Bizi izləyin

Premyer-liqa

13-cü tur: Diniyevin benefisi!

PFL “nəhs”dən çıxa bilmədi. 13-cü tur koma…

blank

PFL “nəhs”dən çıxa bilmədi. 13-cü tur komandaların aktivinə yazıldısa, PFL rəhbəri Ramin Musayev bir daha əmin oldu ki, Hakimlər Komitəsinin sədri vəzifəsində dəyişiklik olmalıdı… özü də təcili!

Gəncədə baş tutan qarşılaşmada “Neftçi” bir daha koma vəziyyətində olduğunu ortaya qoydu. “Ağ-qaralar” “ətalət qanunu” ilə çempionatda növbəti məğlubiyyətini aldı. “Kəpəz” layiq olduğu 3 xalı 2 cavabsız qolla qazandı. “Neftçi” fanatlarını daha 1 əzablı həftə gözləyir. Bundan sonra isə yəqin ki, köklü islahatlara start veriləcək.

AZAL – “Sumqayıt” qarşılaşması təxminən bərabər səviyyəli rəqiblərin görüşü kimi də səciyyələndirilə bilərdi. Doğrudu, Samir Abasovun komandası daha mütəşəkkil obrazı yarada bilər. Ancaq unutmaq olmaz ki, “təyyarəçilər” evdə oynayırdı və 1:1-i ədalətli sonuc adlandırmaq olar. Hərçənd, sona 5 dəqiqə qalmışadək Tərlan Əhmədov və komandası hesabda öndə idi. Lakin futbol 90 dəqiqə oynanılır.

“Zirə” – “İnter” görüşündə də analoji hal yaşandı. Yenə final fitinə saniyələr qalmış, tablodakı hesab dəyişdi. Bu dəfə üzülən tərəf meydan sahibləri yox, qonaqlar oldu. Bu görüşdə hadisələr fasilədən sonra daha maraqlı məcrada davam etdi. Əvvəlcə, Ruslan Abışov “bankirlər”i hesabda önə çıxardı. Ardınca Adrian Skarlatake 2-ci dəfə sarı vərəqəyə “qonaq” edilərək, “İnter”in azlıqda qalmasını şərtləndirdi. Nəhayət, matçın kulminasiya nöqtəsi 90+3-cü dəqiqədə yaşandı: Yovan Krneta “Zirə”nin cari mövsüm 7-ci məğlubiyyətinin rəsmiləşməsini əngəlləyən qola imza atdı.

“Qış çempionu kim olacaq” sualına isə “Qarabağ” – “Qəbələ” matçında aydınlıq gəlməli idi. Tərəflər futbolsevərlərə cari mövsümün ən maraqlı 90 dəqiqəsini yaşatmağı bacardı. Hakimliyin bərbad olması barədə xeyli yazılar dərc etdiyimizdən, bu mövzuya toxunmayacağıq. Bu görüşün ən yaxşısı kimi bir neçə futbolçunun adını qeyd etmək olar. Filip Ozobiç “Qəbələ”nin yeganə qolunun müəllifi olmaqla yanaşı, Riçard Almeydanın qırmızı vərəqə almasını təmin edən oyunçu kimi də ustalığını ortaya qoydu. Xorvatiyalı 90 dəqiqə ərzində rəqib müdafiəçilərin başağrısına çevrilməyi bacardı. “Qarabağ”ın “dirijor”u Riçard Almeyda isə özünü müsbət tərəfdən göstərməyi bacarmadı. Bunun da başlıca səbəbkarları əlbəttə ki, qonaq komandanın ounçuları idi. Lakin Qurban Qurbanovun əvəzləmələri təqribən 70-ci dəqiqədən etibarən oyunun təkqapıya getməsini şərtləndirdi. Əfran İsmayılov sərgilədiyi futbolla bir ümid çırağı yandırdı: bəlkə yenidən 2010-dakı Əfran qayıdır? Dino Ndlovu döyüşə elə atıldı ki, sanki həyatının ən vacib qarşılaşmasına çıxmışdı. Hər iki futbolçu ortaya ən xoş sözlərə layiq oyun qoydular. Ancaq zənnimizcə, matçın görünməyən qəhrəmanı adlarını çəkdiklərimizdən heç biri deyildi. Gənc Coşqun Diniyev bəlkə də karyerasının ən möhtəşəm dəqiqələrini keçirdi. Həm penalti epizodunda (söz verdiyimiz kimi, hakim səhvlərinə toxunmuruq) Ndlovuya möhtəşəm ötürməsi, həm də Əfran İsmayılova fanastik ara ötürməsi – bax, dayaq yarımmüdafiəçisindən tələb olunan müasir futbol budu! Riçard Almeydanın yanında oynayan dayaq yarımmüdafiəçisi məhz bu komponenti braziliyalı sehrbazdan “oğurlamalı”dı. Qara Qarayev dağıdıcı kimi daim xoş sözlərə layiq olsa da, yaradıcılıq baxımından heç vaxt fərqlənmədiyi bir vaxtda, belə bir gəncin parlaması Qurban Qurbanov üçün xoş sürpriz və siqnal olmalıdı.

Beləliklə, qış fasiləsinə 1 tur qalmış, son 3 mövsümün çempionu nəhayət ki, vahid liderliyə qovuşdu. İndi bu mövqeyi qorumaq üçün “süvarilər”ə 14-cü turda “İnter”lə matçda heç-heçə də bəs edəcək.

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Dünya futbolu2024-01-23 17:30

“Yuventus” portuqaliyalı futbolçu transfer etdi

blank
Dünya futbolu2024-01-23 17:16

“Milan” futbolçusunu icarəyə verdi

blank
Dünya futbolu2024-01-23 17:00

Oynamayan Arda icarəyə getmək istəyir

blank
Digər idman növləri2024-01-23 16:47

Gəncədə açıq birincilik

blank
Premyer-liqa2024-01-23 16:32

“Qəbələ” “Sumqayıt”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-01-23 16:32

Madrid qran-prisi rəsmən təsdiq edildi

blank
Digər idman növləri2024-01-23 16:16

Federasiya rəhbərliyi milli komandalarla görüşdü

blank
Ölkə futbolu2024-01-23 16:00

“Araz-Naxçıvan” növbəti transferini açıqladı

blank
Premyer-liqa2024-01-23 15:47

“Neftçi”də 7-ci, Azərbaycan çempionatlarında 62-ci

blank
Müsahibə2024-01-23 15:30

“Əsas “Kəpəz”in yaxşı nəticə qazanmağıdır”

blank
Premyer-liqa2024-01-23 15:15

Hacıyevdən antirekord

blank
Dünya futbolu2024-01-23 15:00

“Çelsi” Morreyranı geri qaytardı

blank
Premyer-liqa2024-01-23 14:46

200-cü sülh

blank
Dünya futbolu2024-01-23 14:29

“Milan” Samarciçi almağa çalışacaq

blank
Digər idman növləri2024-01-23 14:11

Azərbaycan çempionatında daha bir oyunun vaxtı açıqlandı

blank
Dünya futbolu2024-01-23 13:52

PSJ Yoronu istəyir

blank
Dünya futbolu2024-01-23 13:35

“Real” Karvahala əvəzedci axtarır

blank
Dünya futbolu2024-01-23 13:18

Menyanı təhqir edən azarkeş futbola ömürlük həsrət qalacaq

blank
Müsahibə2024-01-23 13:00

Bayramov qərəzdən şikayətçidir: “Özünü yalnız özü cəzalandıran qurum haqda danışmaq mənasızdır”

blank
Digər idman növləri2024-01-23 12:45

ACF Dan dərəcələri üzrə seminar və imtahan təşkil edib

blank
Dünya futbolu2024-01-23 12:32

XXI əsrdə ən çox qol vurmuş asiyalı futbolçular

blank
Digər idman növləri2024-01-23 12:16

Taekvondo üzrə məşqçi-müəllimlərin seminarı başlayıb

blank
Digər idman növləri2024-01-23 12:00

1968-ci ilin qızıl medalı hərraca çıxarılır

blank
Milli komanda2024-01-23 11:43

Millimizin oyunlarının stadionları müəyyənləşib

blank
Dünya futbolu2024-01-23 11:29

Ozan Canlı “Eyndhoven” səfərdə uduzdu

blank
Digər idman növləri2024-01-23 11:15

Azərbaycanın stolüstü tennis yığması AÇ-yə qatılacaq

blank
Digər2024-01-23 11:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-01-23 10:42

Embiiddən 70 xal

blank
Müsahibə2024-01-23 10:30

Haciyevski: “Mən “Bakı”da olanda ölkənin ən güclüsü biz idik”

blank
Dünya futbolu2024-01-23 10:15

Andrade oynadı, komandası növbəti mərhələyə adladı

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm