Premyer-liqa
AFFA ən böyük cəzanı "Kəpəz" və "Qarabağ"a kəsdi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fut…
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
AZAL – “Sumqayıt” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində AZAL-ın futbolçusu Adan Koronado ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Zirə” – “İnter” matçında “İnter”in 4, “Zirə”nin 4 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 66-ci dəqiqəsində “İnter”in futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Kəpəz” – “Neftçi” matçında meydan sahibi klub Əsasnaməyə uyğun olaraq, qonaq komandanın qəbulunda üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün klub 1600 manat cərimə olunub.
“Qarabağ” – “Qəbələ” matçında İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
“Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 39-cu dəqiqəsində “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.
Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Riçard Almeyda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub.
Matçın video yazısını izlədikdən sonra müəyyən olunub ki, oyunun 90+4-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Coşqun Diniyev rəqib oyunçuya qarşı kobud oyuna görə 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.
“Qarabağ”ın 2-ci qolundan sonra klubun futbolçusu Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkar olunub.
Növbəti ev oyunlarında “Qarabağ” klubu təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunub.
Hər iki klubun nizam-intizam qaydalarına ciddi şəkildə riayət etməsi və bu halların yenidən təkrar olunmaması tələb olunub.