Bizi izləyin

Ölkə futbolu

Bonilya: "Azərbaycana qayıtmaq variantım olsa, bu ölkənin qapıları üzümə açıqdı"

“Zirə”nin sabiq hücumçusu Nelson Bonilya &oum…

blank

“Zirə”nin sabiq hücumçusu Nelson Bonilya ölkəsinin mətbuatına müsahibə verib. Futbolinfo.az xəbər verir ki, salvadorlu futbolçu Azərbaycandakı karyerasına da toxunub. 

– Başa çatmaq üzrə olan 2016-cı ildə həm “Zirə”, həm də “Nasional”dakı çıxışınızı necə dəyərləndirirsiz?
– Mənim üçün çox yaxşı il oldu. Bəlkə də, karyeramın ən müsbət ili adlandırardım. Həm çatdığım hədəf, həm də əlimə düşən variantları nəzərə alaraq, belə deyirəm. 2016-cı ildə 18 qol vurdum, bunlardan 12-nə “Zirə”nin, 3-nə milli komandanın heyətində imza atdım. Nəticədə mənə Portuqaliyanın yüksək liqasından təklif gəldi. “Nasional”da öz şansımı gözlədim, bu, normal haldı. Çünki adaptasiya dövrünü keçirirdim.
 
– 2015-2016 mövsümündə “Zirə”nin mükafatçılar sırasına düşəcəyi əsas hədəfiniz idi?
– Allaha şükürlər olsun ki, “Zirə”də özümü göstərmək üçün çoxlu şans qazandım. Baş məşqçimiz mənə güvənirdi. “Zirə”də birgə çalışdığım insanlara təşəkkür edirəm. Onlar məni həmişə böyük sevgi ilə yada salırlar. Əgər nə vaxtsa Azərbaycan, eləcə də ondan əvvəl oynadığım Rumıniyaya qayıtmaq variantım olsa, bilirəm ki, hər iki ölkənin qapıları üzümə açıqdı.
 
– Azərbaycan və Portuqaliya arasındakı əsas fərqlər nədən ibarətdi?
– “Nasional” Portuqaliyanın ən köklü klublarındadı, bu yaxınlarda 106 yaşını tamamladı. Oyunların intensivliyi baxımından fərq var. Avropa ölkələrinin çempionatları məhz intensivlik baxımından seçilir. Bu mənada, Portuqaliya Premyer Liqası Azərbaycan çempionatından 1-2 addım öndədi. Belə götürəndə, elə də böyük fərq yoxdu. Çünki Azərbaycanı Çempionlar Liqası və Avropa Liqasında layiqincə təmsil edən komandalar var. Yeni ölkəyə uyğunlaşmaq baxımından futbolçu bəzən çətinliklə üzləşir. Amma Allaha şükürlər olsun ki, mən Azərbaycanda adaptasiya prosesini rahat keçdim. Portuqaliyada isə bir qədər mübarizə aparmalı oldum, uyğunlaşma prosesini davam etdirirəm. Çalışacam ki, komandaya daha çox fayda verim və turnir cədvəlində qərarlaşdığımız mövqedən xilas olaq. Əsas odu ki, ölkənin adını yaxşı təmsil edəsən. Fikrimcə, son ildə Salvadordan kənarda bunu layiqincə bacarmışam.
 
– Bəs Salvador və Avropa futbolu arasında nə kimi fərqlər var?
– Onlar, həqiqətən də, bütün məsələlərdə daha peşəkardırlar. “Nasional”da öz saunam, massajçılarım var. Terapiya çox yaxşı inkişaf edib. Salvadorda isə heç bir komanda bunlara malik deyil. Avropada futbolçunun, xüsusilə, zədəsini sağaltmasına ciddi fikir verirlər. Yəni, Avropada futbolçunu bomj kimi müalicə etmirlər. Ona insan kimi böyük hörmət qoyulur. Bütün bunlar peşəkarlıqdan irəli gəlir. Dediklərimi Salvadorda isə dərk etmirlər, gərək gəlib öz gözləri ilə görsünlər.
 
– Madeyrada boş vaxtlarınızı necə keçirirsiz?
– Daha çox evdə keçirirəm. Özümə yeni it – fransız buldoqu almışam. Bundan əlavə, filmlərə baxmağı, “playstation” oynamağı xoşlayıram. Şəhərin özünəməxsus yeməklərini bəyənirəm. Tez-tez restoranlara gedib, Portuqaliya mətbəxi barədə daha çox məlumat toplayıram. Sevgilimin gəlişini gözləyirəm. O, Madeyraya gələndən sonra hər şey mənim üçün asan olacaq. (Apasport)

Reklam

Reklam


blank
Əvəzedicilər2024-04-20 19:53

“Sumqayıt”ın əvəzedicilərindən darmadağın

blank
Premyer-liqa2024-04-20 19:35

“Daha dinamik oyun olmasını istərdim” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-20 19:09

“Zirə” “Neftçi”yə qarşı – YENİLƏNİR

blank
Premyer-liqa2024-04-20 19:00

“Bizi “Kəpəz”lə ilin oyunu gözləyir” – Sxadadze

blank
Digər idman növləri2024-04-20 18:43

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

blank
Premyer-liqa2024-04-20 18:28

“Qarabağ”la “Qəbələ”dən məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-20 18:00

“Neftçi” bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-20 17:31

“Beşiktaş” millimizdə oynamış futbolçu ilə yollarını ayırdı

blank
Dünya futbolu2024-04-20 17:00

Niderland klubunun 18 xalı silindi

blank
Ölkə futbolu2024-04-20 16:18

Təbriz klubu yenə uduzdu

blank
Digər idman növləri2024-04-20 16:00

Pekin marafonunda qalmaqal: medallar geri alındı

blank
Digər idman növləri2024-04-20 15:38

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

blank
Dünya futbolu2024-04-20 15:19

“Mançester Yunayted”də yeni təyinat

blank
Digər idman növləri2024-04-20 15:00

Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 14:39

MBA-da mükafat fondu artırıldı

blank
Ölkə futbolu2024-04-20 14:22

“Neftçi”nin iki futbolçusu “Zirə”yə qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 14:07

Avroliqada yeni rekord

blank
Dünya futbolu2024-04-20 13:50

La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

blank
Əvəzedicilər2024-04-20 13:35

Əvəzedicilərin yarışında 31-ci turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 13:20

MBA-da pley-offun son cütlükləri də bəlli oldu

blank
Dünya futbolu2024-04-20 13:03

“Qalatasaray”da 5 yeni müqavilə

blank
Ölkə futbolu2024-04-20 12:48

“Qəbələ”nin 2 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 12:31

Çində gözlənilməzlik: Həmilton mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-04-20 12:16

Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olacaq

blank
Digər idman növləri2024-04-20 11:57

“Real”ın rəqibi məlum oldu

blank
Digər idman növləri2024-04-20 11:40

Ferstappen Çində də birinci oldu

blank
Digər idman növləri2024-04-20 11:23

Abasovun Torontoda növbəti sınağı

blank
Ölkə futbolu2024-04-20 11:05

Sərtan vacib matçda 81 dəqiqə oynadı

blank
Ölkə futbolu2024-04-20 10:47

Orxan Məmmədov vacib oyundan əvvəl “Zirə”ni ziyarət etdi

blank
Ölkə futbolu2024-04-20 10:30

Zirədə 2-ci yer uğrunda oyun

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm