yığa bilməyən təyyarə bariyerlərə çırpılır.

blank

Aralarında futbolçu, texniki heyət və idarəçilərin yer aldığı təyyarədə 23 nəfər həlak olur, 21-i isə yaralanır. Dövrünün ən yaxşı komandalarından olan MY və baş məşqçisi Met Basbinin 8 futbolçusu qəzadan sağ çıxmır. Çalışdırıcı özü isə ağır yaralı şəkildə xilas olur. Onu qəzadan çıxaran isə komandanın qapıçısı Hari Qreq olur. O, həmçinin bir nəfəri də körpəsi ilə bərabər xilas edir. Komanda həmin il liqadakı qalan oyunlarını əvəzedici komandası ilə keçirib, mövsümü 9-cu pillədə başa vurur. Basbi isə qəzadan sonra da komandaya rəhbərlik edir. O, hətta bu komandaya 10 il sonra – 1968-ci ildə Çempionlar Kubokunu qazandıraraq qitənin ən güclüsü edir. Hadisəni unutmayan MY azarkeşləri illər sonra itirdikləri futbolçuların xatirəsinə munich58.co.uk saytını yaradıblar.

“Paxtakor”

Özbəkistanın “Paxtakor” komandası da bu cür faciədən qaça bilməyib. 1979-cu ilin 11 avqust günü saat 13:35 radələrində yaşanan qəzada daşkəndlilərin 17 üzvü qəzada həlak olur. SSRİ çempionatının oyunu çərçivəsində “Dinamo” ilə qarşılaşmaq üçün Minskə yola düşən komanda Ukraynanın Dneprodzerjinska şəhərindən 8400 metrlik yüksəklikdə başqa bir təyyarə ilə toqquşur. Qəzada hər iki təyyarədə olan 178 nəfərin hamısı həlak olur. Hadisənin baş verməsinə səbəbkar olan dispetçerlər Jukovski və Sum 15 il azadlıqdan məhrum edilir. Komandanın bəzi üzvləri Daşkənndə “Botkin” qəbirstanlığında dəfn edilib və onlara abidə qoyulub.

blank

 

Bu hadisədən sonra çempionatdakı digər klubların heyətində bu komandaya könüllü keçən futbolçuların heyətinə gücləndirlib. Bundan başqa SSRİ Futbol Federasiyası 3 mövsüm ərzində komandanın göstərəcəyi nəticədən asılı olmayaraq, komandanın Güclülər Dəstəsindəki yerini qoruyacağı ilə bağlı qərar verib. 

blank

Yaşanan aviaqəzada baş məşqçi Oleq Bazileviç olmamışdı. Uzun illərdən sonra təcrübəli mütəxəssis həmin günü bu cür xatırlayır: “Hər dəfə həmin günü xatırlayanda, ürək ağrısı keçirirəm. Ölümün caynağından məni təsadüfi xoşbəxtlik aldı. Həyat yoldaşım oğlumla Soçidə dincəlirdilər. Uzun müddət idi ki, onları görmürdüm, darıxmışdım. Fikirləşdim ki, əvvəlcə onlara baş çəkim, sonra oyuna yollanım. Üstəlik, oğlum da xəstələnmişdi. Daşkəndin İdman Komitəsinin rəisi İbrahimovdan icazə istədim. Buraxmasaydı, qalıb, ertəsi gün komanda ilə Minskə uçacaqdım. Ancaq o, “40 gündü ailəni görmürsən, əlbəttə, onlara baş çək” dedi. Sonra mehmanxada həmin zəng gəldi. Hələ dəstəyi qaldırmamış hiss etdim ki, bu zəng xoş xəbər gətirməyəcək. Sözlər əvəzinə hönkürtü eşitdim… Sanki buz kimi suyu başıma əndərdilər. Dəstək əlimdə donub qalmışdım. Kimlərsə övladlarını, kimlərsə ərlərini, kimlərsə atalarını itirmişdi. Mixail An ikinci dəfə ata olacaqdı. Hər gününü sayırdı. Bundan ağır xəbər ola bilməzdi. Həmin an ölümün bir addımlığında olmağım haqda düşünə bilməzdim. Sadəcə, şokda idim. Otağa qalxıb, Minskə uçan heyəti tərtib etməyə başladım. Bu an oğlum nə yazdığımı soruşdu. Ancaq ona heç bir cavab verə bilmədim. Nə yaxşı ki, belə bir anda yaxınlarımın yanında idim”.

Zambiya

Afrika futbolu ən ağır günlərindən birini 27 aprel 1993-cü ildə yaşayıb. Məhz həmin gün də Qabonun paytaxtı Libreville şəhərində təyyarə qəzası baş verib.

1 il sonra keçiriləcək dünya çempionatına qatılmağı hədəfləyən Zambiya yığması Senealla qarşılaşmaq üçün bu ölkəyə səfərə çıxır. Librevilleyə istiqamətlənən təyyarə yolda 1 dəfə yanacaq doldursa da, yaranan nasazlığa baxmayaraq, uçuşa davam edir. Amma enişin ediləcəyi hava limanına az bir məsafə qalmış qəza yaşanır. 

blank

30 nəfərin həlak olduğu qəzada ölənlərin 18 nəfəri Zambiya millisinin futbolçuları və texniki heyət üzvləri olur. Millinin yeganə sağ qalan futbolçusu isə Kaluşa Bvalva olur. O zamanlar Hollandiya PSV-sinin şərəfini qoruyan futbolçu Qabona 1 gün sonra öz hesabına qatılmalı idi.

Bu qəza fərqli bir hekayənin də başlanğıcı oldu. Zambiya futbolu növbəti illərdə məhz Bvalvanın ətrafında toplanır. O, 2003-06 cı illərdə milli komandaya rəhbrəlik edir. 2008-ci ildə Zambiya Futbol Federasiyasına rəhbər seçilir.

blank

Taleyin gedişindən məhz qəzanın yaşandığı Libreville şəhərində keçirilən final matçında Fil Dişi Sahili millisini məğlub edərək 2012-ci ildə Afrika Millətlər Kubokunun qalibi olur. Bu həm də sözügedən ölkənin futbol tarixinin ən böyük uğurudu.

HAZIRLADI: ELMAR ABDULLA-ZADƏ

Reklam

Reklam


blank
Müsahibə2024-04-16 08:00

Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”

blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm