Premyer-liqa
Mərkəzi oyun bitdi, ara qarışdı – FOTOLAR
Topaz Premyer Liqasının 13-cü turunun mərkəzi qarşılaşmas?…
Topaz Premyer Liqasının 13-cü turunun mərkəzi qarşılaşması – "Qarabağ" – "Qəbələ" oyunu böyük qalmaqalla başa çatdı. Futbolinfo.az xəbər verir ki, oyunda vurulan sonuncu qolun ardından qəbələlilər meydanı tərk etdilər.
Halbuki, baş hakim Rəhim Həsənov oyunu başa vurmamışdı. Düzdür, o, qonaq komandanın meydana qayıtmadığını görüb, final fitini səsləndirmək məcburiyyətində qaldı. Amma xoşagəlməz olaylar bundan sonra da davam etdi. Belə ki, "Qəbələ"nin prezidenti Tale Heydərovla vitse-prezident Fariz Nəcəfovu çıxmaq şərtilə qonaq klubun bütün rəsmiləri və məşqçiləri paltardəyişmə otağına yollanarkən hakimlərə hücum çəkiblər. Onların Həsənovun rəhbərlik etdiyi hakimlər briqadasına xəsarət yetirməməsi üçün nəinki polislər, hətta "Qarabağ"ın işçiləri də səfərbər olunublar. "Qəbələ" rəsmiləri isə hakimləri təhqir etməklə hirslərini soyutmağa çalışırlar.
Oyundan sonra PFL prezidenti Ramin Musayev də dərhal hadisə yerinə yollanıb. O, əsəblərin tarıma çəkildiyi bir vaxtda aranı sakitləşdirməyə çalışır.