Dünya futbolu
44 ildən sonra gələn məğlubiyyət
Almaniya yığması 1978-dən bəri ilk dəfə hansısa mundialda birinci hissədən sonra hesabda öndə olduğu matçda uduzdu. Bu gün Yaponiyaya yenilən (1:2) Bundestim, o zaman Avstriyaya təslim olmuşdu – 2:3.
Futbolinfo.az xəbəbr verir ki, əvəzində yaponlar ilk dəfə Dünya Çempionatında ilk qolu buraxdığı matçda qələbə qazandı. Bunadək oxşar vəziyyətlərdə 2 heç-heçə, 11 məğlubiyyət görmüşdülər.
Bu gün 8 qurtarış edən yapon qapıçı Suiti Honda isə rekord qıra bilmədi. 2006-cı ildə Yosikatsu Kavaquti Braziliya ilə matçda daha çox – 10 dəfə Yaponiyanı qoldan xilas etmişdi.