I Liqa
Nurlan Məmmədzadə: “Diviziona gəlməyim ən böyük səhvim oldu”
Bu gün Azərbaycan I Divizionunda XIV turdan təxirə salınmış…
Bu gün Azərbaycan I Divizionunda XIV turdan təxirə salınmış oyunlar keçirilir. Futbolinfo.az-ın məlumatına görə, “Ağsu” – “Bakılı” (7:0) matçından sonra divizionda noyabrın ən yaxşı qolunun müəlifi olan qonaqların futbolçusu Nurlan Məmmədzadə jurnalistlərin suallarını cavablandırıb:
– Hər kəsə təşəkkür edirəm, bura kimi gəlmisiniz. Şərait olmasa da diviziona olan maraq insanda həvəs yaradır.
– Sən vurduğundan başqa digər hansı qolu ən yaxşı seçərdin?
– Ruslan Tağızadənin qolunu ən yaxşını seçərdim.
– Qazandığın pulu nə edəcəksən?
– Evə verəcəm.
– Komandanız bu gün böyükhesabla məğlub oldu…
– Komandanın vəziyyəti pisdi. Heç oyuna gələndə yemək yeməmişik.
– Futbola yaxşı başlayanda perspektivli oyunçu sayılrıdın. Amma bu gün “Bakılı”dasan.
– 16 yaşımda 1-ci diviziona gəlməyim ən böyük səhvim oldu. Divizion bataqlıqdı, çıxmaq çətin olur.
ELMAR ABDULLA-ZADƏ