Dünya futbolu
Millimizin forvardı oynamadı, komandası heç-heçə ilə başladı
Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinə start v…
Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası da ilk matçına çıxıb.
G qrupunda yer alan sözügedən klub səfərdə "Akhisar"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məhsuldar heç-heçə ilə ayrılıb – 3:3.
Qeyd edək ki, D.Yılmaz bu oyunda "Bursaspor"un iştirak ərizəsində yer almayıb.