Bizi izləyin

Müsahibə

Nadir Şükürov: “Türkiyə karyeram həmin menecerə görə uğurlu alınmadı”

Bu gün “Kəpəz”in əsas komandasının qapıç…

blank

Bu gün “Kəpəz”in əsas komandasının qapıçılarla işləyən məşqçisi Nadir Şükürovun 50 yaşı tamam olur. Futbolinfo.az xəbər verir ki, bu münasibətlə Gəncə klubunun rəsmi saytı yubilyardan müsahibə alıb.

– Sizi 50 yaşında cavan kimi təbrik edirik…
– Təbrikə görə minnətdaram. 50 yaşa gəlib çatmaq böyük iş deyil. Çünki 50 yaş böyük yaş hesab olunmur. Bu illərin içində yaxşı və pis günlərim olub. Hamı da necə, məndə də elə. Şükür ki, bu yaşa gəlib çıxmışıq. Hər bir insanın həyatında itirdiyi, qazandığı illər olub. Futbol həyatında qazanmışam, amma şəxsi həyatda itkilərlə üzləşmişəm. İstəmərəm ki, kimsə cavan yaşında yaxınını itirsin, amma belə şeylər mənim başıma gəlib.
 
– Nadir müəllim, çox kövrəldiniz…
– Cavan olduğum vaxtlarda valideynlərimi itirmişəm, qardaşım vəfat edib, qardaşımın oğlu şəhid olub. Müharibə ab-havasını duyan, ağrı-acısını hiss edən insanlarıq. Döyüşdə həlak olanların hər biri bizim övladımızdı, millətimizin balasıdır. Heç vaxt xalqın övladına biganə baxmamışam. Cəbhədə baş verənləri ürək ağrısı ilə izləyirik. Özünə, vətəninə, xalqına, dövlətinə xidmət edən hər bir insan şəhid olanları öz balası kimi qəbul etməlidir. Bu gün biz aranlı, turanlı deyilik, hamımız qarabağlıyıq! Millət kimi bir olmalıyıq, bu gün cəbhədə yaşananlar bizi narahat edir. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların hər biri bizim balamız, qardaşımız, doğmamızdır.
 
– Ad gününüzdə sizi kövrəltmək istəməzdik, amma neyləyəsən, həyat təkcə xoş günlərdən ibarət deyil. İstərdik ki, mövzunu dəyişək. Yubileyinizi necə qeyd edəcəksiz?
– 50 yaşımı ailə arasında qeyd edəcəyik. Təmtəraqdan uzağam, yəqin ki, böyük yığıncağ olmayacaq. Açığı, belə şeyə pis də baxmıram. Məndən də böyük futbolçular var, onlar yubiley keçirməyib. Evdə məclis təşkil edəcəyik, qardaşlarım, bacım, bir sözlə yaxın ətrafım yanımda olacaq.
 
– Əsri yarılayırsız, geriyə böylananda nə yadınıza düşür?
– Futbolu özümə peşə seçdiyimə görə peşman deyiləm, şablon səslənsə də, yenidən dünyaya gəlsəydim belə, yenə bu sənəti seçərdim. Unudulmaz, yaddan çıxmaz çoxlu günlər var, əksəriyyəti də futbolla bağlıdır. Məşqçilərimə təşəkkür edirəm ki, mənə düzgün yol göstəriblər, istiqamət veriblər. Futbolçu olmağın özü böyük bir şərəfdir.
 
– Nadir Şükürovu Azərbaycana böyük futbol ənənəsi olmayan İmişli bəxş edib. Sizi rayonun bütün dövrlər üçün ən yaxşı futbolçusu hesab etmək olar?
– Yox, məndən də yaxşı futbolçular çıxıb. Elə Füzuli Musayevin adını çəkmək olar. O, Sovetlər dövründə Gəncənin “Tərəqqi” komandasının heyətində İttifaq çempionatının ikinci dəstəsində çıxış edib. Mənim futbolçu olmağımda ilk məşqçim Fazil Seyfəliyev kimi onun da böyük rolu, zəhməti olub. İmişlidə futbol çox sevilir. SSRİ vaxtında rayonun uşaq komandası “Sevinc”, “Dəri top”, “Sünbül” kuboklarında, müxtəlif spartakiadalarda çıxış edirdi və yaxşı da nəticələr göstərirdi. Mən peşəkar səviyyədə futbol oynamaq üçün bütün çətinliklərə baxmayaraq fikrimdən dönmədim, sona kimi bu işin arxasınca getdim və məqsədimə çatdım. Bizim oynadığımız nəsildən yerlilərim arasında Fariz Yusifovun adını çəkə bilərəm. Düzdü, sonradan Yusifov hakimliyə keçdi və FİFA referisi oldu.     
 
– Siz vaxtilə “Kəpəz”də də oynamısız və bu komandadakı çıxışlarınızla məşhurlaşmısız…
– Gəncəyə gələnə kimi Sabirabadın “İnşaatçı” və İmişlinin “Melyaratur” komandasında oynamışam. Rayonumuzun komandasında Tofiq Axundov, Vladimir Bruxti kimi tanınmışlar məşqçi işləyib. 1989-cu ildə “Kəpəz”ə gəldim. Müzəffər Qasımov oyunların birində oyunumu bəyənib komandaya dəvət etmişdi. Gəncə klubunda oynamaq bir çox futbolçuların arzusu olub, eləcə də mənim. Bu gün də bu, belədir. “Kəpəz”də oynamağın, işləməyin özü böyük bir şərəfdir.   
 
– Oynadığınız dövrdə “Kəpəz”in heyətində yaddaşınızda dərin iz buraxan oyun və ya oyunlar hansı olub?
– “Qarabağ”a 3:1 hesabı ilə qalib gəldiyimiz oyunun adını ilk sırada çəkərdim. Səhv etmirəmsə, 1995-ci il idi. Meydanda maraqlı və güzəştsiz mübarizə oldu. Tək mən yox, bütün futbolçular həmin matçda yaxşı təsir bağışladılar. Bir də 1991-ci ildə SSRİ dönəmində Ukraynanın Nikolayev şəhərində “Sudostroitel” komandasına qarşı keçirdiyimiz oyun yaddımdan çıxmaz. Səfərdə rəqibi 3:2 hesabı ilə məğlub etdik. İndiki komandamızın məşqçilər korpusunda təmsil olunan mütəxəssislərin hamısı həmin oyunda meydanda idi. Şahin Diniyev, Füzuli Allahverdiyev, Xaliq Mərdanov və mən start heyətində yer almışdıq.
 
– Milli komandada işləmisiz, klubda, yoxsa yığmada çalışmaq çətindir?
– Əsas millidə çıxış etmiş qapıçıyam. 2000-2002-ci illərdə İqor Ponomaryovun dövründə yığmaya cəlb olunmuşam. Ona görə də deyə bilərəm ki, milli komanda millətin üzü, adıdır. U-17, U-19 yığmalarda işləmişəm. Həm klubda, həm də millidə çalışmaq məsuliyyətlidir. Klubda hər gün işdə, məşqdə olursan, yığmada isə təlim-məşq toplanışlarında və oyun ərəfəsində komanda ilə bir araya gəlirsən. İş hər ikisində çətindir, şərəflidir. Klubda hər həftə oyun var və sanki hər dəfə də imtahan verirsən, sınağa çıxırsan.
 
– Legioner həyatı yaşayan qapıçılardan olmusuz. Amma İrandan fərqli Türkiyədə işləriniz yaxşı getmədi, niyə?
– “Ərzurumspor”da bir menecer vardı, bizim komandada qalmağımıza imkan vermədi, ona görə də Türkiyədə karyeram uğurlu alınmadı. Bakıya qayıdası oldum. İrana gəlincə, iki mövsüm yerli çempionatda çıxış etdim. Kirman şəhərinin “Mis” komandasında karyeram daha yaxşı alındı.
 
– Lev Yaşin dünya futbolunda “Qızıl top” mükafatını almış yeganə qapıçıdır. Əgər yaxşı qapıçı komandanın yarısıdırsa, niyə qolkiperlər yenidən bu mükafata layiq görülmürlər?
– İndi hər şeyi qol vurmaqla ölçürlər. Kim daha çox qol vurur, bütün diqqət, fikir ona yönəlir. Qapıçı top buraxıb komanda uduzanda, hamı onun adını günahkar kimi çəkir, amma sahə oyunçuları yada düşmür. Hücumçu qolu vura bilmədi, yarımmüdafiəçi yaxşı oynamadı, müdafiəçi səhv etdi deyən olmur. Bütün dünyada belədir. Heç komanda qalib gələndə qolkiper kömək etdi və udduq deyilmir (gülür).
 
– Nadir Şükürov da olan hansı keyfiyyət bu gün “Kəpəz”in qapıçılarında yoxdur?
– Məşqdə öz üzərlərində işləməyi bacarırlar, hər şeyin yaxşı olması üçün səylərini əsirgəmirlər. Sadəcə olaraq öz daxillərində oyuna köklənməyi bacarmalıdırlar ki, bu da hələlik onlarda yoxdur. Məşqçi yetirməsinə motivasiya verir, amma gərək futbolçunun özü də özünə motivasiya versin. Hər zaman qapıçılara tövsiyyələrimi, tapşırıqlarımı verirəm və bildirirəm ki, meydançaya çıxanda icraçı onların özü olur, məşqçi kənarda qalır. Onlarda çatmayan budur, yəqin ki, zamanla bu da düzələr.
 
– Ailədə davamçınız olmadı. Oğlunuz atasını yolunu niyə davam etdirmədi?
– Mən özüm qoymadım. Zəif oynayırdı ona görə. Hər gün necə oynadığını soruşurdum, “hər şey əladır” cavabını verirdi. Bir gün getdim öz gözümlə gördüm. Çünki bundan əvvələ kimi getmirdim. Valideynin məşqə baxıb uşağına müdaxilə etməsini xoşlamıram. Təsadüfən bir gün gedib gördüm ki, oğlum nəinki komandasına kömək edir, əksinə mane olur (gülümsəyir). Ona dedim ki, futbol sənlik deyil. Ürəyimcə oynamırdı, yaxşı olsaydı, davam etdirməsini istəyərdim. Kimsə mənə görə ona hörmət edəcəkdi, o da hansısa istedadlı azərbaycanlı balasının yerini tutacaqdı. Həqiqi hərbi xidmətə yola saldım, indi Xüsusi Dövlət Mühafizəsi Xidmətində işləyir, dövlətə xidmət edir. Ondan çox razıyam.

Sonda onu da qeyd edək ki, bu gün baş tutan "Kəpəz" – "Qəbələ" matçından öncə Şükürov klub rəhbərliyi tərəfindən diplom və hədiyyələrlə, eləcə də üzərində 50 yazılmış forma ilə mükafatlandırılıb.

Reklam

Reklam


blank
Digər idman növləri2023-09-07 12:34

Donçiç bir ilə 80 milyon dollar qazanan ilk basketbolçu ola bilər

blank
Ölkə futbolu2023-09-07 12:20

“Qarabağ” rəsmisi Avropada yüksək posta seçildi

blank
Digər idman növləri2023-09-07 12:12

Makron: “Parisdə Rusiya bayrağı ola bilməz”

blank
Ölkə futbolu2023-09-07 11:53

ÇL: Azərbaycan klubları qrupdan çıxmağa çalışacaq

blank
Milli komanda2023-09-07 11:31

Öncə Belçika yığması, sonra millimiz

blank
Ölkə futbolu2023-09-07 11:14

“Ona ən böyük marağı “Neftçi” göstərdi” – Mirzovun meneceri

blank
Milli komanda2023-09-07 10:56

Millimizin Türkiyə ilə oyunlar üçün yekun heyəti açıqlandı

blank
Milli komanda2023-09-07 10:38

De Byazi: “Tərcüməçim Lukakuya görə sevinir”

blank
Ölkə futbolu2023-09-07 10:32

“Qəbələ”də daxili gərginlik: Kərimovun seçimləri ümidi doğrultmur

blank
Ölkə futbolu2023-09-07 10:15

“Mingəçevir” qonaqlarını vaqonda qarşılayacaq

blank
Dünya futbolu2023-09-07 10:00

Çiluell azarkeşlərdən vaxt istəyir

blank
Dünya futbolu2023-09-07 09:45

Seçmə mərhələdə 5-ci tur başlayır

blank
Dünya futbolu2023-09-07 09:28

PSJ Verattinin adını siyahıdan çıxartdı – yeni klubu bəllidir

blank
Dünya futbolu2023-09-07 09:09

“Sampdoriya”dan “Ferensvaroş”a

blank
Dünya futbolu2023-09-07 08:50

Ronaldosuz – son 20 ildə ilk dəfə

blank
Dünya futbolu2023-09-07 08:30

Hazard “Anderlext”də

blank
Dünya futbolu2023-09-07 08:15

Koutinyo Qətərə gedir

blank
Müsahibə2023-09-07 08:00

Valdes üçün yeni çağırış: “Qollar vurmağa davam edəcəm”

blank
Dünya futbolu2023-09-06 23:18

“Qızıl top”a namizədlərin yeni siyahısı açıqlandı

blank
Ölkə futbolu2023-09-06 22:00

Azərbaycan təmsilçisi ÇL-ə qələbə ilə başladı

blank
Ölkə futbolu2023-09-06 21:49

“Kəpəz” 1-ci Liqa komandası ilə qarşılaşacaq

blank
Dünya futbolu2023-09-06 21:39

Kvaratsxeliya ilə yeni müqavilə olmayacaq

blank
Digər idman növləri2023-09-06 20:34

Azərbaycan güləşçiləri üçün Konstansa sınağı

blank
Dünya futbolu2023-09-06 19:35

TFF UEFA-ya “Beşiktaş”ın stadionunu təklif etdi

blank
Dünya futbolu2023-09-06 18:33

Super Liqa klubu sabiq baş məşqçisini geri qaytardı

blank
Digər2023-09-06 18:04

Fərid Qayıbovdan federasiya nümayəndələri ilə 10-cu görüş

blank
Digər idman növləri2023-09-06 17:43

“Sabah” Belqrada yollandı

blank
Dünya futbolu2023-09-06 17:20

Premyer Liqa klubunda ciddi itki

blank
Premyer-liqa2023-09-06 17:00

Klublarımızın yay bazarlığı – YENİLƏNİB

blank
Digər idman növləri2023-09-06 16:44

Layiq olduğundan çox qazananlar

blank
Ölkə futbolu2023-09-06 00:40

Mirzovun “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO

blank
Ölkə futbolu2023-09-05 15:20

“Qalatasaray”ın sabiq hücumçusu “Sabah”da – RƏSMİ

blank
Premyer-liqa2023-09-03 22:21

“Qarabağ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-03 20:10

“Araz-Naxçıvan” “Kəpəz”ə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-02 23:13

“Sumqayıt”ın ilk məğlubiyyəti – VİDEO

blank
Premyer-liqa2023-09-02 21:50

“Qəbələ” “Zirə”ni belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-01 21:47

“Sabah” “Turan Tovuz”a belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-08-31 23:21

“Qarabağ”ın futbolçuları qrupa vəsiqəni belə bayram etdilər – VİDEO

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

blank
Premyer-liqa2023-08-14 23:36

“Neftçi”nin “Səbail”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-13 22:12

“Qarabağ”dan darmadağın – VİDEO

blank
Premyer-liqa2023-08-13 00:12

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-12 21:32

“Qəbələ” yenə məğlub oldu – VİDEO

blank
Dünya futbolu2023-08-11 12:00

“Neftçi” “Beşiktaş”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:32

“Sabah”ın “Partizan” üzərindəki inamlı qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:05

“Qarabağ”dan Finlandiya klubu üzərində çətin qələbə – VİDEO

blank
Ölkə futbolu2023-08-09 17:14

“Növbəti mərhələyə ilk addımı birlikdə ataq!” – VİDEO

Facebook

Gündəm