Premyer-liqa
Prosineçki liderlərin duelinə proqnoz verdi
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert…
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu gün "Qarabağ" və "Qəbələ" komandaları arasında Topaz Premyer Liqanın 13-cü turu çərçivəsində keçiriləcək oyunla bağlı proqnoz verib. Futbolinfo.az xəbər verir ki, o, Xorvatiyanın “Slobodna Dalmacija” portalına açıqlamasında Ağdam klubunun minimal hesabla qalib gələcəyini bildirib:
"Obyektiv olsaq, "Qarabağ" daha yüksək keyfiyyətli yerli oyunçulara malikdir. Bu komandanın qalib gələcəyini əvvəlcədən deyə bilərəm. Hesab? Qoy, 1:0 olsun".
Qeyd edək ki, "Azərsun Arena"da təşkil olunacaq qarşılaşma saat 19:00-da başlanacaq.