Ölkə futbolu
Rəsmi açıqlama: “Xəzər Lənkəran” qayıda bilər”
Son vaxtlar “Xəzər Lənkəran”ın fəaliyyətini bərpa …
Son vaxtlar “Xəzər Lənkəran”ın fəaliyyətini bərpa edəcəyi ilə bağlı məlumatlar çoxalmaqdadı. Futbolinfo.az xəbər verir ki, artıq komandanın adı bəzi sponsorlarla da çəkilir.
Klubun gələcəkdə bərpa olunub-olunmayacağı ilə bağlı “ağ-yaşıllar”ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. O, bu variantın mümkün ola biləcəyini bildirdi:
“Sponsorlarla bağlı xəbərlər ən çox Lənkəran bazarında yayılır. Bir gün komandaya “Azercell”in, başqa bir gün digər bir şirkətin himayədarlıq edəcəyi deyilir. Bunlar daha çox şayiə olduğu üçün, konkret olaraq, nəsə demək olmur. Amma “Xəzər Lənkəran”ın yayda fəaliyyətini bərpa etmək ehtimalları var. Aprel-may aylarında bütün suallara aydınlıq gələcək. Qışdan öncə bu şans 20 faiz idisə, indi bu göstərici 60-a bərabərdi. Klub bərpa olunsa, rəhbərlik və sponsor əvvəlki kimi qalacaq. 100 faiz dəqiq olan şey varsa, o da klub fəaliyyət göstərəcəyi təqdirdə adını dəyişməyəcək və yenidən “Xəzər Lənkəran” kimi oyunlarını keçirəcək, borclarımız ödəniləcək. Komandamızın Premyer Liqadan, yoxsa 1-ci diviziondan mübarizə başlayacağını isə dəqiq deyə bilmərəm. Deyilənlər baş tutsa, “Xəzər Lənkəran” əvvəlki kimi iddialı komanda olacaq".
Qeyd edək ki, 2004-cü ildə yaranan “Xəzər Lənkəran” ötən mövsümün sonunda fəaliyyətini dondurmuşdu.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq