Bizi izləyin

Ölkə futbolu

Oğru elə bağırdı…

Bəzilərini ciddiyə almamaq, onlara baş qoşmamaq da olar. “?…

blank

Bəzilərini ciddiyə almamaq, onlara baş qoşmamaq da olar. “İt hürər, karvan keçər” misalı… Amma görəndə ki, həmin adamlar qədim peşə sahibləridi və öz adını sənə qoymaq istəyir, cavab verməyə bilmirsən.

“Neftçi”dəki “kubok oğurluğu” ilə bağlı yazdıqlarımızdan xəbərdarsız. “Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqovun dövründə qazanılan bütün mükafatların klubun bazasından yoxa çıxması, “Neftçi” İdman Klubu İctimai Birliyinin ofisində peyda olması haqda məlumatı “Futbolinfo” yazmışdı. Və əbədi rəisinin danışan ağzı olan birisi bu biabırçılığa haqq qazandırmaq naminə açıqlama vermək qərarına gəlib.

“Futbol+” qəzetinin bugünkü sayında bizim aşkara çıxardığımız məsələylə bağlı geniş yazı dərc olunub. Orada Sadıqovun dövründə klubda mətbuat katibi, bir müddət yoxa çıxandan sonra qayıdaraq prezidentin müşaviri kimi çalışan Elnur Əşrəfoğlu danışıb. Sadıq bəyin indi baş katib kimi çalışdığı cüdo federasiyasının da mətbuat katibi olan sabiq jurnalist şefinin müdafiəsinə qalxıb. Onun dediklərində özünüifşa məqamları da var.

Sitat: “Belə fikirlər komandanın bugünkü uğursuzluğunu ört-basdır etmək, ictimaiyyətin, azarkeşlərin fikrini yayındırmaq niyyəti güdür. Əvvəla, onu qeyd edim ki, informasiyanı yayan sayt hazırda klubla əməkdaşlıq edir və əsl oğru hansısa bir naməlum adın altında gizlənən jurnalistdi. Heç bir zaman heç kimin qabağından qaçmamışıq və qaçmarıq da. Belə ucuz işlərlə məşğul olanlar qarşısında məni görsünlər. Cavablarını da necə lazımdısa, verəcəm və bildirim ki, uduzan tərəf hazırda futbol meydanında olduğu kimi, bu məsələdə də onlar olacaqlar”.

Elnur iddia etmək istəyir ki, sayt klubla əməkdaşlıq edir və buna görə də klubdan sifariş alıb. Ay bədbəxt, hamını özün kimi bilmə. “Futbolinfo”da hazırda sənin tapşırıq verdiklərinə bənzər jurnalistlər işləyə bilməz. O sizin taktika, sizin üslub idi. Bu açıqlamanla göstərdin ki, hansısa qurumun yox, elə Sadıqovun şəxsi mətbuat katibisən.

“Neftçi”nin uğursuzluğunu gizlətmək üçün hansısa yazı gücsüzdü. Komanda elə gündədi ki, nə yazlrsan yaz, onu turnir cədvəlində yuxarı pilləyə qaldırmaq olmaz. “Neftçi” faciəvi vəziyyətdədi və eyibini örtmək mümkünsüzdü. Bu olayın üzə çıxması isə elə klubun da imicinə zərbədi. Sadıqovun kubokları kürəyinə şələləyib aparması və heç kimin bunun hesabatını istəməməsi də göstərir ki, “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev və digər rəsmilər də günahkardı. Onlar Sadıqovdan klub yox, xarabalığı təhvil alıblar və hesabat istəyəcək qədər cəsarətləri yoxdu. Elə klub rəsmilərindən heç kimin bu məsələyə reaksiya verməyi bacarmaması, suallardan qaçması faktı da bu qorxaqlığın nəticəsidi.

Bu fikirləri qorxmadan yazıram, amma Sadıq bəyin vaxtı olsaydı, indi qoçuları redaksiyanın qapısını döyəcləyirdi.

Əşrəfoğlu açıqlamasında qeyd edir ki, bunu yazan sayt klubla əməkdaşlıq edir. Burada qəbahətli nə var ki? Təsdiqləyirik. Heç kimdən qorxmadan, çəkinmədən də bunu bəyan edirik. Çünki biz rüşvət almırıq, bir çox layihələrin işıqlandırılması üçün imzalanan müqavilə qarşılığında klubdan reklam alırıq. Sizin vaxtınızdakı kimi rüşvət götürmürük, 20 min dollarlıq media büdcəsini çapıb-talamırıq. O Sadıqovun vaxtında idi ki, az bir qism müqavilə ilə normal reklam pulu, əksəriyyət isə qara mühasibatlıqdan, klub rəsmilərinin şəxsi büdcəsindən rüşvət alırdı.

Burada elə Əşrəfoğlu ilə bağlı vacib bir qeyd etmək yerinə düşər. Səni ki, aləm tanıyır… AzTV-dəki özfəaliyyətin uudulmayıb, “Neftçi”nin reklam pullarından necə faydalanmağın da ən azı media əhlinə bəllidi. Adı 20 min dolların paylandığı məşhur siyahiya düşən və qara qəpik də görməyən onlarla qələm əhli var. Adlarına pul yazılır, klub büdcəsindən çıxır, amma ünvanına çatmırdı. Bəlkə bunun hesabatını verəsən? Hələ yarıbayarı, 2-3 aydan bir çatdırdıqlarını demirəm. Bəlkə bizim də adımıza nəsə etmisən, xəbərimiz yoxdu?

Elnur klub muzeyi haqda danışarkən pafoslu çıxışından qalmayıb: “Futbol klubunun muzeyi yoxdu, həm də muzeydə 66-cı ilin bürünc medalı, Kazbek Tuayevin butsları, Pançik, Bilalovun formaları olmalıdı”.

Doğru qeydlərdi, amma maraqlıdı, bunlar indimi yadınıza düşdü? Bəs, 5 il ərzində “Neftçi”də haranızı günə verirdiz? Yox idisə, niyə yaratmadız? Başınız oyun, hakim almağamı qarışmışdı? Kluba şillə-təpiklə, söyüşlə, təhqirlə, təzyiqlə qazandığınız çempionluqlardan daha çox muzey, baza, stadion lazım idi, niyə o vaxt bunu görmürdüz? Yoxsa pul o qədər çox idi ki, belə “xırda” məsələləri görməyə imkan vermirdi?

Əsl muzeyin “Neftçi” İdman Klubu İctimai Birliyinin inzibati binasında olduğunu qeyd edirsiz. Lap yaxşı, ancaq məntiqli bir cavab gözləyirik: “Neftçi” Futbol Klubunun mükafatlarının ona dəxli olmayan bir muzeydə nə işi var?

Elnur istəmədən oğurluq faktını özü də təsdiqləyir. Amma sualımıza da cavab versin: Sadıq bəy o kubokları öz cibinin pulu ilə alıb ki, hara getdisə, özü ilə aparır?

O ki qaldı xəbərin indi ortaya çıxmasına, Əşrəfoğlu hamını özü kimi bilməsin. Bu yazı hansısa uğuru gözdən salmağa hesablanmayıb, sadəcə, təsadüfən diqqət etdiyimiz foto araşdırmanı labüd etdi. Bunu niyə indiyə kimi görən olmayıb? Hə, bax, bu sualın da cavabı elə Sadıq bəyə bağlıdı. Rüşvət pulları mətbuatın böyük bir qismini elə hala salıb ki, görən də görməməzlikdən gəlib. Yazanı pulla, pula yaxın durmayanı qol gücü, müxtəlif təzyqi vasitələri ilə susdurmusuz, 5 manata mədhiyyə yazanları media kralları etmisiz. Ona görə də bu cür iyrəncliklər baş alıb-gedib, oğurluqlarınız gözdən qaçıb.

Haqqı deyənin, yazanın ağzından vurmağa çalışmayın. Sizin vaxtınızda klub kassasından oğurlanan 40 min dolların, futbolçuların müqavilələrinə aldığından çox məbləğ yazılmasının, işə gəlmədən maaş kartı sahibi olan 17 əməkdaşınızın, 80 min dollarlıq konvert alan rəislərinizin hesabatını verə bilərsizmi? Və ya mətbuat üçün nəzərdə tutulan 20 min dolların hara xərcləndiyini? Müqaviləsi olanlar bir yana, müqaviləsi olmayıb sizin vasitənizlə əlbəəl pul götürənlərin siyahısını açıqlasam, altından çıxa bilərsizmi?

Oturmuşuq yerimizdə. Oğurladığınızı oğurlamısız, yığdığınızı yığmısız, “Neftçi”yə də audit yoxlamasından sonra 3 milyon dollarlıq borc qoyub getmisiz, dövlətin pulunu talamısız. Üzünüzə vurmurlar deyə üzə durmayın. Keşmişiniz də bəllidi, bugününüz də.

VÜSAL MAHMUDOV

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-20 02:00

“Atletik”lə “Qranada”dan heç-heçə

blank
Dünya futbolu2024-04-20 01:44

“Yuventus” yenə xal itirdi

blank
Dünya futbolu2024-04-20 01:30

“Ayntraxt” inamlı qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-20 01:15

“Nitsa”dan darmadağın

blank
Dünya futbolu2024-04-20 01:00

Dubla imza atdı, həftənin ən yaxşı oyunçusu seçildi

blank
Dünya futbolu2024-04-20 00:29

Avroliqada həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-19 21:00

“Sumqayıt” avrokubok iddiasını davam etdirir

blank
Premyer-liqa2024-04-19 19:49

Tovuzda darmadağın – VİDEO

blank
Premyer-liqa2024-04-19 19:21

Ayxan Abbasov: “Günahkar axtarmıram” – VİDEO

blank
Premyer-liqa2024-04-19 19:09

Samir Abasov: “Bizi bu yerlərdə görmək çoxları üçün xoş deyil” – VİDEO

blank
Dünya futbolu2024-04-19 18:59

ÇL-də həftənin ən yaxşı oyunçusu

blank
Premyer-liqa2024-04-19 18:26

“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu

blank
Digər idman növləri2024-04-19 17:44

Yeddiqat dünya çempionu səfir təyin edildi

blank
Dünya futbolu2024-04-19 17:27

“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib

blank
Dünya futbolu2024-04-19 17:09

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

blank
Digər idman növləri2024-04-19 16:51

MBA-da mövsümün statistik göstəriciləri: kim nədə lider oldu?

blank
Digər idman növləri2024-04-19 16:20

Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər

blank
Ölkə futbolu2024-04-19 16:01

“Lerik” Əsasnaməni pozduğu üçün cərimə olundu

blank
I Liqa2024-04-19 15:47

“İrəvan” xərəkdaşıyanlara görə cəzalandı

blank
Dünya futbolu2024-04-19 15:31

Almanlar bunu 29 ildən sonra bacardılar

blank
Dünya futbolu2024-04-19 15:15

Olmo seçim qarşısında

blank
Dünya futbolu2024-04-19 15:00

“Barselona” “Nou Kamp”a nə vaxt qayıdacaq?

blank
Premyer-liqa2024-04-19 14:41

“Qarabağ”la “Qəbələ”nin 77-ci dueli

blank
Digər idman növləri2024-04-19 14:24

Azərbaycan çempionatında həlledici mərhələnin ilk oyunlarının təqvimi açıqlandı

blank
Digər idman növləri2024-04-19 14:10

Ataman üçün acı xəbər

blank
Digər idman növləri2024-04-19 13:52

Çində ən yaxşı nəticəni “Maklaren” sürücüsü göstərdi

blank
Ölkə futbolu2024-04-19 13:35

“Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil” – “Neftçi” rəsmisi

blank
Dünya futbolu2024-04-19 13:20

Naqelsmann yığmada qaldı – müqavilə müddəti uzadıldı

blank
Müsahibə2024-04-19 13:19

Sertan özündən narazıdır: “Daha yaxşısını edə biləcəyimi düşünürəm”

blank
Ölkə futbolu2024-04-19 13:01

“Qəbələ”də daha bir vida – legioner yola salındı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm